adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Iyun 2020 16:19
42246
LAYİHƏ

MUĞAM DA QURANİ-KƏRİM KİMİ SİRLİDİR

Tam əminəm ki, həmsöhbətimi təqdimetməyə ehtiyac yoxdur. Çünki yalnız "Dədə" sözünü dilə gətirməklə həmsöhbətiminkim olduğunu dəyərli oxucu dərhal hiss edəcək. Çünki mənim həmsöhbətim xalqınsevimlisi, xalqın xanəndəsi, xalqın sənətkarı Dədə Süleymandır. Rəsmi olaraqonu sənədlərdə Süleyman Cümşüd oğlu Abdullayev kimi yazıblar. Amma gerçəklikdəo, musiqisevərlərin və səsinə baş əyənlərin Dədə Süleymanıdır.

-Salam, Dədə. Nə var, nə yox? Yaşınızın bu vaxtında özünüzü necə hiss edirsiniz?

-Çox sağ ol. Nə hamıdan yüksəkdə deyiləm, nə də aşağıda. Elə hamının olduğu yerdəyəm.Nəticəni özün çıxardarsan. O ki, qaldı nə var, nə yoxa, hər şeydən bir az var.Zaman da ki, məndən, səndən asılı deyil. Köhnə kişilər demiş, zaman heç nəyəbaxmır, öz dəyirmanını işlədir.

-Dədə, dünyanın bu qarmaqarışıq, baş-ayaq olduğu vaxtda adamlar da bir aznizam-intizamdan kənarlaşıb, necə deyərlər, bir növ "başlı-başınısaxlasın" prinsipi ilə yaşayır. Bax, belə bir vaxtda sən necə, səsinə söykənibyaşaya bilirsənmi?

-Əvvəlcə gəl baş-ayaq danışmıyax. Nə var onu deyək, özü də necə var, o cür dədeyək. Dünya ayaq-baş düşüb eləmiyib.Dünya elə olduğu kimi qalıf, yəni Allah bu dünyanı necə yaradıf, o cür də var.Min il bundan qabaq da belə oluf, indi də belədir. Ayaq-baş düşən insanlardı.Dünyanı da yaxşı, pis səmtə yönəldən insanlardı. Dünya özü-özüylə müharibə eləmirki, müharibəni eləyən də adamlardı, dünyanı pis günə qoyan da adamlardı. Başaçmaq olmur, bu adamlar niyə öz günahlarını dünyanın boynuna atır. Dünyafağırın əli yox, ayağı yox. Yetən cumur üstünə. Yazığın adı beddam çıxıf. Hələdə insanlar dərk eləmir ki, bu, yerində olan dünyanın başına oyunlar açan da,onu qınayan da özümüzük. Hər şeyin günahkarı insandı. Günahın hamısı yenə deyirəm,insanlardadı. Dünya neyləsin, oturub yerində səsini-səmirini çıxarmır. Bütünişlərin başında insanlar dayanır. Allah bütün ixtiyarı insana verib. İnsan dabir də görürsən ki, heç Allaha da bəndəlik eləmir. Dava salır, qırğın törədir...

- Dədə, dava demişkən, heçdava-dalaş salmısan?

- Mən uşaq vaxtları bir azdavakarlıq eləmişəm. Özü də tay-tuşlarımla yox, ermənilərlə. Yəqin bilirsən dəbizim Qoçəhmədli kəndi ilə Dağlıq Qarabağın, o vaxtkı Hadrudun erməniləryaşayan kəndləri qonşu idilər. Özümüzün bağımız, bağçamız olmasına baxmayaraq,gedirdik ermənilərin bağına, bostanına.

Bax, onda dava düşürdü, mən dəqolu zorlu idim, qabağıma çıxan ermənini salırdım yumruğun altına. Ayrı heçkimlə dalaşmamışam. Nə uşaq vaxtı, nə də bu yaşıma qədər. Amma bütün kənduşaqları kimi mən də güləşmişəm, zarafatlaşmışam, şuluq salmışam.

Məni də həmişə Dadaş yıxırdı.Ümumiyyətlə, haqsız davanın əleyhinə olmuşam. Özüm də eləməmişəm, eləyəni dəqınamışam. Yadımdan çıxmamış onu da deyim ki, erməni başını itirib. Ermənininbaşı olsaydı, bizim bu günümüzü görüf fikirləşərdi ki, əvvəlki qonşuluğusaxlasaydı, indi o da kef-damaq içində yaşayardı. Amma rusun fitvasına getdi,özünü yaman günə saldı. Əgər rus olmasa, təkcə Ağdamla Füzulinin camaatıyığışıf ermənini torpaqlarımızdan çıxara bilər. Bunu mən deyirəm. Çünki mən erməninindabbaqda gönünə bələdəm. Yəni dediyim odur ki, Allah bizi yaradıb və bizə dəbir yol göstərib birimiz o yolu ağılla, başla qana-qana gedirik, birimiz dəharamlıqla, namərdliklə, ev yıxmaqla. Ona görə də Allah özü hər şeyin qiymətiniverir. Çünki ondan yuxarıda heç kim yoxdu. Görən də odur, qiymət verən də.Allahın qoyduğuna heç kim düzəliş eləyə bilməz, qulp qoya bilməz.

