adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Iyun 2020 10:25
43749
LAYİHƏ

MUĞAM DA QURANİ-KƏRİM KİMİ SİRLİDİR

(əvvəli ötən saylarımızda)

- Dədə, toylardan söz düşmüşkən,deyə bilərəsən indiki toylarımızın dadı-duzu niyə qaçıb?

- Ona görə ki, hər şeyreklamdı, bəhsəbəhsdi, hamısı bir-birinə oxşuyur. Oxuyanlar da, açılan süfrələrdə tay adamın canını boğazına yığıbdı. Heç kim toydan ləzzət almır. Nə bilimvallah, adam baxıb mat-məəttəl qalır. Toylarımız az qala şouya dönüb. Hərə birhoqqabazlıq eliyir. Nə isə.... Allah hamının toyunu mübarək eləsin. Amma beləçox getmiyəjək. Bir də mən şadlıq evlərinin sahiblərindən daha çox xalqımıqınıyıram. Bu xalq heç kimin xətrinə dəymək istəmir. Bu xalq hamıya əl çalır,hamının konsertinə gedir, hamıya gül göndərir, boğazından kəsib bilet alır. Üzüutanır dana. Amma nə oxuyanlar utanmır, nə də şadlıq evlərində camaatın evinəgirənlər. Xalq sözünü deməlidi. Deməlidi ki, mənim toyuma gəlmisən, adam balasıkimi mahnı oxu. Maa disk lazım olsa, evimdə qoyub qulaq asaram. Heç kim demir.Onlar da bundan istifadə edir. Yenə deyirəm, taxsır camaatdadı, taxsır bizdədi.

- Dədə, indi bir yerdə işləyibeləyirsən, yoxsa?..

- Yox. Haqq üçünə çox dəvəteliyiflər. Amma mən getməmişəm. Asəf Zeynallının direktoru da, müavini də dəfələrləağız açdı, amma mən konsertlərə, ora-bura, yəni camaatımızın xeyir-şərinə çoxgedirəm deyin, razı olmadım ki, xalxın uşaxları maa umud oluf ortalıqda qalsın.Mən heç kimi aldada bilmərəm. Bayaq yadımdan çıxdı, muğamdan danışanda demədim.İndi qəfildən yadıma düşdü, qoy deyim sən də yadında saxlıyıf yeri gələndə deyərsən.Sözlə musiqi bir-birini tamamlayan iki qanatdı. Bir-birindən heç vaxt ayrı olabilməz. Söz, qəzəl musiqini tamamlayır, musiqi də sözü, qəzəli. Düzdü, tarı,kamançanı lap o biri alətləri də tək çalmaq olar. Amma o solo ifada barmaqlardanışır. Çaldığın mahnını barmaqlar deyir. Sözü eşitməsən də barmaqların səsimusiqidən sənə hər şeyi çatdırır. Biryolluq bilmək lazımdı ki, sözlə musiqi bircandı. Sözlə musiqi anayla baladı, onları bir-birindən ayırmaq olmaz. Sən fikirver də, Möhlət tarda çalır və yaxud Elçin çalır, Feyruz çalır, eləcə də o biriləri.Musiqi ilə bir yerdə barmaqlar Möhlətin demək istədiklərini bir-bir saa deyir.Sənnən Möhlətin barmaqları danışır. Bunları bir-birindən ayırmaqqeyri-mümkündü.

- Dədə, arada sənnən telefonladanışanda dedin Aqil Abbasa bir ismarıcım olacaq. O nə məsələdi?

