adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Oktyabr 2018 13:20
17596
MƏDƏNİYYƏT

Musiqi dünyasının ədəbiyaşarlıq ünvanı

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusirolu olan Qara Qarayev yüksək mənəviyyata,ensiklopedik biliklərə malik, xalqımızın mənəvi-estetik dəyərlərini üstüntutan, digər xalqların tarixi keçmişi və adət-ənənələrinə hörmətlə yanaşan dahibəstəkar və şəxsiyyət idi. O, hər zaman öz intellektini zənginləşdirən, yalnızmusiqi problemləri ilə deyil, eyni zamanda digər milli mədəniyyətlərə xas bədii-estetikproblemləri dərindən öyrənən, onlardan öz əsərlərində yaradıcılıqla istifadə edənnadir təfəkkür sahibi idi.

Qara Qarayev yüksəkmənəvi-əxlaqi keyfiyyətləri ilə fərqlənən bir sənətkar idi. Ömrünün sonuna kimiböyüyüb boya-başa çatdığı mühiti, qədim tariximizi, mənəvi dəyərlərimizi, müəllimlərini,sənət adamlarını heç bir zaman unutmur, yeri gəldikcə onların xeyir-dualarınıyada salırdı. Qara Qarayevin dahi bəstəkarımız Üzeyir Hacıbəyli haqqındayazdığı sözlər öz səmimiliyi ilə diqqət çəkir: "Bizim çoxumuz ilk dəfə birbaşatərbiyə verdiyi şagirdlərin hər birinə xüsusi həssaslıqla yanaşan bu istedadlıpedaqoqun sinfində dərk etdik ki, sadə lirik mahnıların məlahəti, muğamkompozisiyasının gözəlliyi arxasında yalnızestetik yox, həm də məntiqi mahiyyətlihəssas bir sistem və gözəllik vardır. Bilavasitə o zaman Hacıbəylinin öztimsalında, müəllimin dərin və müdrik mülahizələrinin təsiri altında milli bəstəkarlıqüslubunun qaynağı olan folklorun hədsiz, tükənməz imkanları xüsusi biraydınlıqla ortaya çıxdı. Bizim çoxumuzun gözləri qarşısında yeni aləm, cəsarətliaxtarışlar, daha yenilikçi kəşflər aləmi açıldı” .

Maraqlıdır ki, QaraQarayev yaradıcılığı zəmanəsinin ən tanınmış sənət və elm adamlarının diqqətiniçəkmiş və onlar bəstəkarın yaradıcılığına, dövrünün professional musiqi mədəniyyətinininkişafındakı müstəsna roluna böyük önəm vermişlər. Bu baxımdan bir daha D.Şostakoviç,S.Prokofyev, T.Xrennikov,R.Şedrin, o cümlədən görkəmli şair və yazıçılarımızdanS.Vurğun,M. İbrahimov, M.Hüseyn və başqaları Qara Qarayev yaradıcılığına həmişə yüksəkqiymət vermişlər. Tanınmış müasirrusbəstəkarı RodionŞedrin haqlı olaraq qeydedirdi ki, "əsl milli sənətkar olan Qarayev milli məhdudluqdan tamamiləuzaqdır. Ü.Hacıbəyli ilə birlikdə onu cəsarətlə Azərbaycan müasir musiqi mədəniyyətininbanisi adlandırmaq mümkündür. Müəlliminin ənənələrini davam etdirən Qarayev sözünəsl mənasında bütün musiqi janrlarında yaradır. Azərbaycan musiqisində bujanrların çoxunu əməli surətdə məhz Q.Qarayev kəşf etmişdir. Ümumiyyətlə, onunyaradıcılığı milli musiqi mədəniyyəti üçün elə bil yeni pilləyə, yeni keyfiyyətəkeçiddir. Azərbaycanın yeni musiqisinin dünya müstəvisinə çıxması Qarayevin adıilə qırılmaz surətdə bağlıdır. O, yeni milli bəstəkarlıq məktəbi yaratmışdır”.

