adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Iyun 2018 12:42
61948
ƏDƏBİYYAT

Müəllimlər müəllimi – Asif Cahangirov

"Hər bir dövlət əgəristəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətinidünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir,təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanlarıyaratmalıdır”.

Ümummilli lider Heydər Əliyev

Antik yunan mütəfəkkiri Diogen bir dəfəgünorta vaxtı əlində yanan çıraqla küçələri dolaşarkən, ətrafdakıların təəcüb vəsual dolu baxışlarına cavab olaraq "Əsl insan axtarıram”, - deyir. Bu yazıdabiz, məhz antik yunan mütəfəkkirinin axtardığı kamil insanlardan biri - cəmiyyətə xüsusi təqdimataehtiyacı olmayan, daxilən zəngin, nəcib, xeyirxah, mərd şəxsiyyət və ləyaqətliailə başçısı kimi tanınan maarif fədaisi Asif Cahangirov haqqında söhbətaçacağıq.

Xalqın zəngin mənəviyyatını, əxlaqınıparlaq şəxsiyyətlərində ehtiva edən, ləyaqət və şərəf hissinin yetərli qədərqoruyub saxlayan nurlu simalarımızdan biri olan, müdriklik zirvəsinə yüksələn dəyərliinsan - ömrünü bütövlükdə gələcək nəslin maariflənməsinə həsr etmiş Asif müəllimhaqqında bu yazını onun 70 illik yubileyi ərəfəsində ərsəyə gətirdik, onun mənalıömrünə işıq salmağı borc bildik.

...Ölkəmizin təhsil sisteminə dəyərlitöhfələr vermiş Asif müəllimi tanımaq xoşbəxtliyi mənə hələ uşaqlıq illərindənnəsib olub. 150-yə qədər ailənin yaşadığı 3 binanı birləşdirən Xankəndindəki məhəlləmizdə- Atarbekov küçəsi 68 ünvanlı binada yeganə azərbaycanlı qonşumuz Asif müəllimgilinailəsi idi. Xankəndində ən nümunəvi ailələrdən biri kimi - Asifin, Vaqifin və Azərintərbiyə aldığı bu ailəyə hətta ermənilər də qibtə edirdi. Qayğıkeş, xeyirxahqonşu kimi bu gün də xatirələrdə ən xoş duyğularla xatırlanan bu ailədəmaarifçilik ideyaları hökm sürürdü.

Qarabağda tanınmış Cahangirbəyovlar şəcərəsininnümayəndəsi Baxış müəllimin və kəramətli bir seyid ocağının övladı Rəna xınımınbaşçılıq etdiyi bu ailədə təhsilə böyük maraq və diqqət var idi. Təbii ki, üçqardaşın əla qiymətlərlə təhsil almalarına atalarının - uzun illər Azərbaycandili və ədəbiyyat müəllimi işləmiş, təhsil sistemində müxtəlif rəhbər vəzifələrdəçalışmış, o cümlədən Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsinin MaarifŞöbəsi müdirinin müavini olmuş Baxış müəllimin təsiri az deyildi...

Asif Cahangirov 1948-ci ildə Xankəndindəanadan olub, 1955-ci ildə bu şəhərdə birinci sinifə gedib. 1965-ci ildə ailəsiSumqayıt şəhərinə köçdüyündən təhsilini bu şəhərdəki 13 №-li orta məktəbdədavam etdirib. 1966-cı ildə həmin məktəbi qızıl medalla bitirib. Həmin il AzərbaycanDövlət Universitetinin - indiki Bakı Dövlət Universitetinin kimya fakültəsinədaxil olub. 1971-ci ildə ali təhsilini bitirərək kimyaçı, kimya müəllimiixtisaslarına yiyələnib. Xaçmaz rayonunun Yergüc kənd orta məktəbində müəllimkimi pedaqoji fəaliyyətə başlayıb. Əmək fəaliyyətini 1972-1975-ci illərdəSumqayıt şəhərinin 18 və 22 №-li məktəblərində müəllim, 1975-1976-cı illərdə isə17 №-li məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi davam etdirib.1976-1980-ci illərdə isə Sumqayıt Şəhər Maarif Şöbəsinin müdiri vəzifəsindəçalışıb.

