adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Iyun 2019 17:02
14840
ƏDƏBİYYAT

Muxtariyyətin 95 yaşının işığında pedaqoji düşüncələr

Akif İmanlı Naxçıvan Müəllimlər İnstitutunun professorudur. 50 ildirki, şərəfli müəllim peşəsində çalışır, tədqiqatlar aparır. Çoxsaylı elmi məqalələrin,tədris vəsaitlərinin, kitabların müəllifidir. Onunla söhbətdə bir neçə məqanatoxunduq.

İstərdik ki,bir qədər keçmişə qısa ekskurs edəsiniz...

– Canımızla, qanımızla – bütün varlığımızla sevdiyimiz gözəl VətənimizAzərbaycanın dağ vüqarlı məkanı Naxçıvana muxtariyyət statusu verilməsinin 95ili fevral ayında tamam oldu. Məlumdur ki, xalqımızın qeyrətli oğulları NərimanNərimanov və Behbud ağa Şahtaxtinskinin ciddi səyləri nəticəsində 16 mart1921-ci ildə Rusiya ilə Türkiyə arasında imzalanmış dostluq və qardaşlıq haqqındakıMoskva müqaviləsi və 13 oktyabr 1921-ci ildə Behbud ağa Şahtaxtinskinin fəaliştirakı ilə Türkiyənin Qars şəhərində Rusiya, Türkiyə, Azərbaycan, Gürcüstan vəErmənistan nümayəndələrinin imzaladığı və tarixə "Qars müqaviləsi” adı ilə düşənmüqavilənin Naxçıvana muxtariyyət statusunun verilməsilə, 9 fevral 1924-cü ildəAzərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasıyaradılıb. Bütün bu tarixi gerçəkliklər və bundan sonrakı hadisələr təfərrüatıilə yazılıb, kitablar və monoqrafiyalar nəşr edilib. Ona görə də mənyazılanları təkrarlamaq fikrində deyiləm; tarixi nailiyyətimiz olan müstəqilliyimizə,müstəqil dövlətimizə, inkişafımıza heyranlıq, vurğunluq duyğularımı dilə gətirməkdüşüncəsindəyəm.

Bir pedaqoq kimi təlim-tərbiyə ilə bağlıdüşüncələrimizmaraqlı olardı...

– Mənim həyatım bütünlüklə Naxçıvanla bağlı olub. Bu məmləkətdədoğulmuşam, burada orta və ali təhsil almışam, bu günə qədər də yaşadığım yerNaxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəridir. Əlli ilə yaxındırki, sevdiyim, seçdiyim, qəlbən bağlandığım bir peşədə çalışıram; yetişən nəslintəlim-tərbiyəsi ilə məşğulam. Müəllimlik, əlbəttə, mürəkkəb, məsuliyyətli peşədir.Müəllim xalqın gələcəyi olan gənc nəsli öyrədir,inkişaf etdirir, ən ümdəsi tərbiyə edir; bu qeyd edilənlər müəllimin konkretvaxt çərçivəsində dediyi dərsin müəyyənləşmiş ümumi funksiyalarıdır. Dərsin bufunksiyaları içərisində tərbiyənin əlahiddə əhəmiyyəti və rolu heç vaxt diqqətdənkənarda qalmamalıdır. Gənc nəslin ahəngdar tərbiyəsi prosesində əsas qayəni Vətən,millət, dil anlayışları təşkil edir; yəni Vətəninə, millətinə, dilinə, dövlətinə,dövlətçiliyə sadiq insanların hazırlanması tərbiyənin əsas məqsədidir. O da varki, müəllim özü sevməsə, sevdirə bilməz. Müəllim üçün aydın olan bir həqiqəti dəunutmayaq: Vətənsiz millət olmaz, millətin varlığı dillə bağlıdır, Vətənin tərəqqisini,inkişafını, vətəndaşların maddi rifahını dövlət həll edir; həm də Vətən göz bəbəyikimi qorunmalıdır ki, konkret millət adında təşəkkül tapmış xalq öz doğma Vətənindərahat yaşasın.

