Naftalanda evdən 15 minlik qızıl oğurlanıb
Naftalan Şəhər Polis Şöbəsinə sentyabrın 23-ü axşam saatlarında fərdi yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Adalet.az-a verilən məlumata görə, zərərçəkən qeyd edib ki, evindən ümumi dəyəri təxminən 11 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Goranboy rayon sakinləri - əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan Səbuhi Səmədov və Ruslan Əsgərov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər əməllərini etiraf etməklə bərabər ələ keçirdikləri "qənimətləri” də istintaqa təhvil veriblər.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bundan bir qədər əvvəl Ruslan Əsgərov Goranboy rayonunun Balakürd kəndində yaşayan bibisinin evində heç kim olmadığı və mənzildə xeyli miqdarda qızıl-zinət əşyasının olması barədə dostuna danışdıqdan sonra tərəflər həmin mənzildən oğurluq etməyi qərarlaşdırıblar və oradan 15 min manatlıq qızıl zinət əşyası, 1500 manat pulu ələ keçiriblər. Faktlarla bağlı araşdırmalar aparılır.
Digər Xəbərlər
03 May 2024 16:04
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06