Peşəsinin vurğunu olan müəllim və nəfsininağası olan şəxsiyyət kimi tanınan, hər şeydən əvvəl, yüksək ixtisas biliyi, pedaqojisəriştəsi, işlədiyi və rəhbərlik etdiyi sahədə nüfuzu, təcrübəsi olan AsifCahangirov 1980-ci ildə Azərbaycan Respublikasının Maarif Nazirliyinə məsul vəzifələrəirəli çəkilib. O əvvəl nazirliyin Əmək təlimi və peşəyönümü şöbəsinə,1983-1985-ci illərdə isə Baş Məktəblər İdarəsinə rəhbərlik edib.

Asif Cahangirova 1985-ci ildə Bakı ŞəhərBaş Təhsil İdarəsinə rəhbərlik etmək həvalə olunub. 1985-2005-ci illərdə Bakı ŞəhərBaş Təhsil İdarəsin rəisi vəzifəsində Asif Cahangirov güclü təhsil strateqikimi pedaqoji fəaliyyətin bütün sahələrində öz dəsti-xətti, səyi və təşəbbüskarlığıilə diqqəti cəlb edib. O, yüksək pedaqoji etika və mədənilik, düzlük, şəffaflıq,ədalət, səmimiyyət nümayiş etdirərək cəmiyyətdə təhsilə qarşı fərqli və xoş fikirformalaşdırmağa nail olub. Təhsildə demokratikləşmənin, humanistləşmənin,aşkarlığın, şəffaflığın, sağlam pedaqoji təfəkkürün, mənəvi düşüncənin, tabeçilikdəolanlara diqqət və qayğının, müəllimə, onun nüfuzuna yanaşma tərzinin kamilləşməsiistiqamətində inamlı və konkret nəticələri olan addımlar atıb.

Azərbaycan Respublikası Prezidentinin"2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya” barədəsərəncamına uyğun olaraq, işçi qrupunun tərkibində həmin strategiyanınhazırlanmasında fəal iştirak edən Asif Cahangirovun təhsil problemləri ilə əlaqədarqəzet və jurnallarda 150-dən artıq məqalələri, müsahibələri, konfranslardakı çıxışlarıdərc olunub.

17 ölkəyə məqsədli təlim səfərlərizamanı keçirilmiş treninqlər, seminarlar prosesində təhsilin bütün sahələri üzrəbeynəlxalq təcrübəni yerində mənimsəyən, 40-dan çox ölkənin təhsil sistemini ətraflıöyrənərək ölkə və regional səviyyədə məktəbəqədər, ümumi orta, peşə-ixtisas, əlavə(məktəbdənkənar, ixtisasartırma) təhsilin təşkili və idarəolunması, təhsilinstrategiyası, səmərəliliyi və keyfiyyətin idarəolunması, tədris-təlim prosesləri,kurrikulum, dərslik, muəllim hazırlığı, təhsilin maliyyələşdirilməsi vəinfrastrukturu, təhsildə fundamental və tətbiqi araşdırmalar, təhsil sistemindəmonitorinq, qiymətləndirmə və hesabatvermə sahələri üzrə müasir biliklər və zəngintəcrübə əldə edən Asif Cahangirov peşakar təhsil mütəxəssisi kimi bir çox ölkələrintəhsil sahəsində qanunvericilik bazasının təhlilini apararaq 1991-2005-ci illərdətəhsil sahəsində Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarının,əsasnamələrin, Dünya Bankının təhsil islahatları layihələrinin və onları müşaiyətedən sənədlərin hazırlanmasında fəal iştirak edib. Həmin illərdə Asif müəllim məcburiköçkün və qaçqın müəllimlərin problemlərinin həll olunması işinə yüksək vətənpərvərlikhissləri ilə diqqət və qayğısını da əsirgəməyib.

