adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Mart 2020 10:30
41885
DÜNYA

Müharibələr məğlubu - Səddam Hüseyn











Dünya tarixinə öz qərarları ilə iz qoyan Iraqlideri Səddam Hüseynin devrilməsindən 17 il ötür.

Budur, sinəmizi canavarlara açırıq
Və canavarın önündə titrəmədən
Öhdəsindən gəldik ən çətin meydanlarda
Inşallah, bunların da hesabın verərik
Necə dayanarlar belə bir gərginliyə.


Xalqım, sizi üz üstə buraxmadıq
Bütün fəlakətlərdə lider yenə partiyamdır.
Ruhumu sizin və partiyam üçün fəda edirəm
Çətin günlərdə qan ucuzdur.
Hücum edərkən nə diz çökər, nə də baş əyərik
Yenə də qürurlu davranarıq düşmənimizə.
Səddam Hüseyn
(ölmədən öncə yazdığı şeir)


Səddam:"meydan oxuyan”


Bir çox yaşıdı kimi onun da qəhrəmanı ərəb milliyətçiliyinin atası, Misirin əfsanəvilideri Cəmal Əbdül Nasir idi. Onunortaya çıxmasıyla 50 və 60-cı illərdə yaxın şərqin monarxiyaları çat verəcək,xüsusilə ingilis və fransız müstəmləkəçilərinə qarşı Süveyş böhranında mübarizəsinəgörə yaxın şərq siyasətinin əsas daşı olacaqdı. Həmin il Səddam Sosialist BaasPartiyasının İraq qoluna yazılacaqdı. Partiya 1950-ci illərdə gizliyaradılmışdı və ölkənin yaxın gələcəyinə öz möhürünü vurmağa hazırlaşırdı. Hərnə qədər adında sosialist kəliməsi olsa da Səddamın əsl diqqətini çəkənpartiyanın ərəb dünyasında qərb müstəmləkəçiliyini bitirməyi hədəfləyən millətçiüzü idi. Ingilislərin tabeçiliyində olan monarxiyanı devirmək istəyənlərinsırasına qatılmaqda gecikmədi. Nəhayət, istədikləri oldu. 1958-ciildə general Əbdül Kərim Qasımın liderliyi ilə generallar kral Faysalı devirdi.Monarxiya devrilmiş və Qasım da baş nazirliyə gətirilmişdi. Lakin Baasçılarınyeni hökümətlə problemləri var idi. Çünki Qasım o vaxtlar dəbdə olan ərəb millətçiliyindənuzaq durur, daha çox Sovet imperiyasına könül verirdi. Bu vəziyyətdən narahatolan qərb qiyamçı generalı devirmək üçün Baas-çılara həm daxildən, həm də xaricdənkömək etməyə gecikmədi.


Baas-çılıq nədir?
Baas-çılıq ərəb millətinin tək bir millət olduğunu, imperializm tərəfindən sünişəkildə bölündüyünü və tək bir ərəb dövləti yaratmağı hədəfləyən ideologiyadır.Keçmişdə Baas partiyalarının hakimiyyətdə olduğu Misir, Suriya və İraq arasındabelə bir Birləşmiş Ərəb Respublikası yaradılmağa çalışılsa da bu danışıqlaruzunmüddətli olmadı. Millətçi və müasir olmasına baxmayaraq Səddam İslam dininidə zaman-zaman qoluna taxmağa çalışmışdır. Baasçılar ərəb millətçiliyi iləİslamın eyni şey olduğunu iddia edirdilər.