Elə musiqidə də belədi. Bir dəgörürsən ki, biri əllaməçilik eləyir. Amma bir ayrısı ağılla, düşüncəylə,yerli-yerində muğama təzə əlavələr gətirir, yeni möhür vurur. Bunun ikisinə dədeyirlər olmaz. Bəli, birinci olmaz, yəni əllaməçilik heç kim tərəfindən qəbuledilmir.

Amma ikinci niyə olmasın ki?Axı bu insan yeni boğazla, yeni ştrixlərlə musiqimizi cilalayır. Buna "sağol" demək lazımdır. Saa bir söz də deyim. Dünyanın, yerin, göyün nəyivarsa, nəyi görürüksə, nəyi eşidiriksə, nəyi oxuyuruqsa, bunlar hamısı müqəddəs"Qurani-Kərim"imizdə yazılıb. Ağıllı adamlar o müqəddəs kitabı oxuyubözünə ağıllı yol da seçir. Hətta ağıllı alimlər Quranı öyrənib ondan istifadəetməklə öz kəşflərini də edirlər. Çünki hər şeyin bünövrəsi Quranda yazılıb.Quran dünyanın çox böyük sirridir. Onu oxuyub başa çıxmaq, onu dərk eləmək heçkimə nəsib olmayıb. Hər dəfə oxuyanda bir sirdən agah olursan. Muğam da onunkimidi. Hər kəs öz ifası ilə onun bir sirrini açır. Hə, yadıma düşmüşkən, saaonu da deyim də, bizdəki o Muğam evi var ha, Muğam teatrını deyirəm, onu rəhmətlikİslam Rzayev yaradıb. Bəzi ağzıgöyçəklər deyiblər ki, biz yaratmışıq. Yalandı.Onu Seyidin gözəl tələbəsi İslam Rzayev yaradıb. Özü də havadan yox haa...

- Dədə, üzr istəyirəm, başadüşmədim, nə demək istəyirsən?

- Burda çətin nə var ki? Rəhmətlikİslam şərq ölkələrinə qastrola getmişdi. Hə, saa onu da deyim ki, farslarda da,ərəblərdə də muğam var. Amma bizim muğam hamısından bitkindi. Ərəblərin muğamıcəmi üç mərhələdi. Bax, İslam Rzayev qastrolda görüb ki, ərəblərin muğam teatrıvar. Oturub qulaq asıb.

Sonra bundan fikrinisoruşublar, İslam da deyib ki, muğam burda bitmir. İnanmayıblar. İslam burda nətəhər oxuyubsa, məəttəl qalıblar. Günaha batmayım, bir şeyidə deyim saa. Ərəblərdətək-tək yaxşı muğam oxuyanlar var. Amma hamısı təkcə o üç mərhələyə qədəroxuyur. Bizim muğam başqa bir şeydi. Sirdi, vallah, sirdi.

Sirr olmasa, Xanı, Seyidi,Cabbarı, Keçəçioğlunu, Ələsgəri, Yaqubu, Əbülfəti, Saranı, Şövkəti dinləməkdəndoyardıq və bir də qulaq asmazdıq. Görürsən, hər dəfə o böyük xanəndələri dinləyəndətəzə nə isə tapırsan. Ə, bir də saa bir şey deyim e, Qədiri, İslamı unutmaqolar? Mənsuriyyəni deyəndə Yaqubu yaddan çıxarmaq olar? A kişi, bu sənətkarlarAllah vergisi ilə doğulublar, Allah vergisi ilə də muğama möhür vurublar. Mənitərpədirsən, yadıma ayrı şeylər də düşür. Bəzən ağzıgöyçəklər deyir ki, "Mənsuriyyə"nioxuyanda ora Segah əlavə eləmək olmaz. Ə, niyə olmur axı? Bu adamın qəvliyyətivar, səsi var. Başlayır Mənsuriyyədən, yavaş-yavaş keçir Segaha. Özü də eləkeçir ki, ruhun da incimir.

Sonra keçdiyi kimi dəyavaş-yavaş qayıdır Mənsuriyyəyə. Bundan gözəl nə ola bilər? Niyə mız qoyursan?Kişinin oğlu yaradır da. Qəvliyyətin var, sən də oxu. Yoxdu, tay qadağa qoyma.Bu olar, bu olmaz!.. Sən Allah bağışla e, qatıb-qarışdırıram, amma söz gələndəgərək deyəsən. Bilmək gərəkdi ki, muğam qollu-budaqlıdı, hər tərəfə şaxələnir.Muğamda açılmayan sirlər var.

Əvvəldə dediyim kimi Qurandaolduğu kimi. Bax, bu möcüzədi bizim musiqimizi dünyaya sevdirən, dünyaya meydanoxuyan. Dünyanın elə bir musiqisi yoxdur ki, onun içərisində bizim musiqinin təsiri,əlamətləri olmasın. Bayaq ərəblərdən danışırdım haa, ərəblər "Şur"dano yana gedə bilmir. Səsləri "Şur"a kimi çatır. Amma biz"Şur-Şahnaz", "Sarəc" və ondan sonraları da oxuyuruq. Yəni"Şikəsteyi-fars", "Simayi-Şəms" var...

(ardı gələn sayımızda)

Əbülfət MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.