"Mygov" platforması ilə bağlı - VACİB XƏBƏR
Müasir dövrdə dəqiq və etibarlı statistika artıq yalnız hesabatlıq vasitəsi deyil, bu, eyni zamanda, dövlət siyasətinin formalaşdırılması, iqtisadi proseslərin düzgün qiymətləndirilməsi və səmərəli qərar qəbul etmənin əsasını təşkil edir.
Adalet.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 17-də Nazirlər Kabinetində əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasda çıxışı zamanı deyib.
O bildirib ki, dövlət xidmətlərinin rəqəmsallaşdırılması nəticəsində sistemlərimizdə böyük həcmdə inzibati məlumat bazası formalaşıb. Siyahıyaalınma prosesində bu potensialdan maksimum yararlanmaq üçün iki əsas texniki yenilik təklif edilir. Bu, FİN vasitəsilə məlumatların avtomatik doldurulması, vətəndaşların fərdi identifikasiya nömrəsi daxil edildikdən sonra dövlət informasiya sistemlərində artıq mövcud olan məlumatlar avtomatik olaraq anketə inteqrasiya olunacaq.
Nazirin sözlərinə görə, ilkin təhlillər göstərir ki, anket suallarının əhəmiyyətli hissəsi və məlumatlar artıq dövlət reyestrlərində mövcuddur. Bu, insan amilindən qaynaqlanan səhvləri aradan qaldıracaq və məlumatların dəqiqliyini əhəmiyyətli dərəcədə artıracaq. "Mygov" platforması üzərindən onlayn özünü siyahıyaalınma təklif olunur. Vətəndaşlara "mygov" portalında reyestr məlumatları əsasında əvvəlcədən doldurulmuş anketlər təqdim edilə bilər. Vətəndaş yalnız çatışmayan və dəyişmiş məlumatları əlavə edə bilər.
Digər Xəbərlər
17 Iyul 2026 13:41
“Koroğlu”dan Sea Breeze-ə ekspres avtobus işləyəcək
17 Iyul 2026 13:38
Aviasiya bölmələrində təlim-məşq uçuşları keçirilib
17 Iyul 2026 13:28
Samir Şərifov sədr təyin edildi
17 Iyul 2026 11:32
Azad edilmiş ərazilərdə 287 385 ha minadan təmizlənib
17 Iyul 2026 09:39
Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
17 Iyul 2026 09:34
Bəzi rayonlara yağış yağıb, güclü külək əsib - FAKTİKİ HAVA
16 Iyul 2026 16:44
Bakı-Balakən sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
16 Iyul 2026 15:03


Bakı -°C