Qiyamçılarınköməkçisi oldu


Səddamın partiya daxilindəki fəaliyyəti rejimin gözündən qaçmadı. Bir müddət həbsxananında dadına baxmalı oldu. Amma ağıllanmamışdı. Həbsdən çıxan kimi Qasımı devirənplanın baş rollarından birini oynadı. Hadisələr zamanı qıçından aldığı gülləyarası ona etirazların hədiyyəsi olacaqdı. Canını qurtarsa da Misirə qaçmaq məcburiyyətindəqaldı. Haqqında verilən qiyabi ölüm cəzası onun ardınca gəlirdi. 1963-cü ildəRamazan qiyamı ilə Baasçılar Amerika məxfi xidmətinin köməyi ilə Qasımıdevirdikdən sonra Səddama da İraqın qapısı təkrar açıldı. Bu qarışıqlıqda ƏbdülSəlam Arif baş nazir oldu. Gənc Səddam oyundan ayrılmamağı bacarmışdı. Lakin ərəbvə İraq millətçiliyi arasında qalan partiya regionçuluq məsələlərinin də ortayaçıxmasından sonra parçalanma nöqtəsinə gəldi. Partiya içi mücadilələrin birininnəticəsində Səddam yenə həbsə düşmüş, lakin bir müddət sonra yenə canınıqurtarmışdı.

Bir qiyam daha və Səddam vitrinə çıxır


Həmin vaxtlarda İraqa heç bir qiyamı bəyəndirmək olmurdu. 1968-ci ildə bu dəfəqiyamla hakimiyyətə Əhməd Həsən Əl Bəkir gəldi. Işin çətinliyini görən vəustalarının yanında yetişən Səddam da köməkçisi olmuş, hüquq təhsilini yarımçıqqoymuş və Daxili Təhlükəsizlik Təşkilatının rəhbərliyinə gətirilmişdi. Partiyadaxilindəki çəkişmələrdə özünü qorumağı bacaran Səddamın aldığı ən böyük dərsheç bir zaman partiya daxilində əks mövqeli səslərə yer verməmək idi. Bunuağlından çıxartmayacaqdı. Hər nə qədər səhnədə Əl Bəkir olsa da Səddam arxaplanda gücünü get-gedə artıracaq və rejimin vətəndə və xaricdə görünən əsas üzüolacaqdı.
O gündən sonra iraqlılar Səddamın adını daha tez-tez eşidəcəkdi.

Kimin əli kimin cibindədir, bilinmir


Qiyam komandanlığı qurumuna rəhbər seçilməsiylə birlikdə Səddamın karyerası dayüksəlməyə başladı. Iraq (eynilə bu günlərdə olduğu kimi) həmin günlərdə kimin əlininkimin cibində olduğunun bilinmədiyi bir diyar idi. Sünni ərəblər, şiə ərəblər,türkmənlər, xristian assurlar və kürdlərdən ibarət bir ölkə olan İraq buqruplar arasındakı ixtilaflara görə partlamağa hazır olan bomba kimiydi. Etnikgərginliklərdən, məzhəb ixtilaflarına kimi hər kəs hər kəsdən narazı idi. Bundada təbii ki, I dünya müharibəsindən sonra hakim güclər tərəfindən hər hansı birkriteriya gözlənilmədən İraqın gələcək planlara uyğun yaradılmasının payı böyükidi. Baas hökümətinə və Səddama dəstək özünün də mənsub olduğu və daha çox ölkəninmərkəzi bölgələrində yerləşən sünni ərəblərdən gəldi. Onlar millətçi idi vəİraqın müasir bir dövlətə çevrilməsini istəyirdilər. Yalnız bir qüsurları varidi: ölkənin sadəcə 15%-ni təşkil edirdilər. Səddam kürəyini azlığa söykəmişdi.

Səddamın göz qamaşdıran həmlələri


Ölkədə siniflər arasındakı gərginliyin iqtisadi səbəblərdən olduğuna inanan Səddamislahatlara başladı.
1973-cü ildə enerji böhranına görə raket sürətiylə artan neft pulları İraq xəzinəsini doldurmuşdu, Səddam isə bunları ağıllı şəkildə investisiyalara yönləndirmişdi.Iqtisadiyyatla birlikdə Baas partiyası da güclənirdi. Yaxın şərqdə ilk pulsuz təhsilsistemini həyata keçirdi. Universitetə kimi olan təhsil pulsuz olmuş, İraqxalqı qısa zamanda Yaxın şərqin ən savadlı toplumu halına gəlmişdi. 1972-ci ildəSəddam milliləşdirmə həmləsiylə yeni iqtisadi islahatlara başladı. Həmin günlərdəqaranlıq üzünü göstərməsinə heç də gərək qalmayan İraq lideri Yaxın Şərqin əninkişaf etmiş səhiyyə bazasını yaratdığına görə UNESCO tərəfindənmükafatladırılacaqdı. 1970-ci illərdəki bu sürətli inkişaf Səddamın nüfuzunuartırdığı kimi İraqı da diqqət mərkəzinə çevirdi. Ərəb ölkələrindən, Türkiyədənvə hətta Yuqoslaviyadan iki milyon əmək miqrantı İraqa gəlmişdi. Yaşananlar gözəlgünlər idi...

