adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Aprel 2014 10:18
12356
SİYASƏT

Müsavatın fəxri üzvündən Əli Kərimliyə ironik şer

AXCP sədrinin müavinin statususosial şəbəkədə ironik müzakirələrə səbəb olub.

Nurəddin Məmmədlinin facebook sosial şəbəkəsindəyazdığı bir status böyük səs-küyə səbəb olub.

N.Məmmədlinin "Ukrayna hakimiyyəti vaxtındaƏli Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısındanqayıdardı" fikrini istifadəçilər şişirdilmiş hesab edib və ironikyanaşmalarla ələ salmağa başlayıblar. 
İronik yanaşmalar arasında ən maraqlısı Ukraynanınbaş naziri Taraz Şevçenko adından Əli Kərimliyə yazılan şeirdir. Bu şeirihazırda Hollandiyada yaşayan Müsavat Partiyasının fəxri üzvü İsa Yusibov özfacebook səhifəsində paylaşıb. Həmin şeiri sizə təqdim edirik:

Ey Oğuz elinin igid övladı
Sənsən Ukraynanın qolu-qanadı
Gəl bitir bu zülmü, bu istibdadı
Maydanda qalmışıq soyuqda, qəmli
Bizə məsləhət ver, Əli Kərimli

Bir xəbər verdilər bizə uzaqdan
Dedilər Bakıdan qalxacaq o dan
İsmini hayqırır hər gecə Maydan
Xaxol qızlarının gözləri nəmli
Bizə məsləhət ver Əli Kərimli 

Səndədir iradə, səndə qətiyyət
Maydana gəlməyə eyləsən niyyət
Hamımız cəddinə edərik biət
Ey zatı-möhtərəm, mübah qədəmli
Bizə məsləhət ver, Əli Kərimli