adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Aprel 2018 15:24
12127
GÜNDƏM

MÜDAFİƏ NAZİRLİYİ BAŞINI AĞRIDIR, DƏYİRMAN BİLMƏDİKLƏRİNİ ÜYÜDÜR

MüdafiəNazirliyi dəfələrlə bəyanat yayıb, dəfələrləqəzet və sayt baş redaktorları ilə görüşüb və xahiş edib ki, hərbiməsələlərlə bağlı bir qədər həssas olsunlar,daxili senzuraya, vicdan senzurasına əməleləsinlər.

Kimədeyirsən, xeyri yoxdu. Ermənistanda ara qarışıb, yiyəsi itini tanımır,ölkə bir partlama halındadı. Belə bir vaxtda Ermənistan Müdafiə Nazirliyi xalqın milli hisslərindən yapışaraqmitinqləri sakitləşdirmək üçün dalbadal məlumatlar yayırlar ki, Azərbaycan öz qoşunlarını, eləcədə ağır texnikasını Qarabağda cəbhə bölgəsinə yerlişdirir və yerləşdirməkdə davamedir, yəni hər an müharibə başlaya bilər. Təbii ki, bu Ermənistan hakimiyyətinindaxili siyasətinə yönləndirilmiş ciddi biraddımıdı.

Bizimqəzetlər və saytlar da erməni mənbələrinəvə Ermənistan Müdafiə Nazirliyinin bu təxribatçıbəyanatlarına istinad edərək belə xəbərlərtirajlayırlar ki, müharibə başlayır, müharibə başlaya bilər, qoşunlarımız cəbhə xəttinə yeridildi vəsair və ilaxır və şəkillər paylaşılır. Eləcə də sosial şəbəkələr.

AzərbaycanınMüdafiə Nazirliyi də rəsmi məlumat yayımlayıb ki, bu ermənilərin növbəti təxribatından başqa bir şey deyil, qoşunlarımız heç bir dislokasiya yerinidəyişməyib.

Ammanə fayda? Bizlər öz Müdafiə Nazirliyimizin rəsmi məlumatına deyil, pəyədəki eşşəyin səsinə inanırıq.

Vallah,belə olmaz, dostlar.