" Canını sevən səsini çıxarmasınqaydası” yaradılır


Inkişaf edən sadəcə ölkə iqtisadiyyatı deyildi. Ehtiraslı lider Baas daxilindədə ətrafındakı dəmir divarı möhkəmləndirirdi. Lakin mozaika bünövrəli ölkəni əldəsaxlamaq üçün təkcə islahatlar yetərli deyildi. Ona görə təzyiqdən istifadə etməkdə lazım idi.
Yaxın adamlarından Taha Yasin Ramazan 1974-cü ildən etibarən Respublika Mühafizəçilərinəbaşçılıq etməyə başladı. Bunlar orduya nisbətən alternativ və yaxşı təhsilgörmüş birliklər idi. Adından göründüyü kimi respublikanın və Səddamınqoruyucuları idilər. Gələcək illərdə müxaliflərin qorxulu röyası olacaq, hərbaşını qaldıranın üstünə tank, vertolyot və kimyəvi qazla gedəcəkdilər. Amma bubəs etməzdi. Səddam bir başa üsyan edənləri deyil, yumşaq formada müxalifətçilikedənləri də cəzalandırmalıydı. Buna cavabdeh isə İraqın yaxın keçmişinə damğavuracaq məxfi xidməti Muhaberat idi. Sui-qəsd və işgəncədən danışanda Yaxın şərqinən təcrübəli qurumu olduğunu söyləməyə belə ehtiyac yoxdur.
Səddam modernlik ideyasına sadiq ərəb liderlərindən idi. Bəlkə də ən öndə gələniydi.Bu yöndə siyasəti İraqdakı şiə çoxluğunun etirazına səbəb olurdu. Baaspartiyası da şiələrin dikbaşlığından narahat idi. (Bu narahatlıq 1979-cu ildəİran İslam İnqilabının ardınca bölgədə şiələrin təsirinin artmasıyla özünü dahaqabarıq göstərəcəkdi.) Şiələrdən başqa İraqın ikinci böyük etnik qrupu olankürdlər də Səddamın " müasir ərəbçi”liyindən narahat idi. Əslinə qalanda isə oda onun siyasətinə olan bu narahatlıqdan narahat idi. Şikayətləri ortadanqaldıra bilməsə də şikayətçiləri ortadan qaldıra bilirdi.

Dəmir yumruğu kürdlərin başına enir


Kürdlər 1974-cü ildə İranın dəstəyi ilə etirazlara başlayanda Səddamın dəmiryumruğu başlarına enməkdə gecikmədi. Bir çox kürd şəhəri bombalanmış, 8 minkürd yoxa çıxmışdı. Kürdlərin bir qismi çarəni İrana qaçmaqda gördü. Səddamın şəriilə qarşılaşanlar təkcə kürdlər deyildi. 80 min şiə də Baas terrorundan qaçaraqİrana sığındı. Geridə qoyduqları mülkləri isə hökümət müsadirə etdi. Bir çox şiədin adamı, siyasətçi Dava partiyasına mənsub olduqları iddiasıyla edam edildi.7 min ətrafında kommunist də Baas terrorundan payını almaqdan qurtula bilmədi.


