adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 May 2024 18:50
1013
ELM VƏ TƏHSİL

Müəllimlərdən pul tələb edən bağça müdirinin səlahiyyətləri başqasına verildi

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib.

Adalet.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, bağça müdiri işə qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək.

Xatırladaq ki, adıçəkilən uşaq bağçasının fəaliyyəti Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb, ictimaiyyətə bu barədə əlavə məlumat veriləcək.