adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 May 2019 17:38
47737
MƏDƏNİYYƏT

Musiqi və Teymur Göyçayev

... Həyateşqi duymaqdır,–

Son dəfə nəfəs alırsanmış kimi

ciyərlərini hava ilə doldurmaqdır.

Bütün yaşananların üzərindən xətt

çəkib bir başlanğıc doğmaqdır

Və nəğmə oxumaqdır...

Günlərinbir günü metro ilə şəhərin mərkəzinə gedirdim. Saatın neçə olduğu dəqiq yadımdaqalmasa da, vaqonlarda sərnişin az idi və demək olar ki, mənimlə üzbəüzoturacaqda cəmi-cümlətani yaz paltosunuqolunun üstünə aşırıb kitab oxumaqla məşğul olan bir nəfər əyləşmişdi. Onunüzünə diqqətlə baxmağa başladım, əlbəttə, üzünə baxmağım səbəbsiz deyildi, ammayaddaşım köməyimə çatmayacaqdı deyə,ağlımdan "Hardan tanıyıram, necə tanıyıram?”kimi suallarkeçmədi. Orasını da qeyd eləyim ki, məhşurların üzünə baxmaq adətimyoxdur; onlarla rastlaşanda tələsik gözümü yayındırıb başqa səmtə baxdığım üçünancaq və ancaq ilk qarşılaşdığımda qeyri-iradi nə görürəmsə, o olur.

Baxışlarımasahib çıxmamağımın səbəbi vaqon yoldaşımın sıradan biri olmadığını hiss etməyimdeyildi, o, kitab oxuyurdu, mən qiraətçinin üz cizgilərini. Desəm ki, ucaboyu,yaraşıqlı görkəmi diqqətimi cəlb etmişdi, yalan danışmış olaram, amma o, insanıngözəl görünməsi üçün əsas amil sayılan xoşbəxt görünüşü ilə hafizəmdə F.Nitşenin fövqəlinsanını canlandırmağa başladı, axı xoşbəxtliyin də çalarları müxtəlifolur. Bu,bütün növ xoşbəxtliklərin mahiyyətinə varid olmağı bacarmaq xoşbəxtliyiidi ki, əksini söyləmək kökündən yanlışdır.

Fikrimizinizahına yanlış olandan başlamaq üçün kiçik bir haşiyəyə çıxaq: "İnsanı cismani,maadi arzuları ilə qovuşduran firavan həyatın gətirdiyi xoşbəxtliklər çöhrədəiz buraxa bilmir, əksinə, bəzi anadangəlmə cığırları da hamarlayıb tanınmazhala salır. Məsələn, dodaq gelindən istifadə edən qadınların üz-gözlərinibağlayıb ancaq dodaqlarını açıq saxlasalar, onları bir-birindən fərqləndirməkxeyli çətin olar. Yalançı xoşbəxtlik də belədir; səbəblər müxtəlif olsa da, üzlərdəburaxdığı iz eynidir və həm də bu yalançı xoşbəxtlər təmtəraqlı həyatlarıyoxdur deyə, həqiqi xoşbəxtləri qəbul etmirlər. Hətta dahi N. Gəncəvivə mən əminəmki, bu belə idi, o dünyadan təşrif gətitribsöyləyə: "Mən dörümün ən xoşbəxt insanı idim”, inanmayacaqlar, lakin Sultan Səncərin xoşbəxtliyi ağlabatandır, axımənəvi, idraki, ilahi xoşbəxtliyin nəşəsi müəyyən təbəqədə insanlar üçün əlçatandır”.

Bəli, vaqonda mənimlə üzbəüz əyləşənadamı yüngül əl hərəkətlərindən daha çox musiqiçiyə bənzətsəm də, musiqinin ifadairəsi çox geniş olduğuna görə, kimliyini üz cizgilərindən təyin etməyəçalışırdım.

Hər kəsəidraki səviyyəsi müqabilində zövq verən sənət nümunələrinin – ədəbiyyatın, rəssamlığın,heykəltəraşlığın adi adamlar üçün əlçatan olması üçün həmişə şərhə ehtiyacı var,lakin musiqi dinləyicini özü yaradır və bu mənada eyni musiqi onu dinləyən hərkəsə eyni zövqü yaşatmaq qüdrətindədir, hətta bayağı musiqilər belə, insanıbayağılaşdıra bilər. Əgər bu belə olmasaydı, kütlə şüurlu ilə hər hansı musiqibilicisi eyni musiqidən eyni həzzi duyardımı?Axı musiqi su kimidir; iynənin ucuboyda oyuq yaratdı, qranit qayaları da dəlib keçəcək. Nyutonun ikinci – "Təsir əkstəsirə bərabərdir” qanunu, fiziki hadisələrxaric, ancaq not sənəti üçün həmişəöz hökmünü qoruyub saxlayır.