Bundansonra İraqda qanunun adı Səddam
Səddamın gizli liderliyi 1979-cu ildə rəsmiyyətə çevrildi. Həmin il Əl BəkirBaasçılıqla idarə olunan Suriya ilə görüşürdü. Bu görüşlərə əsasən iki ölkəbirləşəcək, Suriya lideri Hafiz Əsəd də birləşmiş dövlətin baş nazir köməkçisiolacaqdı. Belə bir vəziyyətdə isə Səddam artıq olurdu. Bunu qəbul etməyə Səddamınniyyəti yox idi. Əl Bəkir istefa verməyə məcbur edildi. Bu vəziyyətdə meydan təkona qaldı. Birləşmə ideyası dayandırıldı. Iqtidarı tam ələ alan Səddam dərhal"təmiz”liyə başladı. Problem yarada biləcək yüzlərlə Baas üzvünün qarşısıalındı.
Respublikanın rəhbəri, ali baş komandan, nə qədər önəmli vəzifələr varsa özünütəyin etdi. Əl Bəkiri "İraqı Suriyaya təslim etməyə hazırlaşmaq” iddiasıylaedam etdirdi. "Daxildə çoxlu düşmənlərimiz var və İraqın birlik, bərabərliyəehtiyacı var”-o vəziyyətdə lider ölkənin mənfəəti üçün hər şey edə bilərdi. Səddamda bunu etdi. Iqtidarını möhkəmlətmək üçün Bəkir tərəfdarlarını da təmizlədi...

Liderimiz var, əfsanəsi hardadır?


Millətçiliyin kütlələr üzərində sərxoş edici təsirini kəşf etmək Səddam üçünuşaq oyuncağı kimi bir şey idi. Bu işin də haqqını verdi. Ərəb dünyasında liderolmaq istəyirdi və bununçün tarixi referanslardan bol istifadə etdi. Bağdadın hərbaxımdan paytaxtı olduğu Abbasilər dövrünə kimi səyahət etdi. Bu da bəs etmədi,İslamdan öncə Mesopatomiya Hammurapisinə və Nebudkadnezara kimi tarixi rəyləriniuzatdı. Məqsədi pan-ərəbizm və İraq millətçiliyini bir ideyada əridərək bütünyaxın şərq ərəblərinə qəbul etdirmək idi. Belə bir ideya üçün çalışan birinin əfsanələşdirilməsidə lazım idi. Diktatorların "yanğında ilk istifadə olunacaq” vasitələrindənolan "şəxsiyyət bütü yaratmaq” dərhal gerçəkləşdirilməyə başlandı. Milyonlarlatablosu məktəbləri, minlərlə şəkli divarları, yüzlərlə heykəli meydanları bəzəməyəbaşladı. Pulların üstündəki şəkli dövlət idarələri olmaqla, hava limanlarınakimi iraqlıları süzürdü. Eyni zamanda İraq xalqının bütün təbəqələriyləsalamlaşmağı da unutmurdu. Bədəvi geyimləriylə çöldə yaşayan ərəblərin, poşutaxaraq kürdlərin könlünü alır, qərb tipli geyimləriylə modern tərəfdarlarınınnəbzini tutur, cübbə geyinib namaz qıldığını göstərərək müsəlmanları aldatmağaçalışırdı.
Xarici siyasətində praqmatik idi. 70-ci illərin əvvəlində bir çox silah vəmaddi yardım aldığı SSRİ-dən uzaqlaşmış, 1978-ci ildən etibarən Amerikayladostluq əlaqələri qurmuşdu. Amma bu yaxınlaşma ona və İraqlılara çox baha başagələcəkdi.


Madəmki, bizimləsən, əlindən nə gəlsə...


Səddam qərbə könül verdikdən sonra əl üstündə saxlanmağa başlandı. Belə ki, birnüvə reaktorunu belə( bitər-bitməz israillilər tərəfindən bombalansa da)fransızların köməyi ilə zənginləşdirib başa çatdırmışdı. Qərbin digər adamıİran şahıyla aradakı ixtilafları aradan qaldırmışdı. Şah bunun qarşılığındakürdlərə dəstək verməkdən vaz keçdi. Xomeyninin şahı devirərək İranı şiəislamının qalasına çevirməsi qərbin və Səddamın bir qədər əl-qolunu bağladı.Xomeyninin İraqdakı şiələri idarə edərək ətrafına yığacağından narahat olurdu.Qərbin maraqları ilə Səddamın rahatlığı üst-üstə düşürdü. Digər tərəfdənXomeyni və Səddamın bir-birlərini sevmədikləri sirr deyildi. Xomeyni İraqdasürgündə olarkən şahla Səddam anlaşdı və Xomeynini Fransaya yolladı.


