“Mübahisəli yataqlarla bağlı danışıqlar nəticə verməyib” - XİN
"Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Zirvə toplantısı Qazaxıstanda baş tutacaq”.
Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Onun sözlərinə görə, görüş 2018-ci ilin birinci yarısında olacaq.
Nazir müavini əlavə edib ki, Xəzərin dibinin bölünməsinə dair Azərbaycan-Qazaxıstan, Azərbaycan-Rusiya və Azərbaycan-Qazaxıstan-Rusiya sənədləri var. "Konvensiyada bu sənədlərin çərçivə prinsipləri öz əksini tapıb. İran və Türkmənistanla razılaşma əldə etmək üçün danışıqlara davam edəcəyik və öz sazişlərimizi hazırlayacağıq. Delimitasiya müzakirə edildikdə neft yataqlarının müzakirəsi məhsuldar deyil.
Mübahisəli yataqlarla bağlı danışıqlar hələ nəticə verməyib, buna görə də hələ bu barədə danışmırıq. Hazırda əsas məqsəd delimitasiyadır. Əgər xəttin üzərinə düşən yataqlar olarsa, onların istifadəsi üçün beynəlxalq qaydalar tətbiq etmək olar - birgə istifadə və ya digər variantları nəzərdən keçiriləcək”.
Nazir müavini əlavə edib ki, Konvensiyada Xəzər dənizində ölkələrin bir-birinin təhlükəsizliyinə xələl gətirməmək prinsipi əksini tapıb: "Bu sahədə sazişlər olacaq. Onlardan biri üzrə razılaşma aparırıq. Bu, insidentlərin aradan qaldırılmasına dair birgə fəaliyyətdir. Təhlükəsizlik və sabitlik məsələsi də məhz bu ölkələrə tərəfindən həyata keçirilməlidir. Hər hansı dövlət hərbi gücünü artırırsa, balansı saxlamalıdır”.(azvision.az)
Digər Xəbərlər
02 May 2024 16:33
Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
02 May 2024 16:08Azərbaycandan dünyaya sülh, təhlükəsizlik çağırışları
02 May 2024 16:04Aqiyə Naxçıvanlı: “Azərbaycanın təcrübəsi bir çox ölkələrdə mədəniyyətlərarası dialoqun qurulması və qorunması məqsədilə istifadə edilə bilər”
02 May 2024 16:02Prezident SƏRƏNCAM İMZALADI: Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
02 May 2024 13:32