adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Avqust 2014 16:06
5312
GÜNDƏM

Müdafiə Nazirliyi təkzib etdi

Müdafiə Nazirliyi bəzi KİV-lərdə Ukraynadakı separatçıları bombalayan NATO təyyarələrinin Azərbaycandakı aerodromlardan istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirib. SİA-nın Nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, açıqlamada deyilir:

"Bəzi kütləvi informasiya vasitələrində NATO-ya məxsus təyyarələrin Ukraynadakı separatçıları bombalamaq məqsədilə yanacaq doldurulması üçün müxtəlif dövlətlərlə yanaşı, guya Azərbaycan ərazisindəki aerodromlardan da istifadə etməsi haqqında yayılan və heç bir fakta söykənməyən məlumatların əsası yoxdur və bu kimi informasiyalar təxribat xarakteri daşıyır".