Dünyanınən axmaq müharibəsinin memarı oldu


Güc sərxoşluğundan gözlərinə pərdə enən Səddam 17 sentyabr 1980-ci ildə dünyatarixinə düşəcək bir işə imza atdı. Kameraların önünə keçərək şahla imzaladığımüqaviləni cırdı. Iranı İraqın ərazi bütövlüyünə sistemli hücumlar etməkdəgünahlandırdı. Bu hadisədən beş gün sonra İraq təyyarələri İranı bombalamağabaşladı. Iraq əsgərləri də sərhədi keçərək İrana girmişdi. Döyüşlərin mərkəzindəOsmanlı tərəfindən idarəçiliyi İrana buraxılan neft bölgəsi Xuzistan dayanırdı.Iraqlılar İranın buradakı kontrolunu heç zaman həzm edə bilməmişdilər. Səddamİraqlılara İraqı Yaxın Şərqin ən güclü ölkəsi edəcəyini söz vermişdi. Buna görədə heç də xoşlamadığı İrandan başlamışdı sonu olmayan macəraya.
Amerika, Avropa, SSRİ və Xomeynidən çəkinən digər ərəb dövlətlərinin liderləriSəddamın tərəfini tutmaqda gecikmədilər. Səddam bir anda "Ərəb dünyasınınmüdafiəçisi”, "Mədəni dünyanın Yaxın Şərq missioneri” olmuşdu. Açıq bir şəkildədövlətlərarası hüququ görməzdən gəlməsi Səddam sevənlərin vecinə də deyildi.Pul və silah verdikləri kimi Səddamın həm( İranla əlaqədə olmaqdagünahlandırdığı) iraqlı kürdləri, həm də iranlı əsgərləri zəhərli qazlarlaöldürməsinə göz yumurdular. Kimyəvi silah texnologiyasını almanlar verirdi.

Dünya arxasında durdu, yenə da İranı məğlubedə bilmədi


Amerikanın bölgədəki jandarma mövqeyində olan şah rejiminin devrilməsi qərbinduyduğu qəzəblə Səddamın gözlədikləri, kəskin müasirliyi və diktator sərxoşluğubirləşəndə ortaya dünyanın ən qanlı, dağıdıcı və ağılsız müharibələrindən biriolan İran-İraq savaşı çıxmışdı.
Səddam yeni qurulan Ayətullah rejiminə allergiya duyan Amerika başda olmaqla qərbölkələrinin dəstəyi ilə Xomeynini məğlub edəcəyini düşünürdü. Qərb əlindən gələndəstəyi verdi. Lakin Səddamın bir planı Bağdaddan geri dönəcəkdi. Iranlılarınayağa qalxaraq şahı geri gətirəcəyini düşünürdü, amma yanıldı. Iraqın ilk mərhələdəkiüstünlüyü çox çəkmədi. Iranlılar ilk hücumun ardından yeni rejimin ətrafındabirləşdi və müharibənin son illəri İraq torpaqlarında keçdi. 1988-ci ildəmüharibə sona çatanda 1,5 milyon ölü və yerdə sürünən iki dövlət buraxmışdı. Həriki ölkənin neft istehsalı çökmüşdü. Iraq diktatorunun hesab səhvi ölkəsinəbaha başa gəlmişdi, amma bu hələ başlanğıc idi...


Müntəzəmidman edərdi


Səddam sağlam qalmasına görə idmana borclu olduğunu bildirərdi. Ölkənin çoxyerində sarayları var idi. Amma suiqəsd qorxusundan iki gecə üst-üstə bir yerdəqalmazdı. Gündə təqribən 4-5 saat yatan və saat üçdə yuxudan duran İraqliderinin heç dəyişmədiyi vərdişlərdən biri də üzgüçülük idi. Bütün saray və mənzillərindəhovuz olan Səddam günə səhər idmanı edərək, ən azı yarım saat üzərəkbaşlayırdı. Hovuzların hamısı zəhərlənmə ehtimalına görə hər saat yoxlanılırdı.