Təlim-tərbiyə prosesində belə bir sual qarşıya çıxa bilər (əslində busual və onun cavabı daimi diqqətdə olmalıdır): xalqımıza-azərbaycanlılara (millətünvanına) qəhrəman adı vermək olarmı?Əlbəttə, birmənalı şəkildə qeyd edirəm: azərbaycanlılar dünyanın ən qəhrəman,qüdrətli xalqlarından biridir! Niyə? Çünki, fikir verək, Yer planetində ortahesabla, altı min dil vardır ki, həmin dillər ətrafında birləşmiş bir o qədərmillət, xalq, etnik qruplar mövcuddur. Dünyamızdakı bu qədər millət və xalqın hərbirinin öz dövlətləri varmı? Yoxdur! Yalnız ağıllılar və igidlər öz məqsədlərinəçatırlar; damarlarında qəhrəmanlıq qanı axan millətlər öz dövlətlərini qurabilmişlər. Onlardan biri də fəxarətlə qeyd edirəm ki, bizik! Tərbiyəvi proseslərdəbu məsələ qətiyyən unudalmamalıdır.

Çox doğru olaraqdilimizi milli pasportumuz adlandırırıq...

– Gələk dil məsələsinə. Azərbaycan dili – bizim əziz və doğma dilimizdünyanın ən inkişaf etmiş dillərindən biridir. Dillərin müasir inkişaf səviyyəsinişərtləndirən əsas amillər bizim dilə də aiddir. Dilimizin dövlət dili statusuvardır ki, bu, dilimizin qorunması və inkişafının əsas şərtidir. İkincisi,dilimizin yazılı forması vardır. (Dünya dillərindən, hesablamalara görə, yalnız220-sinin yazılı forması vardır). Üçüncüsü, canlı danışıq dilinin cilalanmış, ədəbidil normaları ilə tənzimlənən, mədəni forması olan mükəmməl ədəbi dilimizmövcuddur ki, iki qoldan ibarət olan yazılı ədəbi dilimiz orfoqrafiya, şifahi ədəbidilimiz isə orfoepiya qaydalar sistemi ilə tənzimlənir. Xalqımızın ümummillilideri Heydər Əliyevin dilimizin tətbiqi, qorunması, inkişafı sahəsində gördüyüqabaqlayıcı tədbirlər, görkəmli dövlət xadiminin dil siyasətinin Onun ardıcıllarıtərəfindən davam etdirilməsi cəmiyyət və dil probleminin dünya miqyasında həlliistiqamətindəki ən mütərəqqi işlərdir.

Bu ifadəni tez-tez işlədirik: Vətən mənə oğul desə...

– Tərbiyəvi iş prosesində diqqət mərkəzində saxlanılan bir əsas məsələdə var: Vətən! Biz həmişə Vətəni ana adı ilə eyniləşdirib, çox vaxt "Ana Vətən”deyirik. Demək, Vətən də ana qədər əzizdir, müqəddəsdir; Vətən bizim həm dənamusumuz, qeyrətimizdir. Bu barədə kifayət qədər əsərlər yazılıb, fikirlərsöylənilib ki, bir çoxunu əzbər bilirik. Vətən tarixində baş verən qanlı hadisələriheç vaxt unutmuruq, bu hadisələrin ildönümlərini böyük ürək ağrısı ilə qeydedirik. Bizə düşmən kəsilən, deyərdim ki, türklərə, azərbaycanlılara patalojinifrət edən bir qəvi düşmənimiz var: ermənilər. Ermənilərin xalqımıza qarşı törətdikləriqanlı cinayətlərin bir daha təkrar olunmaması, Vətən torpaqlarının bir dahaitirilməməsi üçün dövlətimiz (müstəqildövlətimiz – bu, əsas şərtdir), əlbəttə, ciddi tədbirlər görmüş və bu iş gündəmdədir,yəni davam etdirilir.

