adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Mart 2020 09:37
46034
GÜNDƏM

MÜBARİZ MƏNSİMOV FƏTÖ-çuymuş. İNANIRSINIZMI?!

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovu həbsediblər. Səbəb də, əsas onu göstəriblərki, FƏTÖ-çuymuş. Təbii ki, bu Türkiyənindaxili işidi, araşdırarlar, nəyin nə olduğunu, siyasi sifariş deyilsə, taparlar.

Hazırda qardaş ölkədə qatı FƏTÖəleyhdarları da, vaxtilə FƏTÖ-nun əleyhinə yazan jurnalistlər də FƏTÖ-çu adı ilətutulur. Bu, bizim problem deyil. Özləri bilər, kimisə FƏTÖ-çu adı ilə həbs edə bilərlər,kimisə də hətta FƏTÖ ilə şəkli olmasına baxmayaraq, vəzifəyə gətirə də bilərlər.

Mübariz Mənsimovu hamı ağıllı adam kimi tanıyır.

Mindən çox tələbənin təhsil haqqını ödəyən, yüzlərlə xəstəni şəxsivəsaiti hesabına müalicə elətdirən, dənizə buraxdıqları gəmiləri Azərbaycanın görkəmliadamlarının adı ilə adlandıran, minlərlə azərbaycanlını işlə təminedən, hətta ən ulu babası erməniolanı işə götürməyən buadamda bir balaca ağıl olsaydı, o təhsilini ödədiyimin tələbəyə xərclədiyipulun yarısını lazımi yerlərəçatdırsaydı indi bu günə düşməzdi.

Bir azərbaycanlı iş adamının həbs olunmasına sevinənazərbaycanlıları başa düşməkolmur. Nə isə…