adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Aprel 2018 15:46
48447
LAYİHƏ

Müəllim olmaq deyil, qadın olmaq çətindir... – DƏRS OTAĞI

"Dərs otağı” adlı layihə sayəsində müəllimlərimizinhəyat hekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərlə münasibətlər,yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz. Bizi yetişdirən və cəmiyyətəqazandıran müəllimlərin həyatına işıq tutan layihədə "uşaqların şəhəri"nədə bərabər səyahət edəcəyik. Layihənin bu dəfəki qonağı Saatlı rayonu Mustafabəylikəndinin Mustafa Ağayev adına məktəbin müəllimi Məhərrəmova Gülərdir.


Qısatanışlıq

1996-cı ildə Bakı şəhərində anadanolmuşam. Azərbaycan DövlətPedaqoji Kollecində təhsil almışam. 22 yaşım var.

Müəllimlik peşəsinə marağımınqaynağı ailəmdir. Valideyinlərim asudə zamanını mütaliyəyə həsr edir,oxuduqlarını bizimlə müzakirə edirdi. Bununla da öyrənməyə marağım artırdı.Oxuduqca bildiklərimi bölüşmək üçün valideyinlərimlə, rəfiqələrimlə rolluoyunlar oynamağa başladım. Onlar aparıcı, mənsə qonaq qismində çıxış etdim. Buoyun bəzən saatlarla davam edirdi. Məktəbdə sinif yoldaşlarımın çətinlik çəkdiklərimövzuları onlara başa salırdım. Müəllimlərimin izahlarını dinləyərkən özümüonun yerinə xəyal edib xəyallara dalırdım. Hal-hazırda isə bu arzumu artıqreallaşdırmış sayıram.

İlk dəfə, yəni bu ildən təyinatlaSaatlı Rayonunun Mustafabəyli kəndində M.Ağayev adına tam orta məktəbdə dərsdeməyə başlamışam.

Əvvəlki illərlə müqayisədə kənd məktəblərindətədrisin keyfiyyətində inkişaf müşahidə olunur. Nəzarət gücləndirilir, məktəblərtəmir olunur, informatika otaqları komyuterlərlə təchiz olunur. Ümumi vəziyyətqənaetbəxş sayıla bilər.


Uşaqdöymək olarmı?

Döymək sözünün mənasəstandartlaşdırmaq, tabe etmək deməkdir. Əgər bizim məqsədimiz şagirdlərin şəxsiyyətkimi formalaşmasını təmin etməkdirsə, ilk öncə onların azad olmalarını təminetməliyik. Azadlıq isə fərdin hər istədiyini etməsi demək deyil, istəmədiyi birşeyə məcbur edilməsidir. Dominantlıq vasitəsilə gələcəyə kölə yetişdirmişolarıq. Belə uşaqlar dərs bitdikdən sonra içlərində basdırılan enerjini misliilə ətrafa yaymağa başlayırlar. Günün birində səmimi, onlara kimi yanaşan müəllimləqarşılaşdıqları zaman özlərini idarə etməyibacarmırlar. Bu davranış forması böyüdükdən sonra özünü lap pis formada büruzəverməyə başlayır: fərd qarşılaşdığı səmimi, gülərüz, ona mehriban yanaşaninsanlarla münasibət zamanı əndazəni aşmağa başlayır. Sırf buna görə də çoxumuzmünasibət qurarkən səmimiyyətdən uzaq olmağa çalışırıq.


Məktublar

Şagirdlərimdən çox məktub alıram.Demək olar ki, hər gün yazırlar. Cəzalandırmaq istədiyim zaman diqqətimdən kənarqoymağa çalışıram, səhərisi gün isə üzr mektubu masamda olur. Bəlkədə müəllimolmağın gözəl tərəflərindən biri də budur: zəhmətinin bəhrəsini hər günalırsan. Dərsi başa düşmələri, dərsin gedişinin onlar üçün maraqlı olmasınıqeyd etmələri yorğunluq hissinin aradan qalxmasına səbəb olur.

Müəllimlik həm də hər gün maraqlıhadisələrlə qarşılaşmaq deməkdir. Şagirdlərin fərqli istedad və hobbilərininşahidi olmaq, onların nifrət etdiyi insanlar haqqında danışması, bir-birləriləmünaqişə etdikləri zaman gətirdikləri məsum arqumentlər peşəmin maraqlı yönlərindənbiridir.