Həqiqətən müasirdünya professional musiqi mədəniyyətini görkəmli Azərbaycan bəstəkarı QaraQarayevsiz düşünmək çətindir. Nadir istedada malik olan dünya şöhrətli sənətkarınyaradıcılıq yoluna nəzər saldıqda onun professional musiqi mədəniyyətinə məxsusluğunun,bütün musiqi janrlarında yaratdığı əsərlərinin bədii-estetik xüsusiyyətlərinə dərindənbələd olmasının şahidi oluruq. Bu səbəbdən onun təkrarsız sənətkar siması və yaradıcılığıyuxarıda qeyd etdiyimiz kimi öz dövrünün ən tanınmış sənət və elm adamlarınındiqqətini çəkmiş, onun yaradıcılığı haqqında saysız-hesabsız xoş sözlər, mütəxəssisfikirləri söylənmişdir. 1968-ci ildə Qara Qarayevin 50 illik yubileyi münasibətiləİlyas Əfəndiyev "Qüdrətli sənətkar” məqaləsində yazırdı: "Bütün böyük sənətkarlarkimi, Qara Qarayev insan qəlbinin, insan ruhunun indiyə qədər nüfuz edilməyən dərinliklərinəgedir, bu vaxtadək duyulmayan sirlərini tərənnüm edir. Buna görə də, bəstəkarınəsərlərində fəlsəfi axtarışlarla, kəşflərlə müasirlik birləşib qüdrətli bir gözəllikləsəslənir. O, Heminquey kimi fikrinin yalnız müəyyən hissəsini açıq ifadə edir.Qalan böyük hissəsini duyub dərk etməyi dinləyicinin öhdəsinə buraxır. Böyük vədərin fikir sahibi olan sənətkarlarda həmişə belə olmuşdur. Bethovendə,Şekspirdə də belə olmuşdur”. Bəstəkarın adı bu gün də dünyanın ən tanınmış sənətkarlarıarasında yer almaqdadır. Təsadüfi deyil ki, Qara Qarayevin adı XX əsrin görkəmlibəstəkarlarından olan İ.Stravinski, D.Şostakoviç, S.Raxmaninov, S.Prokofyev vəbaşqaları ilə bir sırada çəkilir. Qara Qarayevin yaradıcılığının bir çox məziyyətlərinətoxunan görkəmli sənət adamları, istər bəstəkarlar və musiqişünaslar, istərsə dəxoreoqraflar, ifaçılar, dirijorlar bu yaradıcılığa xas dərin ideya-məzmunxüsusiyyətləri, forma-kompozisiya mükəmməlliyi, novatorluq prinsipləri, zənginmelodik istedadı, fərdi yaradıcılıq dəst-xətti, müasir harmonik dili, çağdaşmodernist bədii cərəyanlardan yaradıcılıqla istifadə olunma bacarığı kimi birçox xüsusiyyətlərə münasibətlərini bildirir, bəstəkarın qeyri-adi yaradıcılıqyolunun dünya professional musiqi mədəniyyətini zənginləşdirdiyini ön plana çəkirlər.Bütün bu söylənilən bədii-estetik prinsiplər Qara Qarayev yaradıcılığının əsasınıtəşkil edir və bu prinsipləri onun bütün əsərlərində izləmək mümkündür. Onunforma, kompozisiya baxımından ən sadə olan janrlardan ən mürəkkəb janrlara qədərolan əsərlərində bu keyfiyyətləri görmək olar. Vokal-instrumental vəinstrumental janrlar, proqramlı musiqi, opera, simfoniya, balet, musiqilikomediya, kantata, skripka konserti, kino musiqisi kimi sahələrdə əsərlərortaya qoyan bəstəkar bu janrların spesifik qanunauyğunluqlarını, bədii-estetikprinsiplərini, təsvir-ifadə vasitələrinin potensial-estetik imkanlarını çox gözəlbilirdi. Heç şübhəsiz,bu zəngin yaradıcılıq imkanının əldə edilməsində QaraQarayevin ən gənc yaşlarından münbit və geniş musiqi mühiti içərisində böyüməsi,xalq musiqi intonasiyalarından (deyilənə görə o, folklor nümunələrini toplamaqüçün ekspedisiyalarda belə iştirak etmiş) bəhrələnməsi, dahi bəstəkarımızÜzeyir Hacıbəyli məktəbinin təsiri altında olması, eyni zamanda Moskvada görkəmlirus bəstəkarı D.Şostakoviçin tələbəsi kimi təhsil alması kimi faktorlar önəmlirol oynamışdır. Onun əsərlərinin yalnız milli çərçivələr içərisindəqalmaması, əksinəmilli çərçivələri genişləndirərək ümumbəşəri yüksəkliklərə qalxa bilməsinin əsassəbəblərindən biri zənnimizcə, məhz bu yuxarıda söylədiklərimizgerçəkliklərdənkeçir. Eyni zamanda onun əsərlərində millilikləbəşəriliyin, müasirliklənovatorluğun, ənənə ilə forma mükəmməlliyinin, emosionallıqla professionallığındialektik vəhdətini hiss etmək mümkündür.

