Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vaxtı açıqlanıb
Bu il Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçiriləcəyi vaxt açıqlanıb.
Adalet.az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri əvəzi Eşqi Bağırov APA-ya bildirib ki, müsabiqənin iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, ilkin mərhələdə müəllimlərin yerdəyişməsi həyata keçiriləcək. Ötən il iyun ayının əvvəlində yerdəyişmə üzrə sənəd qəbulunun aparıldığını xatırladan Eşqi Bağırov qeyd edib ki, iyunun ikinci yarısında imtahanlar aparılıb:
"Bu il də yerdəyişmə prosesi eyni vaxtda təşkil olunacaq. Hazırda müəllimlərin işə qəbulu üzrə yeni qaydaların təsdiqi gözlənilir. Bu qaydalar təsdiq ediləndən sonra vakant yerlər toplanacaq və müəllimlərin işə qəbulu üzrə elan veriləcək”.

Digər Xəbərlər
29 Aprel 2024 12:38
Bazar günü imtahan olacaq
28 Aprel 2024 09:00Magistraturaya II cəhd qəbul imtahanı KEÇİRİLƏCƏK
27 Aprel 2024 17:44Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12