adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Mart 2018 17:57
52212
LAYİHƏ

Müəllim olduğumu unutmuşdum... – DƏRS OTAĞI

"Dərs otağı” adlı layihəsayəsində müəllimlərimizin həyat hekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərləmünasibətlər, yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz. Biziyetişdirən və cəmiyyətə qazandıran müəllimlərin həyatına işıq tutan layihədə"uşaqların şəhəri"nə də bərabər səyahət edəcəyik. Layihənin hazırkı qonağı Daşkəsən rayonuDəstəfur kənd tam orta məktəbinin müəllimi Gülnar İsmayıldır.


Qısa tanışlıq

23 yaşım var. Bakıdaböyümüşəm. 7 saylı Laçın orta məktəbini bitirmişəm. 2011- ci ildə Sumqayıt Dövlət UniversitetininFilologiya fakültəsinə Azərbaycan dili və Ədəbiyyatı ixtisası üzrə təhsilalmışam. Klassik, pop musiqi dinləyirəm çox vaxt. Psixoloji, biyoqrafik filmlərizləyirəm. Maraqlarıma gəldikdə isə dinlərlə,insan psixologiyası ilə, yaşanmışinsan həyatları ilə iç-içəyəm deyə bilərəm. Müəllim olmağı özüm seçmişəm. Özümügördüyüm, tapdığım yerdir. 2017-ci ildə müəllimlərin işə qəbul proqramı ilə hazırlaşıbDaşkəsən rayonu Dəstəfur kənd tam orta məktəbində işə başlamışam. Məktəbdə yeniavadanlıqlar yoxdu. Məsələn, elektron lövhələr, proyektor, internet. Amma qalanhər şey yaxşıdır.


Sevgiyə ac uşaqlar…

Müəllim olmaqhəvəsi ədəbiyyat, şeir, incəsənət sevgisindən yaranıb. Ədəbiyyat özü də birincəsənətdir. Və mən incəsənətin bütün növləri ilə maraqlanmışam. Birf çoxsahələri maraqlı gəlir. Özümü tapdığım, gördüyüm yerdəyəm. İşimi sevirəm vəpul, maaş xatirinə işləmirəm. Maddi tərəflər həmişə var. Amma mənəviyyatolmadan ikincisini düşünə bilmərəm. Belə bir söz var, deyir, sevdiyin,bacardığın işi gör, pil özü gələcək.” Bəzi adamlar elə bilirlər ki, istənilənadam gəlib kənd şəraitində yaşaya, əziyyətlərə qatlana bilər. Əvvəlcədən kəndməktəbində işləyəcəyimi qərarlaşdırmamışdan öncə bu haqda çox düşünmüşdüm.Öz-özümə deyirdim, hara düşsəm ora da gedəcəm. Kənd məktəbini də özüm seçmişəm.Kənddə yaşamağın da çətinlikləri çoxdur. İşıq günlərlə yanmır, su həmişəgəlmir, qaz olmur, çörək satılmır. Bu siyahını uzatsam bitməz. Bütün buçətinliklərdən qorxmuram, əksinə onları sevməyə başlamışam. Hər şeydə təməlprinsip olaraq sevgini axtarıram. Artıq bu əziyyətləri öyrənmişəm.


Uşaqlarsevgiyə acdılar. Bunu ilk gəldiyim gündən müşahidə etmişdim. Məktəbin ilkgünündə uşaqlar məni ciddi, sərt biri kimi bilirlərmiş. Sonralar bu yavaş-yavaşdüzəldi. Hələ də deyib, gülürlər indiyiə kimi ki, müəllim ilk gün sərtgörünürdüz, qorxmuşduq. Çalışıram onlarla dostuluq münasibətləri quraq, onlarınçox yaxını olum. Azadlıqlarını qısmamışam, əllərindən almamışam, heç haqqım dayoxdur. Onlar da bunu çox gözəl başa düşürlər. Hətta bədii əsər oxumayanşagirdim belə deyir ki, "müəllimə sizin xətrinizə oxuyuram”. Təki şagirdim belədesin, ancaq oxusun, belə-belə vərdişə çevriləcək.


Gözəl günlər görəcəyik çocuqlar…

Şagirdyönümlüsistemdi hal-hazırda tədris sistemi.Yəni əvvəllər ənənəvi üsulla şagird ikinciplanda idisə indi ön planda şagirddir. Çox da bəyəniləndir.Uşaq hüquqlarınıntapdanmağına,fikirlərinə əhəmiyyət verilməməsinə, onlara fərd olaraqyanaşılmamasına qarşıyam. Nazim Hikmətdeyir ki:

"Gözəl günlər görəcəyik çocuqlar.
Motorları maviliklərə sürəcəyik.”

