adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Fevral 2020 09:42
38600
ŞOU-BİZNES

Müğənni əsəbləşdi: “Eşşək kimi çalışdım...”

Türkiyənin tanınmışmüğənnisi Ebru Polat sevilən mahnılarıilə birgə verdiyi açıqlamalarla da hərzaman gündəm olmağı bacarıb. Yadınızdadırsa, müğənni sevgilisinin xəyanətinibağışlayacağını bildirmişdi: "Mənə də mütləq xəyanət ediblər, amma xəyanətinölçüsü mənim üçün əhəmiyyətlidir. Adam məni çox sevir, amma vaxt keçirmək üçünbir dəfə xəyanət edərsə, bağışlayaram. Kişinin bir gecəlik xəyanətini qəbuledirəm. Amma o qadına sevgi dolu sözlər söyləməyəcək. Ayrıca eyni qadınlaikinci dəfə görüşməsini əsla qəbul etmərəm. Çünki o zaman onu bəyənmiş olur.Aldatmaq yatmaq deyil, mənim üçün əsas olan duyğulardır". Müğənni"Heç xəyanət etmisinizmi?” sualına isə "Əsla ... Sevdimmi tam sevərəm,gözüm başqasını görməz"-, deyə cavab vermişdi. Odur ki, sənətçinin hər biraçıqlaması bir olay olur.

Bu günlərdə yeni sevgilisi ilə Dubayda istirahət edən EbruPolat sosial şəbəkə istifadəçilərinə sərt xəbərdarlıq edib.

Adalet .az xəbər verir ki, Dubaydakı yeddi ulduzlu "Burj AlArab Hotel”ində istirahətinə başlayan müğənni "İnstagram” hesabında "varlı kişitapıb” iddialarına cavab verib.


"Sevənlərim əsla belə şeylər danışmaz. Çünki mənim eşşəkkimi çalışdığımı çox yaxşı bilirlər. Lakin izləyicilərimin sayı iki gündə iki dəfəartıb və mənasız şərhlər yazırlar. Məsələn -"varlı kişi tapdı”. Siz məniheç tanımırsınız. Varlı deyəndə nəyi nəzərdə tutursunuz? Mənim hər şeyim var.Bu saatdan sonra elə şeylərə ehtiyacım var? Pula görə kiminsə arxası ilə düşənbirideyiləm. Mənə hörmət edəcəksiniz”- deyə, Ebru Polat yazıb.

Qeyd edək ki, Ebru Polat4-5 il əvvəl Dubayda yaşayan azərbaycanlı iş adamı ilə sevgi münasibətiyaşayıb. Ayrıldıqdan sonra isə elə həmin şəhərdə yeni sevgilisi ilə həyatınadavam edib.

Əntiqə Rəşid