adalet.az header logo
  • Bakı -°C
25 Noyabr 2026 11:32
72
ŞOU-BİZNES
A- A+

Müğənni: “Niyə “Şeytan bayramı”nı qeyd edirsiniz?!"

Müğənni Niyam Salami  “Halloween” bayramı qeyd edən valideynlərə  irad bildirib.

Adalet.az  xəbər verir ki, müğənni, ABŞ-də, Kanadada, İrlandiyada  və Böyük Britaniyada  rəsmi bayram olan  “Halloween” bayramının ölkəmizdə qeyd edilməsinin, xüsusi ilə də uşaqların  üzlərinin bəzədilməsinin əleyhinə olduğunu söyləyib:

“ Bu nədir? Hər kəs böyük həvəslə aparıb  uşaqlarının üzlərini bəzədirlər. Qəribə heyvanları,  vampirləri təsvir edirlər. Bu doğru deyil. Uşaqlara psixoloji təsir edirlər. Harda əyri- üyrü bayramlar var, bizim millət onu qeyd edir. Gözəl bayramlarımız varkən bu nədir qeyd edirsini? Niyə  vəhşiliyi təmsil edən bayramı adətə çevirirsiniz?! “Halloween” bayramı “Şeytan bayramı”dır. Niyə  onu qeyd edirsiniz?!Uşaqlar üçün dövşan, cücə, ayı v.s kimi maraqlı heyvanların təsvirlərin çəkin, amma ağızdan qan gələn, vəhşiyə dönmüş vampir şəkilləri çəkməyin.  Uşaqlarınızı bununla məhv edirsiniz. Bunu başa düşün”!

Əntiqə