Bütün uşaqlarınmüharibələrsiz,sağlam yaşacağı bir dünyaları olmağını istəyirəm. Ən çox onlarhaqq edir. Uşaqların dünyaları böyüklərdən fərqlidir. Oyuncaqları fərqli, əyləncələrifərqli, həyata baxışları fərqli. Onlarla daha çox vaxt keçirməyə çalışıram.Bəzən adamlar fikirləşirlər ki, onlar özlərinə məxsus cavabları, özlərinəxasdavranışları var. Hələ yetişməmiş olsalar da. Onlarla ünsiyyətdən yorulmuram,doymuram. Rəngarəngdirlər…


Ən zəif şagirdim...

Uşaqlar çoxhəssadırlar. Onlara olan sevgini, qayğını tez hiss edirlər. Tez küsüb, tez dəbarışırlar. Adi bir kəlimə ilə belə qəlblərini əla almaq mümkündür. Çox vaxtadam özünü nağıllar aləminə düşmüş kimi hiss edir. Bir dəfə Çingiz Aytmatovun"Manqurt” əsərini müzakirə edirdik. Müharibənin gətirdiyi bəlalardan, insanhüquqlarından, ana, övlad sevgisindən danışırdıq. Əsərdəki Nayman ana obrazıilə bağlı şagirdlərin fikirləri heç gözləmədiyim qədər mənitəəccübləndirmişdilər. Ən zəif oxuyan şagirdim belə əsərdən təsirlənib maraqlıfikir bildirmişdi.

Maddiyyataçox əhəmiyyət verən biri deyiləm. Uşaqları döyməmişəm. Döyülmək olsa da sözləolur. Uşaqları vurmağa ürəyim gəlməz. Çox mehriban, çox da səmimidirlər. Bəzənana bala, bəzən dost, hərdən qəddar dərs tələb edən müəllim, bəzən də şagird...


Şəxsiyyətazadlığının tərəfdarıyam. Sıxılmırlar, çəkilmirlər. Heç vaxt görmədikləri birortam yaratmışıq birlikdə. Müəllimlərinə şeir də yazırlar, məktub da, kitab da.

Bir dəfədərsdə "Ana ürəyi” əsərini keçirdik. İki nəfər ataları rəhmətə gedən 5-ci sinifşagirdlərim atalarından da danışmaq istədilər. Mən də etiraz etmədim. Dərsinsonunda müəllim olduğumu unutmuşdum. Uşaqlara qoşulub bütün sinif göz yaşlarınaboğulmuşduq. Sonra özümü əla alıb bir-iki cümlə deyib, içimdə kədərlə, üzlərindətəbəssümlə sinifdən çıxdım.


Müəllimin nüfuzu

Məncəmüəllimin nüfuzu düşməyib. Bazarda kartof satana da "müəllim” demələrini çıxmaqşərtiylə. Və təbii ki hər şey insanın şəxsi keyfiyyətlərindən və savadındanasılıdır. Elə müəllim ola bilər ki, o bizim "müqəddəsləşdirdiyimiz” adamlardançox dəyər, bilik aşılasın. Məhz bu səbəbdən ötəri müəllim müqəddəsdir. Dərsdənəlavə uşaqlarla evdə hazırlıq dərsləri çalışırıq. Uşaqlar oxumağa, savadlanmağameyillidirlər. Bu hal məni sevindirir, onlara olan diqqətimi, sevgimi daha daartırır.

Uşaqlarlaara-bir kiçik problemlərimiz olur. Ancaq belə şeylər hər yerdə, hər işdə var.Səmimi münasibətlət, çalışqan şagirdlər, dəyərlər itmədikcə çox da gözəgörünmür o problemlər. Məktəbimizin kitabxanasında bədii kitablar azdır. Buxoşumuza gəlmir. Bir də onu deyim ki, köhnə müəllimlərin uşaqları əzməyəçalışmaları problem olaraq qalır. Uşaqlara şeir, mahnı, hekayələr, satiralar nətapsam oxuyuram. Daha çox Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, NazimHikmet, Abbas Səhhət və başqaları. Ədəbiyyat oxumaları hər zaman üçün vacib,önəmlidir.


Bütünşagirdlərim doğmadı mənə. Çox bağlıyam onlara. Fərq qoya bilmirəm. Anabalalarına fərq qoymayan kimi. Aysu adlı şagirdim var. Onu hər öpəndə deyir ki,daha üzümü yumayacam. Hər bir uşağın öz gözəl tərəflərini kəşf etməyəçalışıram.

Qadın olaraqyaşamaq nəyinki kənddə və ya şəhərdə dünyanın hər yerində çətindir. Amma HüseynCavidin ifadəsini eqoistlik kimi çıxsa da deməyə bilmərəm.”Sürüklənənbəşəriyyət qadınla yüksələcək...”


