Müdafiə nazirinin müavini Türkiyənin Gəncə şəhərindəki baş konsuluna başsağlığı verib
Fevralın 7-də müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyev Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulu Recep Öztop ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, general-leytenant Ə.Əfəndiyev Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı verib. Azərbaycanın hər zaman dost və qardaş ölkə Türkiyənin yanında olduğunu qeyd edib.
Baş konsul R.Öztop isə öz növbəsində göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Digər Xəbərlər
07 May 2024 18:00
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
07 May 2024 16:09Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
07 May 2024 14:19Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
07 May 2024 14:08Azərbaycanla Slovakiya arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi imzalandı
07 May 2024 14:07