Ancaq düşmən düşmənliyində qalır...

– Tərbiyənin qarşısında bu istiqamətdə görüləcək iş var: gənc nəsildədüşmənə nifrət hissi aşılamaq! Fikir vermişəm, bəzən keçirilən tədbirlərdə təsvir,faktlar, teatrlaşdırılmış hüznlü səhnələr, kədərli şeirlər, bir sözlə,ah-vaylar müəyyən təəssürat yaratsa da, düşmənə kəskin nifrət hissi yaranmır.Bu barədə ətraflı düşünməli, tərbiyəvi tədbirlərin təşkili metodikasında müəyyəndəyişiklik etməliyik. Ermənilər bizə nifrət hisslərini öz uşaqlarına, gənclərinə,bütün əhalisinə hər an aşılayır. Bu haqda kifayət qədər faktlar var. Ötən əsrin90-cı illərində İrəvan şəhər məktəblərindən birinin milliyətcə azərbaycanlıolan rus dili müəlliməsinin bizim mətbuatda bir məqaləsi dərc olunmuşdu. Qısa məzmunubeləydi: Biologiya müəllimi beşinci sinifdə dərs vaxtı insan skletini uşaqlaragöstərib, türk əsiri kimi təqdim edir. Əsirə cəza verməyi təklif edir. Türk əsirinə-düşmənəən ağır işgəncə verilərək öldürülməlidir tələbinə ən iyrənc cəza üsulu təklifedən şagirdi müəllim tərifləyir, ona "5” qiymət verir. Bu, ermənilərin öz uşaqlarındabizə qarşı nifrət hissi tərbiyə etməsinə təkcə bir misaldır.

Bəs bu gün...

– Bizim bir Vətənimiz var-gözəl Azərbaycan. Naxçıvan onun tərkibində,tarixçilərin dediyi kimi, eksklav ərazi prinsipi, yəni ölkənin əsas ərazisindənayrı düşmə prinsipi ilə yaranan muxtar respublikadır. Naxçıvanın ən vüsətliinkişafı Azərbaycan müstəqillik əldə etdikdən sonra başlayıb. 17 noyabr 1990-cıildə keçirilən Naxçıvan Muxtar SovetSosialist Respublikası Ali Sovetinin iclasına sədrlik edən ulu öndər HeydərƏliyevin təklifi ilə Naxçıvanın adından "Sovet Sosialist” sözləri çıxarılaraqrespublikanın adı Naxçıvan Muxtar Respublikası, "Ali Sovet” isə "Ali Məclis”adlandırılıb. Xalqımızın dahi oğlu Heydər Əliyev Naxçıvanın muxtariyyətstatusunun əhəmiyyətini yüksək qiymətləndirib: "Naxçıvanın muxtariyyəti tarixinailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanınəldən getmiş başqa torpaqlarının da qaytarılması üçün ona xidmət edən çox böyükbir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Bu gün bu qədim diyarın sürətli inkişafında muxtariyyət amili xüsusivurğulanmalıdır. Məhz bunun ifadəsidir ki, müstəqillik illərində bu inkişafözünün yeni mərhələsinə qədəm qoydu. Naxçıvanın kənd, qəsəbə və şəhərləri sürətləinkişafa qovuşdu. Bütün kəndlərdə məktəblər, kənd mərkəzləri, iaşə obyektləritikildi, yollar, körpülər yeniləndi, tarixi abidələr bərpa edildi, yeni binalarinşa olundu, bir sözlə, Naxçıvanda qısa müddətdə yüz illərə bərabər işlərgörüldü. Bu gün Azərbaycan dövləti təhsil sistemində təhsilin metodoloji əsasınınformalaşması, təhsilin məzmun və istiqamətinin düzgün müəyyənləşdirilməsiimkanını yaradıb. Təhsil sahəsində düzgün istiqamətin müəyyənləşdirilməsi,modernləşmənin aparılmasına təkan verən mənbələrdən birincisi elmi təfəkkürünformalaşmasına xidmət edən məqsədyönlü işlərin görülməsi, idarəçilik sistemininyeniləşməsidir ki, bu da insan resurslarının inkişaf etdirilməsi və insankapitalının nüfuzunun artırılmasına gətirib çıxarır.


Qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün muxtar respublikamızda hərtərəflişərait yaradılması hamımızın ürəyincədir...

– Son illərdə Naxçıvanda ali məktəblərin tədris korpuslarının yenidəninşa olunmasına xüsusi diqqət yetirilir. Belə ki, Naxçıvan DövlətUniversitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və "Naxçıvan” Universitetininyeni tədris və inzibati binaları tikilib, günün tələblərinə cavab verən müasirtədris ləvazimatları ilə təchiz edilib. Ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi vəyenilənməsinin dövlətin diqqət mərkəzində olması, elektron kitabxana fondununyaradılması sahəsində görülən işlər, kitabxanaların ədəbiyyatlarla zənginləşdirilməsi,ali məktəblərin sürətli internetlə təmin olunması, komputer otaqlarının təşkilitəhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, universitetlərarası sözləşməyəəsasən ali məktəb tələbələrinin xarici ölkələrin nüfuzlu ali məktəblərindəoxumaq və təcrübə keçmək imkanlarının yaradılması insan kapitalınınformalaşması istiqamətində atılan və dövlətin daim diqqətində olan önəmliaddımlardandır. Bugünkü ali təhsilin məqsədi cəmiyyəti dövrün tələbləri səviyyəsinəqaldırmağı və milli mənafeyimizi qorumağı bacaran vətəndaşlarformalaşdırmaqdır.

Son olaraq nə demək istərdiniz?

– Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsil tariximizəqızıl hərflərlə yazılmış bir sıra fərman və sərəncamları pedaqoji fikirtariximizə və məktəbşünaslığa öz sanballı töhfəsini verməkdədir. Ali təhsil müəssisəsininmüəllimi kimi uzun illərdən sonra oxuduqları və ilk əmək fəaliyyətinə başladıqları məktəblərə gedib nümunəvi dərslərdə iştiraketmək onlar üçün qürurverici xoş xatirəyə çevrilir. Bu gün məktəbimizdə oxunmasızəruri olan ədəbiyyatlar milli və dünyəvi dəyərləri ehtiva edən sanballı mənbəkimi pedaqoji prosesə cəlb olunub. " Pedoqojifikir tarixindən” kitabı bunun ifadəsidir.

Uşaqlarımızın və gənclərimizin müstəqil dövlətimizə, dövlətçilik ənənələrinəsadiqlik ruhunda tərbiyə edilməsi, onlarda bu barədə iftixar duyğusunun gücləndirilməsidə tərbiyənin qarşısında duran əsas vəzifələrdən biridir. Müəllim, tərbiyəçiadını daşıyan hər kəs unutmamalıdır ki, dövlətimizə inam dövlətinsarsılmazlığının əlamətidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrininmuxtar respublikaya yüksək səviyyədə rəhbərliyi, Vətənimizin, millətimizin,dilimizin ən layiqli təəssübkeşi olduğu göz qabağındadır və görülən işlərbunların əyani sübutudur.

Ümumən ölkəmizdəki böyük nailiyyətləri, ictimai-siyasi sabitliyiqoruyub saxlamaq, yeni istiqamətlərdə inkişaf etdirmək üçün AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin, Naxçıvan Muxtar RespublikasıAli Məclisinin Sədri cənab Vasif Talıbovun apardığı məqsədəuyğun siyasətin təbliğipedaqoji prosesin aparıcı qüvvəsi olan müəllimlərin vəzifə borcudur.

Muxtar MƏMMƏDOĞLU

"Şərq qapısı” qəzetinin məsul katibi, Naxçıvan