adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Oktyabr 2019 18:08
25360
DÜNYA

“MÜHARİBƏ PARTİYASI”NIN MƏĞLUBİYYƏTİ

Minskdə keçiriləndanışıqlar zamanı Ukrayna Luqansk Xalq Respublikasında (LXR) və Donetsk XalqRespublikasında (DXR) keçiriləcək seçkilərə nəzarət edən "Ştaynmayer formula"sınıqəbul etdi. Buna baxmayaraq, Kiyevdə hər kəs prezident Vladimr Zelenskinin bu qərarıilə razı deyil və "3-cümaydan" keçirəcəklərinə söz verirlər. "Vzqlyad" qəzetininverdiyi məlumata görə, Minskdə keçirilmiş üçtərəfli əlaqə qrupunun mətbuat konfransındaV.Zelenski Ukraynanın şərqindəki vəziyyətin nizamlanması barədə"Ştaynmayer formula"sını imzalayıb. O eləcə də qeyd edib ki,kapitulyasiya olmayacaq, əgər seçkilər hərbçilərin iştirakı ilə keçirilsə,Ukrayna seçkiləri qəbul etməyəcək. Yaxın vaxt ərzində "normandformatı"nda görüş keçiriləcək.

"Ştaynmayerformula"sı Dombassa xüsusi status təklif edib. Ancaq bu qanun İnsanHaqları İnsitutunun bunu qəbul etməsindən sonra qüvvəyə minə bilər. Minskdəkidanışıqlar Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko və onun Avropa HəmrəyliyiPartiyası tərəfindən tənqid olunub. Poroşenko qeyd edib ki, "Ştaynmayerformula"sı Rusiya üzərindən sanksiyaların götürülməsinə gətirib çıxaracaq.

Avropa HəmrəyliyiPartiyasının sədr müavini İrina Qeraşenko baş verənləri "Putununplanı" adlandırıb. Rusiya və Donetskdə Kiyevin bu qərarı xoş qarşılanıb.DXR-in keçmiş baş nazirin müavini və politoloq Andrey Purqin qeyd edib ki, DXRvə LXR-də Kiyevin razılaşacağı seçkilərin keçirilməsi kifayət qədər realdır.Rus senatoru Aleksey Puşko "Ştaynmayer formula"sının imzalanmasınıUkrayna üçün böyük uğur adlandırıb.

"Ukrainskayapolitika" qəzetinin baş redaktoru Konstantin Bondorenko qeyd edib ki, bu qərarUkraynada iki partiya arasında qarşıdurma yaradacaq və bu vətəndaş müharibəsinəgətirib çıxara bilər. V.Zelenski həmçinin qeyd edib ki, bu qərarın əsas məqsədiDonbasa sülh gətirmək və Krımın geri qaytarılmasıdı.


Yılmaz İBRAHİMOV