adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Yanvar 2017 11:18
159593
RUBRİKA

"Müharibənin ağrılarını yuxuda yaşadım" - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər günrastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzunqaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tezxatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibindəveyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar,sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizisarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürənatlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxulargöstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhurpsixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu"kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı" rubrikasının bu dəfəki qonağı yazıçı Mirmehdi Ağaoğludur. Adalet.az müsahibəni təqdim edir:


Froydagörə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmişşəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

Yuxuhaqqında elmi bilgim budur: insan yatdığı zaman bəzi beyin hüceyrələri aktiv şəkildəfəaliyyət göstərməyə davam edir, gün ərzində əldə etdiyi məlumatları,beynimizin bir yerində ilişib qalan şeyləri analiz etməyə başlayır. Və buhüceyrə fəaliyyətini biz "yuxu” kimi görürük.

Yuxununhəyatımızdakı yeri adama görə dəyişsə də incəsənət, mədəniyyət və ədəbiyyatdakıyeri böyükdür. Yusif peyğəmbərin yuxuyozma qabiliyyətinin olmasını, nağıl vədastanlarımızda qəhrəmanlara yuxuda busə verilməsini xatırlamaq kifayət edər.Ayrıca təsviri incəsənətdə də yuxu önəmli yer tutur. Sürrealizm bildiyimiz kimiyuxu və reallığın qarışığından ibarətdir. XX əsrin əvvəllərində yaranansürrealizm təkcə təsviri sənətdə deyil, ədəbiyyatda, kinematoqrafiyada genişyayıldı. Buna ən geniş nümunə kimi Salvador Dalinin əsərlərini göstərmək olar.Dali yuxularınızı tablolara tökür, onu canlandırırdı.

Ədəbi əsərlərdədə yuxu elementinə geniş yer verilir. Qonçarovun qəhrəmanı Oblomovun yuxusudünya ədəbiyyatının məşhur yuxularındandır. Əkrəm Əylislinin qəhrəmanları da həmişəyuxu görürlər.

Özüm dəbəzi əsərlərimdə yuxu elementindən istifadə etmişəm. "Küləyi dişləyən”də Asifingördüyü yuxu özümün də xoşuma gəlmişdi. İndi yazdığım bir əsərdə də qəhrəmanabsurd yuxu görür.


Yuxularınızhəyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızıqurursunuz?

Həyatımdabir neçə vacib yuxu olub. Uşaq vaxtı gördüyüm iki yuxu indiyə kimi yadımdançıxmır, hətta sevdiyin əsərə təkrar qayıdıb oxumaq kimi mən o yuxulara təzədənqayıdıb görürəm. Biri qorxulu, o biri isə çox xoşbəxt bir yuxudu. Birinci yuxubelədir: "Qaçış meydançası kimi yerdir. Mən qabaqda qaçıram, bir sürü öküz dəarxamca gəlir. Canımı qorxu götürüb ki, indi gəlib məni tapdayacaqlar. Finiş xəttininlenti isə nazik aşıq sapındandır. Və mənə elə gəlir bu bir sürü heyvanınqabağını yalnız o aşıq sapı alacaq. Buyuxunu ta uşaq vaxtından dörd-beş yaşımdan dəfələrlə görmüşəm." İkinci yuxudaAlabaş avtobusu ilə hər tərəf yaşıllıq içində olan bir yerə gəlirəm. Mənavtobusun pəncərəsindən baxıram. Yaşıllıqda insanlar dincəlirlər. Bundansonrası yadımda deyil. Və mən o yuxunun bu hissəsini görəndə elə bilirəm cənnətdəyəm.Maraqlıdır ki, hər iki yuxuda uşağam. Ümumən gördüyüm yuxuları ayılandan birneçə saat sonra unuduram. Təbii ki, unutduğuma görə onlar əsasında plan daqurmuram. Bəzən səhər duranda bir müddət gördüyüm yuxunun təsirindən çıxabilmirəm, hərdən müxtəlif hissələri yadıma düşür, sonra isə şüşənin qırovu istidəydikcə əriyib yox olan kimi günboyu yuxu hafizəmdən tamamən silinib gedir.


Yuxudansonra onun yozumları haqda baş sındırırsız?

Deməkolar ki, yox. Bayaq dediyim kimi, mənim üçün vacib olan bir–iki yuxu var.Onlardan başqası haqqında düşünmürəm. Bəlkə də uşaq vaxtı gördüyüm o iki yuxu nəvaxtsa həyatımda özünü göstərəcək. Nə bilmək olar?


Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

Şəxsi təcrübəmdə yuxu ilə bağlı mistik hadisəyaşamamışam. Mənim anam yuxulara çox inanır. Onu yuxu görməsi qeybdən səs eşitməkkimidir. Dəfələrlə yuxusunu yozub və onun yozduğu məsələ düz çıxıb. Məsələn,anam dayısını – dindar, nurani adam olub – yuxuda görəndə inanır ki, həmən günişləri düz gətirəcək.


Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Yoxlamamışam. Həyatı həmişə rasional şəkildə anlamağa çalışmışamdeyə gördüyüm yuxular üstündə baş sındırmağa meylim olmayıb.


Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxuhansılardır?

- Bayaq sizə həyatımdakı ən təsirli yuxular barədə danışdım. Bəs eləmədisəgəlin birini də deyim. Özü də qlobal yuxu (gülür). Deməli 2002-ci il idi.Amerika İraqa hücum eləmişdi. Bir gecə yuxuda gördüm ki, kəndimizdəyəm,babamgildə. Təndirin başında dayanmışam. Göydə qırıcı təyyralər uçur, kəndibombalayırlar, Kürün qırağı ilə bizim küçəyə tanklar gəlir. Təkcə təyyarələrin,tankların gurultusundan az qalır kənd dağılsın. Və birdən yaxınlıqda bombadüşür. Bombanın təsiri gedəndən sonra görürəm ki, yeddi yaşlı bacım qaniçindədir. Mən eynən "Uzaq sahillərdə” filminin sonunda Visilinin atası Mehdiniqucağına alan kimi bacımın cansız bədənini qucağıma alıb hönkür-hönkürağlayıram... Bir də ayıldım ki, yatağımda oturmuşam və gözlərimdən yaş sel kimiaxır, hıçqırıq məni haldan salıb. Bir müddət həqiqətən elə bildim ki,müharibənin tən ortasındayam, Pamuk demiş yuxu ilə gerçəkliyin ortasındaqalmışdım, bilmirdim gördüklərim yuxudur, yoxsa reallıq. Həmin gün özümə gələbilmədim. Bütün günü müharibəni lənətlədim. Müharibənin nə qədər dəhşətli birşey olduğunu o gün yuxuda başa düşdüm. Mən müharibənin ağrılarını, acısını hələyuxuda yaşayıb bu qədər təsirlənmişdim, gör indi Qarabağda, Əfqanıstanda,Suriyada və dünyanın başqa qaynar ocaqlarında müharibə dəhşətlərini yaşayaninsanlar nə hisslər keçirir, nə faciələr yaşayır, nə travmaları olur. O gündənsonra müharibələri və onları törədənləri əlimdən gəldiyi qədər lənətləyirəm.


Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələbilinmir. Ammaalimlər onu bildirir ki, insanların 12 faiziağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

Alimlərin bilmədiyi şeyi mən hardan bilim? (gülür)Deyəsən bir-iki dəfə mən də rəngli yuxu görmüşəm, dəqiq yadımda deyil.


Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

Həyatda bir də heç vaxt görməyəcəyim insanları heç olmasa yuxudagörmək istərdim: Babamı, əmimi...


Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıq olaninsanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı biraləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

Yuxu bizə alternativ reallıq, alternativ dünya bəxş edir. Yuxununsərhədləri hüdudsuzdur, bilmirəm hansı hansından qaynaqlanır, amma məncəinsanın təxəyyülü nə qədər genişdirsə yuxusu da bir o qədər sərhədsizdir,rəngarəndir. Yuxu bizim təsəlli yerimizdir, yuxu bu dünyadan qopub xoşbəxtanlar yaşaya biləcəyimiz yeganə alternativ "məkan”dır. Yuxularımızın üzünüköçürüb film eləmək olsaydı biz bir-birindən maraqlı fantastik və fantazijanrında filmlərə baxmış olardıq. Yuxu elə bu gözlənilməzliyinə görə nə qədərinsana ilham qaynağı olub.


Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

Yəqin ki. Ətrafımızda o qədər adam var ki, yuxularaçox ciddi inanırlar və gördükləri yuxu əsasında hərəkət edirlər. Təəssüf ki,yuxuları tez unuduram, yoxsa onları yadda saxlayıb yozmağa çalışardım. Bir dəaxı ədəbiyyat hardasa yuxu sayılmırmı? Borxes də deyir ki, ədəbiyyat idarəolunan yuxudur. Fikirlərimizi, xəyalımızdan keçənləri yazmağa çalışmaq eləyuxularımızı yozmaq demək deyilmi? Yuxuda məni cəlb edən ondakı süjetlərdir, həyatdaheç zaman belə keçidlər olmur. Yuxuda isə hər zaman mümkündür, özü də elə təbii,elə gözəl alınır ki, heyran olmaya bilmirsən. Arada istəyirəm, gördüyüm yuxunudərhal yazım, yaddan çıxmasın. Sonra fikir verirəm ki, yuxuda olan həmin okeçidləri yazıda vermək çətindi. Buna görə də bu fikirdən vaz keçirəm.