Müəllimlərlə bağlı müsabiqədə qeydiyyat BAŞA ÇATIB
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi yekunlaşıb.
Adalet.az xəbər verir ki, aprelin 4-dən başlayan prosesi artıq dayandırılıb.
Müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.
Müəllimlər təhsilverənlərin sertifikatlaşdırılması (test və müsahibə mərhələsində uğur qazananlar), müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.
Müsabiqə üzrə minimum keçid balı 30 bal olaraq müəyyənləşdirilib.
Hazırda qeydiyyatdan keçənlərin sənədlərinə baxılır və tezliklə kimin müsabiqəyə buraxılacağına aydınlıq gətiriləcək.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, bu müsabiqə ilə digər bölgələrdən iş yerini Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna dəyişmək mümkün deyil. İş yerini bu regionlara dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) iştirak edərək yerdəyişmə edə bilərlər.
Digər Xəbərlər
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
15 Sentyabr 2026 11:09
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - VİDEO
15 Sentyabr 2026 10:59


Bakı -°C