Qara Qarayevin zənginyaradıcılıq yoluna nəzər saldıqda, onun səhnəvə kinofilmlərə yazmış olduğumusiqi parçalarına yenidən qayıtdığının şahidi oluruq. Onlardan yaradıcı şəkildəistifadə edib gözəl simfonik və instrumental əsərlər yaratmışdır. Bunlardan"Don Kixot” simfonik qravürlərini, Alban rapsodiyasını, "Leyli və Məcnun”simfonik poemasını göstərmək olar. Bu əsərlərinadlarından da görünür ki, bəstəkar burada milli-mənəvi mədəniyyətimizdə yeralmış mövzularla yanaşı digər xalqların milli mədəniyyətlərinə aid mövzulara datoxunur. Məsələn, Servantesin məşhur "Don Kixot” əsəri əsasında eyni adlı filmüçün yazdığı musiqi (sonralar "Don Kixot ” simfonik qravürlər adı ilə məşhurlaşmışdır)ispan xalqının musiqi intonasiyaları, xüsusilə xalq rəqslərinə (xabanera,kavalkada) xas intonasiyalarla zəngindir. Heç şübhəsiz, bəstəkar bu əsəriyazmaqdan ötrü ispan xalqının zəngin xalq musiqisini dərindən öyrənmiş, ondanyaradıcılıqla istifadə edə bilmişdir. Eyni sözü onun "Vyetnam süitası” proqramlıəsəri haqqında da söyləmək mümkündür. Burada da bəstəkar azadlıq ideyalarınıifadə edərkən Vyetnam xalqının musiqi folkloruna müraciətedir, onun intonasiyavə ritmik xüsusiyyətlərini, emosionallığını qoruyub saxlamağa çalışır. Ümumiyyətlə,Qara Qarayev yaradıcılığında dünya xalqlarının mədəniyyətlərinə geniş yerverilməsinin şahidi olmaq mümkündür. Bəstəkarın dünya şöhrəti qazanmış və təxminən60 ölkədə müvəffəqiyyətlə səhnə üzü görmüş "Yeddi gözəl” baletində, digər məşhurbaleti olan və Cənubi Afrika yazarıAbrahamsın əsəri əsasında yazılmış"İldırımlı yollarla” baletində biz bu yaradıcılıq meylini aydın bir şəkildə izləyəbilirik. Məsələn, "Yeddi gözəl” baletində bəstəkar müxtəlif xalqları təmsil edəngözəllərin hər birinin emosional obrazına uyğun musiqi parçaları yaradıb.Maraqlıdır ki, bu musiqi parçalarında bəstəkar yenə də olduqca məharətlə vəyaradıcı şəkildə hər bir xalqın nümayəndəsini təmsil edən gözəllərin surətiniyaratmaqdan ötrü bu xalqların musiqi folkloruna müraciət edir, həm də burada o,heç də sitat gətirmək üsulundan istifadə etmir, əksinə özü orijinal musiqiparçaları yarada bilir. Bu musiqi parçaları gələcəkdə müstəqil musiqi əsərlərikimi ifaçıların repertuarına daxil olur və dinləyicilərin estetik zövqünüoxşayır. Eyni sözü bəstəkarın "İldırımlı yollarla” baletiüçün də söyləmək mümkündür, belə ki, burada da bəstəkar Afrika xalqlarınınmusiqisinə geniş yer verir. Həmçinin onların musiqi folklorundan dayaradıcılıqla faydalana bilir. Bəstəkar bu baletdə müasir mərhələdə hələ dəirqçilik ideyalarının hökm sürməsi, insanın insan tərəfindən istismar edilməsi,sosial haqsızlıqların olması kimi neqativ halları öz emosional, təsirlimusiqisi ilə ifadə edə bilir.

