adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 May 2022 16:45
577
MARAQLI

Müxtəlif ölkələrin məktəblərində fərqliliklər...

Yasaq olunan sözlər: Qırmızı qələm, yoxsulluq, boşanmaq və s.

Dünyanın hər bir ölkəsinin öz spesifikası olduğu kimi təshil sistemi də fərqlidir. Hər nə qədər elmin istiqaməti hər yerdə bir hədəfə doğru olsa da dünyanın çeşidli yerlərində təshil qaydaları fərqlidir. Demək olar ki, hər bir məktəbdə intizamı qorumaq üçün bəzi qaydalardan istifadə olunur. Düşünürəm ki, dünyanın bəzi yerlərində istifadə edilən bu qaydalar çoxlarının heyrətinə səbəb olacaq.

Çeşidli araşdırmalar nəticəsində dünyanın fərqli ölkələrində tətbiq olunan məktəb qaydalarını barədə sizə məlumat vermək istərdim. Beləliklə həmin məlumatları təqdim edirəm:

Dondurulmuş noxud

İlk olaraq hər zaman qəribə elmi – texniki fərqliliklərlə seçilən ölkə Çindən xəbər vermək istərdim. Çində məktəbdə ayağına dondurulmuş noxud qoymaqla cəza verilən məktəbli cəza anında çəkdiyi şəkili internetdə paylaşıb. Asiyada müəllimlər və valideynlər tərəfindən davamlı istifadə edilən bu cəza növü uşaqlar üçün amansızdır.

Ən yaxın dostlar

İngiltərə məktəblərinin bir çoxu şagirdlərin ən yaxın dostlarının olmasını qadağan edib. Bəzi valideynlər, müəllimlər və psixoloqların dediyinə görə, uşaqlar böyük dost qruplarına sahib olarsa, daha yaxşı inkişaf edir. Bu dost qruplarında heç kim kənarda qaldığını hiss etməməlidir. Tənqidçilər isə ən yaxın dosta sahib olmağın uşaqlara həyat boyu dəyər qazandırdığını iddia edir. Uşaqların inkişafı sahəsində aparılan araşdırmalara görə, ən yaxın dostu olanların zehinlərinin daha yaxşı olduğu kəşf edilib.

Saç boyatmaq

Tokiodakı məktəblərin çoxunda, şagirdlərin saçlarını boyatmasını yasaqdır. Dövlət məktəblərinin yarısından çoxunda şagirdlər saçlarında boya olmadığını sübut etməlidirlər. Şagirdlərin bu haqda yalan deməməsi üçün müəllimlər hətta şəkilləri uşaqların ailələrinə göndərərək onlardan da soruşurlar.

“Kasıblıq”, “ Doğum günü” və əlavə 48 söz...

Amerika Təhsil Nazirliyi, nazirlik tərəfindən standartlaşdırılmış testlərdə bəzi sözlərin istifadəsini qadağan edib. Məsələn, Yehovanın Şahidləri qrupuna mənsub olan şagirdlər narahat olmasın deyə, “ Doğum günü” sözü işlədilmir. Şagirdlərə mənfi təsir etməsin deyə yoxsulluq, xəstəlik, boşanmaq kimi sözlər də istifadə edilmir.

Qırmızı qələm

Məlumdur ki, məktəblərdə müəllimlər şagirdlərin səhvlərini diqqətə yetirmək üçün qırmızı qələmdən istifadə edir. Lakin Avstraliya və İngiltərənin bir sıra məktəblərində bu qadağan edilib. Səbəb isə qırmızı rəngin şagirdlərdə motivasiyanı azaltmağı, onların qorxu hissetmələrinə şərait yaratdığı üçün psixologiyalarına pis təsir etdiyini düşünmələridir. Buna görə də qırmızı rəngin istifadəsini yasaq edən məktəblər yaşıl, çəhrayı, sarı, bənövşəyi, mavi kimi rahatlatan rənglərin istifadəsini uyğun bilir.

Barmaq qaldırmaq...

Keçmişə aid sual vermək üçün istifadə edilən barmaq qaldırmaq üsulu Nottinqhamşirədə qadağan olunub. Səbəbi isə, barmaq qaldıranların eyni uşaqlar olduğu və bunun digər uşaqların öyrənməsinə mane olmasıdır. Əvəzində isə müəllimlər suala cavab verməsi üçün istədiyi şagirdi seçirlər. Ancaq bəzi valideynlər bu üsulun uşaqların daha gərgin hiss etmələrinə səbəb olduğunu deyirlər.

Yuxu vaxtı

Yenə də Çində məktəblərdə günorta şagirdlərə yatmaqları üçün 30 dəqiqə vaxt verilir. Bəzi müəllimlər günorta yuxusunun şagirdlərin zehninin inkişafına, enerjisinin artmasına kömək etdiyini iddia edirlər. Orta məktəbdə oxuyan şagirdlərə partalarının üzərində evdən gətirdikləri örtüklərlə yatmalarına icazə verilir. Amma daha böyük şagirdlər isə yalnız oturduqları yerdə yata bilərlər.

 

 

Hazırladı : Bünyamin Bünyadzadə