- Belədi də. Özün bilirsən ki,mən Aqili lap çox istiyirəm. Bilirəm ki, o da məni çox istiyir. TelevizordaAqilin bir verilişi varıydı. Ağdamda çəkmişdilər. Sərhəddi keçib dedi ki, DədəSüleyman deyir ki, Qarabağın ayaqqabısı yoxdu ayağına geyinib gəlsin dalımızca.Mən də Dədəyə deyirəm ki, mən getdim Ağdama, o da durub gəlsin. Bəzi ağzıgöyçəklərbu verilişdən sonra maa dedilər ki, guya Aqil maa ayrı cür işarə vuruf. Ammaonlar başa düşmədi ki, Aqil də, mən də demişəm ki, Qarabağ bizim dalımızca gələndöyül, biz ora getməliyik. Özü də sən hamıdan yaxşı bilirsən ki, mən Murova qədər,döyüş gedən hər yerdə əsgərlərimizin yanında olmuşam. Gecə ay işığında daoxumuşam, onlarla bir səngərdə onların arzularını yerinə yetirmişəm. Mənim üçündünyada ən böyük nisgil, ən böyük ağrı ermənilərin indi yiyə çıxdıqlarıtorpaxlarımızdı. Ona görə də deyirəm ki, biz ora qayıtmıyınca, rahatlıq tapandöyülük. Hələ Füzuli alınmamışdı, orda müdafiə dəstəsinin rəhbəri varıydı Bəylərmüəllim, o, ratsiyaynan ermənilərlə danışanda aldım ratsiyanı onun əlinnən alıfoxudum:

Bilsin bütün aləm, sonsuzasiman,

Ay Qarabağın hər nöqtəsibizimdir...

- erməni o biri tərəfdən dediki, ara, başına pırlanım, nə qədər istiyirsən oxu, gözəl oxuyursan. AmmaQarabağ bizim olajax... Mən o bombanını altında, el-obanın yanında olandaçoxları bilmirdi müharibə nədi. Hətta Yuxarı Yağlıvənddə bir qohumumun həyətindəydik,bir də gördüm ki, qavalımı alt otağa düşürüb gizlədir. Soruşdum ki, niyə beləeliyirsən? Dedi ki, bu köpəyuşaxları top atırlar. Allah eləməmiş, qavalın zədələnər.Nə isə... Bax, dediyim odu ku, adamlar gərək hər şeyi öz mənasında, paxıllıq,rişxənd eləmədən başa düşsünlər, anlasınlar. Yoxsa sözə qulf qoymax, nə bilimürək qırmax nəyə lazımdı ki? Adını çəkməyəjəm.

Bir eloğlum gecəyarısı maa zəngvuruf ku, ə, bu yaşda bu nə addı saa verdilər? Tay buna nə deyəsən? Eləcə dedimki, mən yaşımın çiçəklənən dövrünü yaşıyıram, nə də məsləhətdi onu da veriflər.Allah canlarını sağ eləsin. Hələ qavaxda o qədər illərim var kı. Sözüm deyəsənona çatdı, o saat telefonu qoydu üstünə. Yəqin sən də bildin də nə dedim. Saada bir məsləhətim var. Heş vaxt heş kimin ürəyinə dəymə. Allahdan böyük kimsəyoxdu. Allahın ətəyini əlindən buraxma. Dünyaynan-zadnan da işin olmasın. Məqaləniyaz, şerini yaz, arada dosta-tanışa, lap elə maa zəng vur çay içək, söhbət eliyək.Allah haqqı bu gün əməlli-başlı istirahət elədim. Evdə qavağıma bir tikə çörəkqoyurlar boğazımnan keşmir. Amma indi çörək də yedik, çay da işdik. İstiyirsənsaa arax da gətirsin.

Arxayın ol e, pulum var. Bir dəbu "Ləvəngi"də hamı məni tanıyır. Məsləhət olmuyan şeyi süfrəyə gətirməzlər.Sən Allah düzünü de, ləvəngi xoşuna gəldi?

- Sağ ol, Dədə, ləvəngi də əlaydı,söhbətimiz də. Allah saa ömür versin. Allah qismət eləsin, ürəyimizdəki oQarabağ nisgili tezliklə öz şəfasını tapsın. Bayaq danışdıqca necə kövrəldiyiniyaxşı görürdüm. Sağ ol, Dədə! Sən hələ Füzulidə də oxuyacaqsan, inşallah. 80illiyin orada toy-bayram olacaq.

Bəli, Dədə Süleymanla dostkimi, qardaş kimi, eloğlu kimi, onun səsinin dəlisi kimi söhbətləşdik. Bir dəonda baxdım ki, şər qarışıb, saatlar keçib. Düzünü deyim, Dədənin nə söhbətindən,nə də zümzüməsindən doymurdum, ayrılmaq istəmirdim. Amma bütün görüşlərində birzaman çərçivəsi var. Bizim bu söhbətimizin çərçivəsi olduğu kimi.

Əbülfət MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.