adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Mart 2020 16:34
8344
MƏMLƏKƏT

Müəllim işləmək istəyən əlilliyi olan şəxslər üçün imtahan müddəti artırılacaq

Müəllim işləmək üçün imtahan vermək istəyən əlilliyi olan şəxslər üçün test imtahanın davametmə müddəti artırılacaq.

Bu barədə Adalet.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, əlilliyi olan şəxslərin müsabiqənin test mərhələsində iştirakının təmin edilməsi üçün bütün zəruri şərait yaradılacaq. I dərəcə gözdən əlilliyi olan namizədlərə fərdi nəzarətçi təyin ediləcək və onlar üçün test mərhələsinin davametmə müddəti 30 dəqiqə artırılacaq.