Qara Qarayev novatorsənətkar idi. Onun əsərlərinə nəzər saldığımız zaman daima yeniliyə, dünyamusiqi mədəniyyətində baş verən maraqlı bədii hadisələrə, cərəyanlara diqqətyetirdiyinin şahidi oluruq. Qara Qarayev vaxtilə bir çox xarici ölkələrdə, ocümlədən ABŞ-da olduğu zaman buradakı müasir musiqi cərəyanları və bədiiyeniliklərlə yaxından maraqlanmışdır. Dahi bəstəkar çoxşaxəli yaradıcılığında qərbmusiqi dünyasının modernist cərəyanlarına öz orijinal münasibətini göstərirdi.Belə ki, əski sovetlər birliyi dönəmində bu qəbilədən olan "antirealist”adlandırılan cərəyanlar tamamilə inkar edilir, hətta onu təbliğ edən sənətkarlartəqib edilir və cəzalandırılırdı. Bütün bunlara baxmayaraq, Qara Qarayev özyaradıcılığında bu "antirealist” dəyərləndirilən modernist cərəyanların estetikprinsiplərindən faydalanırdı. Təsadüfi deyil ki, onun skripka ilə orkestr üçünyazdığı konsertdə, həmçinin "Üçüncü simfoniya”da aşıq musiqisinin intonasiya,lad-məqam, ritmik xüsusiyyətləri hiss olunur.

Qara Qarayev hərzaman yaradıcılıq prosesində qarşıya çıxan nəzəri-estetik, praktiki problemlərinhəlli ilə əlaqədar dərindən düşünən, onun yollarını arayan bir bəstəkar olmaqlayanaşı, eyni zamanda bir musiqişünas-estetik idi. Onun bir çox məqalələri,xüsusilə də xalq musiqisinə münasibəti, müasir bədii hadisələr və cərəyanlarla əlaqədarfikirləri musiqişünaslıq elminə dəyərli töhfədir.

Qara Qarayevin pedaqoji fəaliyyəti də uğurluolmuşdur. Onun bir çox tələbələri artıq müasir Azərbaycan professional musiqi mədəniyyətininadlı-sanlı sənətkarları olaraq tanınmaqdadırlar. Bunların arasında Arif Məlikov,Firəngiz Əlizadə, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Musa Mirzəyevkimi görkəmli bəstəkarları göstərmək olar.

Qısa bir məqalədəgörkəmli sənətkarınçoxşaxəli yaradıcılığının bütün özəlliklərini və bəşəriideyalarla zəngin olmasını təhlil etmək qeyri-mümkündür. Təsadüfi deyil ki,Qara Qarayev haqlı olaraq Azərbaycan və dünya professional musiqi mədəniyyətinininkişafı tarixində özünə layiqli və əbədi olaraq yer almışdır. Prezident İlhamƏliyevin müvafiq Sərəncamına əsasən Qara Qarayevin 100 illiyi həm ölkəmizdə, həmdə xarici ölkələrdə silsilə tədbirlərlə qeyd olunur. Dahi bəstəkar məqalələrininbirində yazırdı ki, "Millidən kənarda musiqi sənəti ola bilməz, yaradıcılığıbütün xalqların və bütün dünya mədəniyyətinin sərvətinə çevrilmiş musiqi dahiləridərin köklərlə öz vətəninə, öz xalqına, onun mədəniyyətinə, tarixinə, doğmatorpaqlarının təbiətinə və nəhayət, doğma xalqının musiqi dilinə bağlıdır”.QaraQarayevin bütün yaradıcılıq yolu, bütün fəaliyyəti, sənət dünyası və sənətkartaleyi təbii ki, bu fikrin əyani, həm də mənalı təcəssümündən ibarətdir. Dünyaşöhrətli bəstəkarın ürəkləri fəth edən sənət dünyası bütün dünya ölkələrindəözünə əbədiyaşarlıq qazandırıb.


Timuçin Əfəndiyev

BakıXoreoqrafiya Akademiyasının rektoru,

Əməkdar elmxadimi, professor