Imicüçün eynək taxmazdı


Edam ediləndə 69 yaşındaydı. Buna baxmayaraq olduqca gümrah görünürdü. Bundaidman etməsiylə birgə bir sıra kosmetik hiylələri də var idi. Saç və bığlarınıboyayır, özünü yaşlı göstərməmək üçün oxumaq üçün lazım olan eynəkləri xalqarasında taxmırdı. Çəkisinə diqqət yetirən İraq diktatoru həftədə ən azı ikiaxşam balıq və dəniz məhsullarını yeyər, tərəvəz və meyvəni süfrəsindən əksiketməzdi. Axşam yeməklərində yeməklə şərab içməyi sevdiyi söylənilsə də xalqarasında spirtli içki qəbul etdiyi heç zaman görülmədi.


Sevdiyi filmlər: "Ata” ilə "Qoca və dəniz”


Iraq lideri daha çox bioqrafik və tarixi kitabları oxumağı üstün tutardı.Amerika və İsrailə olan nifrətini əks etdirdiyi iki roman yazan Səddam hakimiyyətdəndevrilməmişdən öncə bir elmi roman yazdığını iddia edirdi. Rejiminyıxılmasından sonra qərbə sığınan sözçüləri Səddamın hekayələrini danışaraqdiktafona köçürdüyünü, sonrasa onu romana çevirmək üçün sözçülərinə verdiyiniiddia etdilər. Televiziya ilə arası yaxşı olan İraq lideri ərəb kanallarındanbaşqa xarici xəbər kanallarını da izləyirdi. Suiqəsd, casusluq və siyasimövzulu filmləri xüsusilə izləyən Səddamın favorit filmləri isə Ata serialı vəSpencer Tracy-nin baş rol oynadığı " Qoca və dəniz” idi.


Qəribəcinayət siyahısı var idi


Öz xalqına qarşı suiqəsd etməyə görə ittiham olunan ilk ərəb dövlətininprezidenti olan Səddamın olduqca ağır cinayət siyahısı var idi.
1991-ci ildə Səddam Hüseyn ABŞ-ın rəhbərliyi ilə dövlətlər arası birliklər tərəfindənKüveytdən çıxarıldıqdan sonra İraqın cənubundakı şiə üsyanını qanlı şəkildəyatırtdı.
1988-ci ildə İraq-İran müharibəsi ərzində (1980-88) İraq təyyarələri Halepçə üzərinəzəhərli qaz tökdü. Bu bombardman dinc sakinlərə qarşı ən böyük qaz hücumuolaraq tarixə keçdi. Çoxunu qadınlar və uşaqlar təşkil edən beş mindən çox kürdöldürüldü, 10 min ətrafında kürd isə yaralandı.
1987-88-ci illərdə kürdlərin yaşadığı bölgələrdə və ölüm dəstələrinin gəzdiyikürd kəndlərində 100 min ətrafında insan öldürüldü.
Iraq-İran müharibəsində qərb mənbələrinin məlumatına görə bir milyon insanöldü.
1990-cı ildə Küveyt 7 ay ərzində İraq ordusunun işğalında qaldı. Yüzlərlə insanöldürüldü.
1983-cü ildə Bərzani aşirətinin 8 min üzvü məhv edildi.
1980 və 1999-cu illər arasında çoxlu şiə din adamı edam edildi.


