MÜƏLLİFLƏRİN ŞAGİRDLƏRƏ VURDUĞU SİLLƏ
Müəllimin vurduğu sillə uzaqbaşı, bir on-on beş dəqiqə şagirdi ağrıda bilər. Amma müəlliflərin dərsliklərdə vurduğu «sillə» daha ağır olar və şagirdin ürəyinə xal salar.
İndi oxuyuram ki, orta məktəblərin rus bölmələri üçün yazılmış 4-cü sinif üçün «Rus dili» dərsliyində dərsliyi hazırlayanlar şagirdlərə elə bir sillə vurublar ki, yarası uzun müddət sağalmaz.
Və əslində bir sillə də bu kitabın çapına icazə vermiş Təhsil Nazirliyinə vurublar.
Nədir məsələ? 1990-cı il 20 Yanvar faciəsi ilə bağlı çox ciddi bir ittiham irəli sürülüb. Mətndə qeyd edilir ki, Bakıda həmin qanlı gecədə şəhid olmuş dinc sakinlər Sovet ordusu ilə AXC silahlı dəstələr arasında baş verən atışmada həlak olub.
Hamımızın şahidi olduğumuz bir tarixi, bir faciəni necə belə təqdim etmək olar? Bu dərsliyi yazanlar o atışmanı harda görüb, kimdən eşidib?
Uzaq keçmiş deyil ki? Sovet ordusu yanvar ayının 19-dan 20-nə keçən gecə və 20-də Bakıya soxulub və dinc əhalini gülləbaran edib, nə qədər insan ölüb, nə qədər insan yaralanıb. Amma bir Sovet əsgərinin də burnu qanamayıb.
Ümumiyyətlə, dərslik yazılandan sonra nazirlikdə müvafiq şöbə buna necə göz yumub, yoxsa oxumadan icazə veriblər?
İndi müəllim şagirdə tənbeh üçün bir sillə vurur dara çəkirik, işdən çıxarırıq, sosial şəbəkələrdə linc edirik. O sillə ağırdır, yoxsa dərslik müəlliflərinin vurduğu bu «sillə»?
Digər Xəbərlər
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14


Bakı -°C

