"Naməlum uçan obyektlər Rusiyanın ola bilər"

Bu günlərdə ABŞ hərbi dəniz qüvvələrinin keçmiş kəşfiyyatçısının, tez-tez ABŞ və Kanada üzərində görünən nəməlum uçan obyektlər barədə verdiyi sensasiyalı məlumat barədə xəbər vermişdik.
İndi Kanada hakimiyyəti hesab edir ki, ölkələrinin ərazilərində görünən nəməlum obyektlər Rusiya və yaxud Çinə məxsus ola bilər. Bu barədə yazan The Globe and Mail qəzeti bildirir ki, ABŞ və Kanada səmalarında müşahidə olunan hava şarı bu ölkələrin hakimiyyətini və vətəndaşlarını əməlli başlı təşvişə salıb.
Kanada hakimiyyətini yüksək çinli məmurunun sözlərinə görə, ölkə ərazisində müşahidə olunan daha bir kəşviyyat şarı Çin və yaxud Rusiya istehsalı ola bilər, kəşviyyat şarının aerostatdan kiçik olsa da, ABŞ-ın bu günlərdə Stlantik okeanı üzərində vurduğu aerostatdan daha çevik hərəkət edir.
Yadıma Rusiya satira ustalarlnın bir neçə il bundan əvvəl hazırladıqları bir gülməli veriliş düşdü, "Putin və Tramp Ağ evdə görüş zamanı tapmaca deyirlər, Putin:- o nədir ki, ( əli ilə Moskvadan Vaşinqtona bir neçə saniyədə uçan obyektin trayektoriyasını göstərir) düşür və "puff" edir. Tramp: - indi sən bizi təhdid edirsən?- deyə soruşur. Putin: - Yox, bu çəyirtkədir, uçur və un qabının içinə düşür- deyə cavab verir.
İndi, deyəsən Putinin zarafatlatı həqiqətən Vaşinqtonu lərzəyə salmağa başlayıb. Ona görə də, Ukrayna müharibəsinə yanaşmalarda artıq geri çəkilmələr müşahidə olunmağa başlayıb.
Rüstəm Hacıyev
Digər Xəbərlər

Putin Paşinyanı təbrik etdi

Rusiyanın Bryansk vilayətinin qubernatoru: Qatarın hərəkəti zamanı körpü partladılıb

Rusiyada körpü partladılıb: ölən və yaralılar var
