adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Aprel 2024 11:51
760
GÜNDƏM

Müdafiə Nazirliyinin keçmiş binası partladılıb - İRƏVANDA

Ermənistan hökumətin qərarı iləMüdafiə Nazirliyinin keçmiş binası partladılıb.

 

Ermənistan Prezident Administrasiyasından verilən məlumata görə,  2022-ci ilin yayından evsiz qalan aztəminatlı ailələr boş olan bu binaya köçməyə başlayıblar. Buna baxmayaraq, ailələr 2023-cü ilin fevralında binadan çıxarılıb.  Bina son illər ölkənin Dövlət Gəlirləri Komitəsinin balansında olub. Sözügedən tikilinin yerində komitənin inzibati binasının inşa edilməsi və xarici iqtisadi fəaliyyət mərkəzinin yaradılması planlaşdırılır. 

Qeyd edək ki,  partlayış bu gün, aprelin 17-də saat 10:40-dan 11:20-dək Nairi icması, Proşyan kəndi, Gevorq Çauş şossesi 5 saylı ünvanda  baş verib. Kotayk Marz DSX-nin inzibati binasının partlayıcı işləri, bununla əlaqədar magistral yol bağlanıb.

 Əntiqə Rəşid