adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Oktyabr 2014 16:32
5810
MƏDƏNİYYƏT

“Nabat” filmi Tokioda 27-ci Beynəlxalq Film Festivalında nümayiş olunacaq

Yaponiya paytaxtında proqramına Azərbaycan istehsalı olan "Nabat” tammetrajlı bədii filminin də daxil edildiyi 27-ci Tokio Beynəlxalq Film Festivalının (TİFF 2014) açılış mərasimi olub.

Adalet.az KİV-ə istinadla xəbər verir ki, tədbirdə Yaponiyanın Baş naziri Şinzo Abe də iştirak edib və bütün iştirakçılara uğurlar arzulayıb.

Doqquz gün davam edəcək Festivalda kinosevərlərin tamaşa etdiyi ilk ekran əsəri ABŞ rejissorları Don Holl və Kriss Vilyamsın "Böyük qəhrəman - 6” filmi olub. Festivalda müsabiqəyə 14 film buraxılıb. Həmin filmlər 92 ölkədə istehsal edilmiş 1373 ekran əsəri arasından seçilib.

Bildirək ki, "Nabat” Azərbaycan filmi doqquz gün ərzində Tokionun məşhur "Ropponqi Hills”, "TOHO Cinemas Nihonbashi” və digər kino salonlarında nümayiş olunacaq.

Festivala yapon rejissoru Takaşi Yamazakinin "Parazit” filminin nümayişi ilə yekun vurulacaq.


f