Müqəddəspeşə

Hər peşə müqəddəsdir. Çünki hamısımüəyyən bir məqsədə xidmət edir. Digər peşələrdə səhvə yol verildiyi zaman düzəltməkmümkündür. Lakin müəllimin səhvi bəzən şagirdin ömür boyu bədbəxt olmasına gətiribçıxara bilər. Məsələn, şagird danışarkən kobud səhvlər etdiyi zaman yoldaşlarıonu lağa qoyurlarsa, müəllim də onları sakitləşdirməkdənsə gülümsəyirsə, oşagird gələcəkdə öz fikrini ifadə etməkdən aciz olacaq. Danışarkən səhvə yol verəcəyindənçəkinərək susacaq. Müəllimin bu səhvi şagirdin özünü tərbiyəsi nəticəsində düzələbilər, lakin özünü tərbiyə çox uzun bir prosesdir. Özgüvənini bərpa etməyibacarsa belə qorxu onu heç bir zaman rahat buraxmayacaq. Buna görə də müəllimliyimüqəddəs peşə adlandırırlar. Bəzən ziyalı insanların bir-birlərinə "Müəllim”deyə xitab etməsi də bu peşənin müqəddəsliyinə dəlalət edən amillərdən biridir.


Əslhəqiqət

Əvvəlki illərlə müqayisədə öyrənməyəolan maraq azalıb. Bununla elmə olan marağın azalmasından çox özünü universalolaraq inkişaf etdirməyə olan marağın azalmasını vurğulamaq istəyirəm.Uşaqlıqdan qarşımıza məqsəd qoyuruq və çox zaman yalnız o məqsəde yönəlirik,onun haqqında müfəssəl məlumatımızın olmasına cəhd göstəririk. Bəzən isə ən əsasməlumatları almaqla kifayətlənirik. Lakin unuduruq ki, bütün öyrəndiklərimizdənən vacibi, əsl həqiqət, güzgüdəki əksimizi görə bilməmizdən ibarətdir.


Buradakı əsas məsələlərdən biri dəilk öncə özümüzü tərbiyə etməmiz gərəkdiyini unutmamaqdır. Verdiyimiz tövsiyəyəözümüz əməl etmədikdə bu, tərbiyə prosesində ziddiyyətin yaranmasına gətiribçıxarır, əks təsir göstərir.


Cəmiyyətvə müəllim

Cəmiyyət tərəfindən də müəllim öncəkikimi yüksək qiymətləndirilmir. Ailədə valideynlər tərəfindən bütün məsuliyyətinmüəllimin üzərinə qoyulması doğru deyil. Ailə ilə məktəb vəhdət teşkil etməlidir,müəllim ilə valideyn birlikdə çalışmalıdır. Müəllim ilə şagirdin ailəsi çoxmehriban olmalıdır, gərəkdiyi zaman valideyn dostcasına müəllimə yaxınlaşıb onaməsləhət verməli, gərəkdiyi zaman ise müəllim valideyni təlim tərbiyyəningedişi prosesi ile bağlı yönləndirməlidir. Ən əsası isə hər iki tərəf bunu təhqirolaraq qəbul etməməlidir. Qarşılıqlı münasibətlər zamanı müfəvvəqiyyətin əldəolunması həm şagirdin, həm də müəllimin nüfuzunun artmasına təsir edən ən vacibamillərdən biridir.


Son

Müəllimlik peşəsinin ən əsas problemlərindənbiri həmkarlar arasında əməkdaşlığın rəqabətlə əvəzlənməsidir. Sanki hər kəshamıdan üstün olduğunu hər cəhdlə göstərməyə səy göstərir. Zənnimcə səmimiyyətsizlikvə eqoistlik özünü bu peşədə daha qabarıq büruzə verir. Digər problem isə valideynlərinbəzən yalnəz öz mənafelərinə görə övladlarının istəklərini nəzərə almamasıdır.Bu da şagirdin oxumağa olan istəyini məhv edir.


Şagirdlərim şeiri çox sevir. Şeiriifadəli oxuduğum zaman məzmununu əyani olaraq təsvir etməyə də çalışıram. Bunudaha çox sevirlər. Ən sevdikləri isə nəsri nəzmə çevirməkdir. Bacardıqca şeirədaha çox vaxt ayırmağa çalışıram. Bütün şagirdələ mənə əzizdir və heç biriniunutmayacam.

Hər kəsin məni tanımasından başqaelə də çətinliklə qarşılaşmamışam. Əslində bu çətinlik deyil, sadəcənarahatçılıqdı. Ümumilikdə götürdükdə isə kənddə qadın müəllim olmaq deyil,qadın olmaq çətindir.