Asif Cahangirov Bakı Şəhər Baş Təhsilİdarəsinə rəhbərlik etdiyi illərdə Azərbaycan Hökuməti və Dünya Bankı arasındaimzalanmış kredit sazişi əsasında Təhsil İslahatı Layihəsi üzrə Layihənin İdarəetmə(Koordinasiya) qrupunun direktoru, 2005-2010-cu illərdə Azərbaycan BeynəlxalqBankının İnsan resursları departamenti direktorunun müavini, 2010-2015-ci illərdəisə Azərbaycan Respublikası Mərkəzi Bankının İnkişaf departamentinin direktoruvəzifələrini də icra edib. Menecment sahəsində 40 ilə yaxın iş təcrübəsi,müasir idarəetmə üzrə mükəmməl bilikləri olan Asif Cahangirov bu məsul vəzifələrdəölkəmizin təhsil sisteminə idarəetmənin demokratikləşdirilməsi və əksmərkəzləşdirilməsi,səlahiyyətlərin bölüşdürülməsi, əmək fəaliyyətinin qiymətləndirilməsi istiqamətlərindəhəyata keçirilən işlərə dəyərli töhfələrini verib.

Asif Cahangirov hazırda AzərbaycanRespublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzi, İnkişafdepartamentinin direktoru vəzifəsində əmək fəaliyyətini davam etdirir. O,harada olmasına, hansı vəzifədə çalışmasına baxmayaraq, daim peşəkar mütəxəssiskimi fəaliyyət göstərməsi, sadəliyi, haqqı üstün tutmağı bacarmağı, təmkini iləfərqlənib. Sadə həyat tərzi sürməyi ilə həmişə cəmiyyətə və insanlara nümunəolub. Böyük kollektivlərə rəhbərlik etdiyi dövrlərdə qarşılıqlı anlaşma, rahatişgüzar mühit yaratmaq üçün Asif cahangirov bütün mümkün vasitələrdən istifadəedib. Və bütün bunlara görə də ona rəhbər kimi yox, daha çox qayğıkeş insan, səmimidost, düzgün yol göstərən bir müdrik kimi yanaşıblar.

Asif Cahangirovun xidmətləri daim yüksəkqiymətləndirilib. O, bir sıra mükafatlarla yanaşı Azərbaycan təhsilinininkişafındakı xidmətlərinə görə ümummilli liderimiz Heydər Əliyevin imzaladığı18 mart 2000-ci il tarixli sərəncamla "Əməkdar müəllim” fəxri adına layiqgörülüb. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştiraketdiyinə görə isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 noyabr2017 -ci il tarixli fərmanı ilə "Tərəqqi” medalı ilə təltifolunub.

Asif Cahangirov olduqca həssas,qayğıkeş və həm də tələbkar ailə başçısıdır. O, ömür-gün yoldaşı – Azərbaycanıntanınmış ziyalılarından biri olan, zamanında sovetlər birliyinin ən yüksəkmükafatları, "Lenin”, "Qırmızı Əmək Bayrağı” və "Şərəf Nişanı” ordenləriilə təltif olunan Abdulla Qədirovun qızı Rəna xanımla birgə Azərbaycan cəmiyyətinəüç dəyərli vətəndaş, Zöhrə, Nigar və Rövşən kimi övladlar böyüdüb tərbiyə ediblər.

...70 yaş insan ömrü üçün bütün mənalardaböyük göstəricidir və bu yaş müdrikliyin, aqilliyin zirvəsini fəth etmək üçünyetərlidir. Sözsüz ki, əgər yaşanmış illər hədər və mənasız ötüşməyibsə...

Bu baxımdan 70 illik yubileyini qeydedən Asif Cahangirovun ömür yolları çoxlarına nümunə ola bilər. Arxaya çevrilibbu yollara nəzər salanda, həyatının mənasını zəhmətdə, halallıqda, cəmiyyətüçün dəyərli vətəndaş olmaqda görən və bu gün də ölkəmizin inkişafı üçünyorulmadan öz töhfələrini verən Asif Cahangirovun həyatı, fəaliyyəti böyük birörnəkdir.


HikmətXudiyev (Cəmilzadə),

əməkdarjurnalist, tarix üzrə fələəfə doktoru,

daxili xidmət polkovniki