12 Oktyabr 2016 14:55
7370
ƏDƏBİYYAT

Mütləq oxunmalı 50 romandan 10-u...

Bu siyahı 1906 – 1960-cı illərdə yazılmış 10 roman haqqında ümumi məlumatdı. Adalet.az həmin romanları təqdim edir:


Çikaqo sallaqxanaları (1906) – Upton Sinkler

Roman əmək istismarı və Amerikadakı ərzaq təhlükəsizliyindən bəhs edir. Prezident Ruzveltin 1906-cı ildə sağlamlıqla bağlı iki qanun qəbul etməsinə səbəb olub.

Çevrilmə (1915) – Frans Kafka

Çevrilmə mövcudluq haqqında mükəmməl romanlardan biridir. Kafkanın obrazı Qriqor Zamza bir səhər oyananda həşərata çevrildiyini görür. Böcək metaforası bütün ictimai narahatlıqların ümumiləşmiş obrazıdı.

Sənətçinin bir gənc olaraq portreti (1916) – Ceyms Coys

Yarı avtobioqrafik roman eyş-işrətə, sürgünə, müstəmləkəçiliyə və estetik gözəlliyə səyahət edir. Kitab Coysun özüylə mübarizəsinə güzgü tutur.

Siddharta (1922) – Herman Hesse

Roman yalnız Siddharta Qautamanın hekayəsindən bəhs etmir. Siddhartanı uca Budda kimi təsvir edir, çünki əsas obraz Budda kimi maarifçilik yolçusudu. Səfəri boyu qarşılaşdığı hər kəs və yaşadığı hər hadisə Siddhartaya dəyərli töhfə verir.

Möhtəşəm Qetsbi (1925) – F. Skott Fitzqerald

Caz əsrinin alleqorik xüsusiyyətli məşhur romanı "Amerika Röyası"nın süqutunu lüks həyat sürən adamın kədərli hekayəsi vasitəsilə izah edir.

Yatağımda ölərkən (1930) – Uilyam Folkner

Romanda on beş fərqli insanın dilindən qarışıq şəkildə ailə üzvlərindən birinin dəfn olunma arzusunun yerinə yetirmək səyləri danışılır.

Mübarək torpaq (1931) – Pörl Buk

Romanda I Dünya Müharibəsindən sonra fermer və arvadının həyat mübarizəsi naməlum məkanda və qeyri-müəyyən zaman müstəvisində verilir.

Dalğalar (1931) – Virginiya Vulf

Senzura dövründə qadınların arzularını və homoseksualizmi olduqca kəskin xətlərlə və açıq-saçıqlıqla araşdıran Vulf, bu anlayışların "ədəbli cəmiyyət" dəyərlərindən uzaq bir yerdə düşünülməsini oxucularına tövsiyyə edir.

Siçanlar və adamlar (1937) – Con Steynbek

Böyük depressiya boyu kasıblıq və əziyyətlə mübarizə aparan iki miqrant fəhlənin faciəli hekayəsindən bəhs edən roman, Steynbekin ən məşhur əsərlərindəndir. Qəhrəmanların bir-biri ilə olan əlaqəsini və ətraflarındakı ümidsizliyi tədqiq edilir.

Tanrıya baxırdılar (1937) – Zora Hurston

Roman Antropoloq Hurstonun Karib və ya Afrika soyundan gələn Amerikalıların şəxsi təcrübələrinə işıq tutmaq üçün Amerikanın cənubu və Karib hövzəsi ilə bağlı araşdırmasına diqqət çəkir.