10 Iyul 2025 11:26
146
ELM VƏ TƏHSİL

Müəllimlərin 45 faizi 1000 manatdan çox maaş alacaq

Təxminən 45 faiz müəllim gələn ildən 1000 manat və daha yüksək əməkhaqqı alacaq.

Adalet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, 500 manata qədər əməkhaqqı alan müəllimlərin sayı 17 min 492 nəfər, 500–1000 manat arasında maaş alanlar 49 min 757 nəfər, 1000–1500 manat 39 min 296 nəfər, 1500–2000 manat arasında maaş alan müəllimlər 12 803 nəfər, 2000 manat və daha artıq maaş alanlar isə 399 nəfərdir.