Bakıya gedərsiz, bizi tərk edərsiz...

Hər həftəuşaqlara yeni bədii uşaq ədəbiyyatları paylayıram. Dünyagörüşləri, oxuvərdişləri artsın deyə. İndi çox da başa düşməsələr də onların həyatındakitabın önəmi vacib olacaq. Hər dəfə kitab oxuyub bitirəndə gəlib mənədanışırlar. Keçirdikləri hissləri bölüşürlər. Onlarla hər gün maraqlıdır. Bəzənboş dərsləri olanda belə deyirlər ki, müəllim siz keçin dərsi. Təsəvvüredirsiz, hələ bir dəfə mənə nə deyiblər?

"Müəllimbütün fənnlərin dərs saatlarını sizə versinlər, siz keçin. Siz də varlı olun,biz də. Siz maddi, biz mənəvi. Fikirlərini dəyişib, davam edirlər. Yox emüəllim varlı olsanız, Bakıya gedərsiz, bizi tərk edərsiz. Mən də bu sözlərətəbəssümlə cavab verirəm.

Maraqlı hadisələr çox olur. Uşaqlardeyirlər ki, kənddən getməyinizə yol verməyəcəyik. Yollara daş düzəcəyik ki, gedəbilməyəsiniz.


Haqqım yoxdur...

7-ci sinfimvar. Sinif rəhbərləriyəm. Özləri direktordan min xahişlə, tələblə elə istəiblərki, Günlar müəllimə bizim sinfin rəhbəri olsun. Mən də sevə-sevə qəbuleləmişdim. Hər zaman da çalışıram güvənlərini doğruldam. Sinifdə bir uğurağacımız var. Uşaqların balacalıq şəkillərini yapşdırmışam üzərinə. Özlərinədeyirəm, böyüyüb gözəl ağac olacaqsınız. İndi hələ fidansınız. Onlar da məndənxahiş ediblər ki, öz şəkilimi də gətirib ən üstdən yapşıdırım. Çox enerjili,sevgi dolu yumaqdırlar. Düzü, bilmirəmonların bu qədər səmimi, içdən sevgilərinə layiqəm ya yox. Onlardan necəayrılacağımı belə düşünəndə kövrəlirəm. Uşaqlar dilə gəlir ki, haqqım yoxduronlara öyrəşəndən sonra tərk etməyə. Düz deyirlər əslində.


Son

Bəzi adamlardeyir ki, sən adi bir müəllimsən, nə edə bilərsən ki?! Bu fikirlə qətiyyen razıdeyiləm. Bu yaxınlarda bir fikir oxudum.”Bir nal bir atı,bir at bir sərkərdəni,bir sərkərdə bir ordunu, bir ordu isə bir dövləti qoruya bilər.”

Və gücsüzolduğumu düsünmürəm. Çünki uşaqların fikirləri daim deyişir, formalaşır. Gəncinenerjisi, yaşam həvəsi çox olur – deyirlər. Bir anlıq düşünün ki, sizinenerjinizlə, düşüncələrinizlə böyüyən nəsil yetişir... Bir uşağın ümidi,həvəsi, məhz sizsiz. Məgər bundan yaxşı şey ola bilər?! Bunlar balaca məsələlərkimi görünə bilər, amma gürünməyən tərəflərə baxmaq lazımıdr. Düşünürəm ki,sağlam cəmiyyət, sülh olan dünya yarada bilməsək də doğru yoldayıq. Dünyanıgözəlləşdirəcəyimə inanıram. O gücü özümdə hiss edirəm. Və bu tək məndə deyil, hərkəsdə var. Yetər ki istək olsun. Yetər ki içimizdəki gücə, sevgiyə inanaq. Osevgini, enerjini bütün qəlblərə ötürə bilək.

Kəndməktəbləri şəhər məktəblərindən savadlı kadr çatışmazlığına, avadanlıqlarınolmamasına görə də fərqlənir. Düzdü, yavaş-yavaş bu problemin də həllinəçalışırlar. Məncə zamanla daha da yaxşı nəticə olacaq.

Burdabayramlar da çox maraqlı, rəngli keçir. Novruz bayramı ərəfəsində uşaqlarfevraldan yumurta döyüşləri keçirməyə başlayırlar. Bir də görürsən ki, sinifəyumurta ilə girilər. Xüsusi Xıdır Nəbi mərasimi edirlər. Qovurğa qovururlar,uşaqların hərəsi bir pay gətirir, çərşənbələrdə odun gətirib, gəlirlər ki,həyətdə bir yerdə qalayaq.