Müəllimlərin İşə Qəbul imtahanlarında səhv sual olub - AÇIQLAMA
Məlum olduğu kimi hazırda Müəllimlərin İşə Qəbul(MİQ) imtahanları davam edir. İmtahanlar paytaxt ilə yanaşı pandemiya ilə əlaqədar olaraq 17 rayon və şəhərin müxtəlif mərkəzlərində keçirilir.
Azərbaycan dili və ədəbiyyat ixtisasından imtahan verən Əlizadə Anar adalet.az-a verdiyi açıqlamada bildirib ki, imtahanda səhv sual olub.
"Azərbaycan dili və Ədəbiyyat fənnindən iştirak etdim. Bakıda 220 nömrəli məktəb -liseydə imtahan verdim. Proses yaxşı keçdi. Bir məqamı nəzərə almasaq. Kondisionerlər çox köhnə olduğundan elə səs-küylə işləyirdi ki, hamının fikri dağılırdı. Nəzarət əla idi. Qarşılama, sanitar qaydalara çox düzgün əməl olunurdu.
Balım 53 oldu. Sualların tərtibat qaydalarından razı qalmadım. Suallar qiymətləndirmə standartına tam uyğun deyildi. 20%-30%30%20% qanuna uyğunluğu pozulmuşdu. Konkret səriştəsiz hazırlanmışdı. Metodika sualları isə sadə, amma müstəqil bir kurs kitabından cümlə-cümlə düşmüşdü. Ədəbiyyatdan bir sualda səhvlik də var idi. Azərbaycan dilindən əməli yazıdan cəmi 3 sual salınmışdı.”
Lamiyə Nurullayeva isə imtahanda əlcəklə bağlı problem yaşayıb. Ümumilikdə isə imtahan normal keçib.

"Masallı rayonunda, Azərbaycan dili və Ədəbiyyat ixtisası üzrə imtahan verdim. İmtahan prosesi şəffaf keçdi. İxtisas sualları dərsliyi əhatə etmişdi. Kurikulum sualları da Təhsil Nazirliyinin verdiyi çərçivədə düşmüşdü. Pandemiya ilə əlaqədar bir az çətinliklə üzləşdim. Əlcəyi geyinə bilmədim. Amma sağ olsunlar, çox yaxşı münasibət göstərdilər. Əlcəyimi də dəyişdilər və iştirak etdim. Bu imtahanda 55 bal yığdım.”
Emin Piri
Digər Xəbərlər
03 Aprel 2026 10:10
Dövlət qulluqçusu olmaq istəyən 1227 nəfər imtahan verəcək
02 Aprel 2026 18:20
Qənirə Paşayeva adına mükafat bu dəfə Bakı Slavyan Universitetində... - FOTOLAR
02 Aprel 2026 16:13
Bağça müəllimlərinin yerdəyişməsi müsabiqəsi başlayır
02 Aprel 2026 15:20


Bakı -°C