Sonralar daha bir neçə dəfə metrodaonunla rastlaşdıq; adını, soy adını da öyrənmişdim: Teymur Göyçayev...Maraqlıdır,Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Uşaq-Gənclər Simfonik Orkestrininbədii rəhbəri və baş drijoru, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinindirektoru, Azərbaycan Respublikasının Xalq Artisti işə metro ilə gəlib-gedirdi.Nə böyük sadəlik, nə sadə böyüklük!Böyüklük heç nəyə yiyələnmədən hər nəyəsahib olmaq qabiliyyətidir.

Mən Teymur Göyçayevi necəgörürdüm?

Fonda böyük xoşbəxtlik, öndə xoşbəxtliyinsonsuz sevincini nəhayətsiz ciddiliklə müşayiət eləyən mükəmməllik təsvirolunurdu. Üz cizgilərilə hərəkətləri tam harmoniya təşkil edir və hərdən başınıqaldırıb ətrafa nəzər salsa da, baxışları çox uzaqdadır kimi gəlirdi nəzərə.İstəyim gözlərindəki dərin uzaqlığın mənasını izləmək idi.

Musiqiçininüzünü görməyə ehtiyac yoxdur. Dinləyici hisslərə yaxından təsir eləyən şeir,yaxud musiqiyə gözüyumulu qulaq asır və ifaçı özü də ifa zamanı eyni səbəbdəngözünü yumur, yəni daxili yaşanan zövqün zahiri təcəssümü baş verir.Onu da qeydetmək yerinə düşər ki, musiqiləri dinləyicilərə çatdırmaq üçün ifaçıların boğaz,barmaq kimi müxtəlif orqanları fəaliyyətdə olur.Bəs drijorlarda necədir?

Musiqi insan ruhunu idarə eləyir,drijorlar isə musiqini. Tərkibinə daxil olan alətlərin sayından və növündənasılıolaraq okestrin adı müxtəlif olsa da, çalğı alətləri və çalğıçılar, yaxudçalğıçılarla solist arasındakı əlaqəni drijor yaradır. Özü susur, əvəzindəbütün zahiri orqanları danışır, amma onun nə söylədiyini ancaq orkestr başadüşür, necə deyərlər, "lalın dilini anası bilir”. Eynən uşaqlığımda gördüyümtoybaşılar kimi əllərində çubuqları da olur..Toybaşı toydakıları nizam-intizamadəvət edir, drijor orkestri, amma sonuncuları bütün musiqiçilərdən fərqləndirənyeganə cəhət jestlərdir və təbii ki, jestlər üz cizgilərinə təsirsiz ötüşmür.

Şaxtalı havalarda pəncərə şüşəsininiç tərəfinə düzülən naxışları hamımız görmüşük. Bu naxışların nizamlı sırası təbiətindərk olunmayan müdrikliyindən xəbər verir. Musiqinin də nə olduğu dərk olunmur,amma Teymur Göyçayevin üz cizgiləri dərk olunmuş ideyanın – kamil musiqinin bəxşetdiyi ülvi duyğuların sonsuz trayektoriyasından təşkil olunmuşdu...

Musiqi bəzən canlı, bəzən cansız ifaolunan canlı varlıqdır ki, dadını hamı bilir, sirrinə vaqif olan yoxdur: mahiyyətiilə üst-üstə düşür. Bəs drijor kimdir? Drijor skeleti kompozisiya olan musiqinin beynidir.

Musiqiçi olmadığım üçün TeymurGöyçayev sənətinin incəliklərinə nüfuz etmək bilik fəzama aid olmasa da, onunüzündəki şər qüvvələrlə döyüşdən üzü ağ çıxmış hisslərin arxayınlıq – müqəddəs yorğunluğunsükuta dalmış təntənəsini qeyd etməyə bilmirəm; bəlkə də, xoşbəxtliyindənnigarançılığı vardı, amma ölümsüz görünürdü, axı yaşanan, fəth olunan xoşbəxtliklərinyolu əbədiyyətdən keçir.

Göyərçin Kərimi

Şair-yazıçı-publisist,

AYB-ninüzvü