adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Avqust 2019 14:03
27881
GÜNDƏM

Murad Ağayev: Xruşovu qəzəbləndirən azərbaycanlılar

1959-cu ilin yayındaVladimir Semiçastnı Xruşova zəng edərək onu qəbul etməsini xahiş edib. Həminərəfədə Semiçastnı Mərkəzi Komitənin müttəfiq respublikalarda partiyaorqanlarına nəzarət şöbəsinin müdiri olub. Xruşov vaxt təyin edib.

Semiçastnı birinci ilə görüşə öz müavinini, İosif Şikini də aparıb. Şikingörüşdə Xruşova yenicə ezamiyyətdən qayıtdığı Azərbaycan haqqında, müttəfiqrespublikada partiya orqanlarının fəaliyyətinin vəziyyəti ilə bağlı məlumatverib. Xoşagəlməz informasiyalar Xruşovu qıcıqlandırıb:
- Siz artıq İmam Mustafayevin yanına da gedib çıxmısınız??? O bizim ən yaxşıbirinci katiblərimizdən biridir...

Şikin inadkarlıqlaXruşova yanıldığını söyləyib:

- Nikita Sergeyeviç,Azərbaycanda vəziyyət heç də siz düşündüyünüz kimi deyil.

Xruşov məsələni MərkəziKomitənin iclasında müzakirəyə çıxarılmasına qərar verib.

Beləliklə, MərkəziKomitənin geniş tərkibli iclasında Azərbaycanla bağlı məruzə dinlənilib.Məruzəçi İosif Şikin olub.

Şikin məruzəsinəAzərbaycanın iqtisadi vəziyyətindən başlayıb. O, qeyd edib ki, respublikadapambıqçılığın səviyyəsi sabit qalsa da, heyvandarlıq sahəsində böyük problemlərvar. Belə ki, kolxoz və sovxozlarda iribuynuzlu mal-qaranın sayı kəskin azalıb,şəxsi adamlarda isə kəskin şəkildə artıb. Bunun nəticəsi olaraq, Bakının ərzaqmağazalarında süd məhsulları defisitə çevrilib. Məruzəçi konkret rəqəmlərəistinad edərək qeyd edib ki, hazırda ailələrin şəxsi istifadəsində 2-3 inək,50-60 qoyun var. Buna görə də həmin insanlar sovet cəmiyyətinə və sovetsiyasətinə lazım olan kimi baxmırlar, bu isə ağır siyasi fəsadların yaranmasınasəbəb ola bilər.

Məruzənin bu məqamındaXruşov növbəti dəfə əlini stola çırpıb:
- Bax, bu da bizim kommunistlər, etibar etdiyimiz insanlar...

İosif Şikin daha "həssas” bir məqamatoxunub:

- Respublikanın rəhbərliyi millətçilikruhunu gizlətmədən Mərkəzi Komitənin və SSRİ Nazirlər Sovetinin qərar vəgöstərişlərini icra etməməkdən belə çəkinmirlər. Bir faktı qeyd etməkkifayətdir. Azərbaycanın rəhbərliyi Qaradağ-Tbilisi qaz kəmərinin çəkilməsinəetiraz edərək, əsas gətiriblər ki, qaz onların özlərinə çatmır. Amma bu əsassəbəb deyil. Əsas səbəbi Bakı rəhbərlərindən biri dilə gətirib: "Qaz bizimdirvə biz onu gürcülərə vermək istəmirik”.

Xruşov bu fakta qarşı daha daqəzəblənib:

- Deməli, belə çıxır ki, onlaristədikləri qədər qazdan istifadə edəcəklər, gürcülər və ermənilər isə qazsızqalacaqlar. Ola bilməz, bu mümkün deyil.
İosif Şikin sonra daha "incə məqamları” açıqlamağa başlayıb:

- Məlum olduğu kimi, 21 avqust 1956-cıildə Azərbaycan dilinin dövlət dili statusu alması ilə bağlı qanun qəbuledilib. Bu qanundan sonra respublika rəhbərliyi bütün müəssisələrdə Azərbaycandilinə keçidlə bağlı sərt tələblər qoyublar. Nəzərə alınmayıb ki, 1950-ciillərin sonlarında respublika əhalisinin üçdə iki hissəsi qeyri-azərbaycanlılarolub. Və bu qanundan sonra qayri-azərbaycanlıların vəzifələrdən kütləvi şəkildəazad olunması başlayıb. Bu haqda Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri,yazıçı Mirzə İbrahimov fikirlərini açıq bəyan etməkdən çəkinməyib: "İndi 20-ciillər deyil. Hazırda bizim kifayət qədər kadrlarımız var ki,qeyri-azərbaycanlıları əvəz etsin”.

İosif Şikin çıxışında Mirzə İbrahimovunAzərbaycan Dövlət Universitetində keçirdiyi görüşlərin birində söylədiyi dahabir ifadəni də səsləndirib: "Ziyalı öz doğma dilində danışa bilmirsə, yaxud özdoğma dilini bilib danışmaq istəmirsə, o, alçaq, yaramaz və satqındır...” Şikindaha sonra qeyd edib ki, onun bu fikirləri sürəkli alqışlarla qarşılanıb.

Bu məqamda Xruşov üzünüiclasda iştirak edən Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayevətutub:
- Yoldaş Mustafayev, belə bir hadisə olub?

- Bəli, olub.

Mustafayev Xruşovusakitləşdirmək üçün daha sonra əlavə edib:

- Amma biz buna görə onututduğu vəzifədən azad etmişik.

Bu əlavə də Xruşovunqəzəbini soyutmayıb:

- Belələrini təkcə işdənçıxartmaq yox, partiya sıralarından da xaric etmək lazımdır. Bu cür adamlarkommunist adını daşımamalıdırlar. Bunlar partiyamıza ziyan vuranmillətçilərdir.
Əslində Mirzə İbrahimovu bu məsələyə görə heç kim işdən azad etməyib. 1958-ciildə yazıçı öz ərizəsi ilə bu vəzifədən gedib.

İclasda İosif Şikininuzun-uzadı məruzəsi davam edib. Sonda Xruşov İmam Mustafayevə növbəti"müraciət”ini edib:

- Yoldaş Mustafayev, sizsadəlövh adam deyilsiniz və respublikada nələrin baş verdiyini yaxşıbilirsiniz. Belə bir vəziyyətdə siz çox şübhəli görünürsünüz. Siz cibinizdəpartiya bileti gəzdirirsiniz, amma kommunist deyilsiniz. Bəli, siz kommunistdeyilsiniz. Partiyanın tapşırıqlarını yerinə yetirə bilməyən bir şəxs kommunistola bilməz. Azərbaycandakı siyasi vəziyyət acınacaqlıdır. Kadr seçimindəmillətçilik açıq şəkildə özünü biruzə verir. Məruzədən də şahidi oluruq ki, respublikadayaşayan digər millətlərin siyasi hüquqları tam məhdudlaşdırlıb. Mən bütünbunları bədbəxtlik kimi qiymətləndirirəm ki, Azərbaycanda Kommunist Partiyasınıbaşında sizin kimi adam durur...

Təbii ki, bu iclasın sonluğunun nə iləyekunlaşacağı aydın idi. 6 iyul 1959-cu ildə Azərbaycan KP MK-nın plenumundaİmam Mustafayev vəzifəsinin öhdəsindən "gəlmədiyinə” görə birinci katibvəzifəsindən azad edilib və həmçinin Mərkəzi Komitənin büro üzvlüyündən xaricolunub. Qeyd edək ki, İmam Mustafayev Azərbaycana 1954-cü ildənrəhbərlik edib..