Birmacəradan digərinə qaçan çılğın


Səddam İranı talayacağı inamıyla çıxdığı yolda xaricə çox borclanmışdı. Ərəbmillətçiliyinin lideri olmaq istəyən adam borca görə ovurdları ağzına batantacirə çevrilmişdi. Üstəlik müharibədən sonra Xomeyninin və çox qorxduğu şiələrinnüfuzu artarkən özü də sorğulanan birinə çevrilmişdi. 30 milyard dollar borcuolduğu Küveytdən borclarının silinməsini istədi. Aldığı cavab yox idi. Madəmki, "Xomeynini məğlub etmədin, ödə görək” deyirdi Küveyt. Səddam bu dəfə neftölkələrindən istehsalı azaltmağı istədi. Artacaq neft qiymətləriylə borcunu ödəməkistəyirdi, amma bir daha yox cavabı aldı. Üstəlik ən çox səsi çıxansa yenəKüveyt oldu. Iraqın borc vermək vaxtını təxirə salmaq tələblərini də qəbul etməyənKüveyt diktatorun özündən çıxacağını hesablamamışdı. Bu nöqtədə Səddam daha birhesablama səhvi etdi və güc diliylə danışmağa başladı. Iraq millətçilərinin 50ildir dediyi " bu Küveyt bir zamanlar bizim bir parçamız deyildimi?” saqqızınıçeynəməyə başladı. Dadını sevmişdi. Əlinin altında hazır müharibə təcrübəsiolan bir ordu da vardı. Ordunu Küveyt sərhədinə yığdı. Amma bu işə Amerika necəmünasibət göstərəcəkdi? Səddamın fikirləri qarışıq idi. SSRİ ilə ittifaqa girməsindeyə kisənin ağzını açan və İranla müharibə etsin deyə 40 milyard dollar yardımedən Amerika bu sadiq müttəfiqi Küveytə görə dəftərindən silərdimi? Qəribəeşidilə bilər, amma o vaxtlar İraq Amerikanın ən çox yardım etdiyi 3-cü ölkəidi. Və münasibətlərin o isti günlərində kimsənin indi də bilmədiyi bir görüşkeçirildi. Amerikanın İraqdakı səfiri April Catherina Glaspie ilə Səddamgörüşdü. Bu görüşdə tam olaraq nə danışıldığını kimsə anlamadı, amma Səddam "nəedirsən et, biz qarışmırıq” mesajını almış olub ki, İraq qüvvələri 2 avqust1990-cı ildə Küveytə girdi. Aləm qarışdı. Nəzarətdən çıxan bir diktator Küveytiİraqın 19-cu vilayəti elan edərək bir anda dünya neft ehtiyatlarının 20%-nəsahib olmuşdu.
Iraqlı liderin qısa zamanda mesajı oxuyarkən eynək taxmadığı bilinəcəkdi. Işğalneft qiymətlərinin artmasına və dünya iqtisadiyyatının böhrana girməsinə səbəboldu. Soyuq müharibənin bitməsiylə Amerikanın qurduğu yeni dünya düzəninin Səddamtərəfindən təhdid edilməsinə izn verilməzdi. Üstəlik, Səddam Küveytdən sonragözünü Səudiyyə Ərəbistana dikdiyini göstərən siqnallar göndərirdi. Heç kimsəninsağı, solu bəlli olmayan bir adamı dünyanın ən zəngin neft yataqları üzərindəsöz sahibi etməyə niyyəti yox idi.

Keçmiş dostları körfəz müharibəsində qollarınıçırmaladı


Yaxın şərq neftindən aslı olan Qərb buna göz yuma bilməzdi. Amerikanınliderliyi ilə qərb koalisiyası BMT izni ilə bir zamanlar İrana qarşı dəstəklədikləriSəddamın İraqına qarşı qollarını çırmaladılar. Qərbə savaşını " Müharibələrinanası” adlandıran Səddam tarixə `I körfəz müharibəsi` kimi keçən müharibəninardından ölkəsini və xalqını bir daha pərişan etdi. Qərb İraq ordusunu əzmiş, Səddamınxəyal dünyası başına yıxılmışdı. 1991-ci ilin fevralında İraq ordusu Küveytdənqovulmuş, bu müharibənin nəticəsində 100 min iraqlı həyatını itirdiyi kimi İraqbütün anlamlarda orta əsrlərə geri dönmüşdü. Müharibənin ən önəmli nəticələrindənbiri o gündən etibarən Amerikan qüvvələrinin dünyanın enerji hövzəsi olan Körfəzbölgəsinə çıxmamaq şərtilə orada yerləşməsiydi.

Məğlub edirlər amma hakimiyyətdəndevirmirlər


Iraq lideri "Müharibələrin anasında” iraqlıların anasını ağlatdı, utanc vericiməğlubiyyətə düçar oldu, amma buna baxmayaraq qəribə bir şey oldu. Bütünbunlardan sonra ortaya çıxa biləcək xaosun onlara baha başa otura biləcəyini nəzərəalan qərb onun hakimiyyətdə qalmasına izn verdi. Amma bunu edərkənqolunu-qanadını qırmağını da unutmamışdılar. Dörd bir yandan nəzarət altınaalınan İraq öz təyyarələrini belə iznsiz havalandıra bilmirdi. Bu müddətdə ənböyük zərəri bir daha kürdlər görəcəkdi. Səddamdan qurtulacaqları ümidi iləmüharibədə ABŞ-a dəstək göstərən kürdlər müharibənin sonunda təkrar Səddamlabaş-başa qaldı. Iraq qüvvələri qərbə qarşı istifadə etmədikləri silahları kürdlərəqarşı comərdcə istifadə etdilər. Şimali İraqı cəhənnəmə çevirən Səddamintiqamını Yaxın Şərqin bir xalqından aldı. Minlərcəsi bombalandı,qazlandı,öldürüldü. Qərb Səddama ölkənin şimal və cənubunu qadağan edənə kimiiş işdən keçmiş, İraq rejimi minlərlə insanın qanına girmişdi.
BMT nəzarətindəki ölkədə Səddam məhdud hakimiyyətini davam etdirir, "aslaniraqlılar, siz bir nömrəsiniz, amma bu qərbli şeytanlar imkan vermir ki,hökmdar olum” sözlərini deməyə davam edirdi. Yenə də bu ritorikanın üstünü örtməyənbir şey var idi: Bəlkə də Yaxın Şərqin ən savadlı və təhsilli xalqı olaniraqlılar neft sərvətlərinə rəğmən, BMT embarqosu altında əzablı həyat tərzisürürdülər. Bəzi rəqəmlərə görə axmaq diktatorun ucbatından ölkənin nəfəsini kəsənBMT qərarları 500 mindən çox uşağın ölümünə səbəb olmuşdu. 2002-ci ildə İraqdakeçirilən seçkilərdə tək namizəd olan Səddam Hüseyn səslərin 99,9%-nitoplayaraq klassik bir diktatorluq seçkisinin nümunəsi olmuşdu. Bu 99-lu səslərözünə inanmayan və iqtidarının möhkəmliyi naminə dünya cəmiyyətini inandırmaqistəyən bütün diktatorların en sevdikləri makyaj alətidir...

11 sentyabr ilə pərdə bağlanır,əlvidahakimiyyət


Dişləri tökülmüş Səddamın yarımçıq hakimiyyətinin sonunu gətirənsə 11 sentyabrhadisələri oldu. Hücumlarda Əfqanistanı günahlandıran və bu ölkəni işğal edənCorc Buşun rəhbərlik etdiyi ABŞ 11 sentyabr hadisələri ilə Səddam rejimiarasında əlaqə qurmaqda da gecikmədi. İraqın əlində kütləvi məhv etmə silahlarıolduğu yalanına sarılan Amerika 20 mart 2003-cü ildə İraqa bir daha müharibəelan etdi. Ölkə işğal olundu. Qeyri-rəsmi diktator rəsmi diktator Səddamıdevirmişdi. Illərlə öz xalqına qan udduran Səddamın ordusu bir daha düşməni görənkimi aradan çıxmış, amerikan ordusu isə əlini-qolunu sallayaraq bütün ölkəniişğal etmişdi. 9 apreldə Bağdada girən amerikan əsgərləri Səddamın heykəliniyıxanda finiş fitini də çalırdılar. Hansı liderin yaşayarkən heykəlləriqoyulur, o diktatordur. Hansı diktatorun həyatda olarkən heykəlləri yıxılır, oartıq sıradan bir "ölüdür”, onu heç bir şey xilas etməz.

Səddam Hüseyn 30 dekabr2006-cı ildə asılaraq edam olundu.

Tərcümə etdi:Emin Piri