MÜASİRLƏŞƏN MELİORASİYA VƏ İRRİQASİYA SİSTEMLƏRİ

(mövzu əsasında XX yazı)
Suvarılan torpaqlarımız
Məlumdur ki, ölkə ərazisinin 52,3 faizi kənd təsərrüfatına yararlıdır. Bu ərazilərin əksəriyyəti 2850,6 min hektarı daimi bitkilər (bağlar, üzümlüklər, tinkliklər, çay plantasiyaları), otaqlar və biçənəklər altında olan torpaqlardır. Cəmi 1,675 milyon hektar sahə şum altında istifadə olunur.
Azərbaycan qədim suvarma əkinçiliyi diyarıdır. Suvarılan torpaqlar ölkənin kənd təsərrüfatına yararlı torpaq sahələrinin üçdə birini təşkil etsə də, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90 faizə qədəri bu torpaqlardan götürülür. Suvarılan torpaqların təxminən üçdə birindən çoxu mexaniki üsulla (dizel, nasos stansiyaları, subartezian quyuları və elektrikləşdirilmiş üsulla) suvarılır. Respublikada hər il bütün su mənbələrindən götürülən suyun 65-70 faizi kənd təsərrüfatının, 20-25 faizi sənayenin, qalan hissəsi isə təsərrüfat və içməli suya olan tələbatın ödənilməsi üçün istifadə olunur.
Meliorasiya və su təsərrüfatı
sahəsində yeni mərhələ
Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, son illər ölkə rəhbərliyi meliorasiya və su təsərrüfatının inkişafına xüsusi diqqətlə yanaşır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət proqramlarındakı analoji istiqamətlərin icrasının intinsivliyinə əhəmiyyət verir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə görülən işlər barədə danışarkən göstərilən yüksək dövlət qayğısına cavab olaraq uğurların daha da artacağını bildirir. Şübhəsiz, bu strateji sahənin daha mükəmməl struktura çevrilməsində, nailiyyətlərin əldə olunmasında qabaqcıl müəssisələrin də rolu xüsusi önəm daşıyır. Onlardan biri də Ağdaş rayon suvarma sistemləri idarəsidir. Biz bu qabaqcıl təşkilatın fəaliyyətindən əvvəllər də bir sıra yazılar vermişik. Budəfəki yazımızda idarənin rəisi, təcrübəli mütəxəssis Rəsul Zamanovun mülahizələri və görülən işlərin statistikası yer alır. Rəsul Zamanov deyir:
- Ağdaş rayon ərazisində suvarma əkinçiliyi qədimdən inkişaf etmişdir. Hələ çar Rusiyası dövründə rayon ərazisində suvarma kanalları çəkilmiş, su bölüşdürülməsi hökumətin nəzarətində olmuşdur. Bu zaman əsas rolu bol sulu, ilin heç bir vaxtı suyu qurumayan Türyançay çayı oynamışdır. Sonradan sovet hökuməti dövründə də bu iş davam etdirilmiş, suvarma mədəniyyətini, əkinçiliyini daha da inkişaf etdirmək məqsədi ilə keçən əsrin 30-cu illərində Ağdaş və bir neçə digər inzibati rayonları əhatə edən Türyançay Suvarma Sistemləri İdarəsi yaradıldı. İndiki Ağdaş Suvarma Sistemləri İdarəsi həmin idarənin əsasında yaradılmışdır. Ağdaş SSİ-i Ağdaş rayonunun mərkəzi Ağdaş şəhərindən 10 km şimalda Ağcayazı kəndi yaxınlığında Türyançay çayının düzənliyə çıxdığı ərazidə - Türyançay qəsəbəsində yerləşir.g
Əsas su mənbəyi Türyançaydır
Ağdaş SSİ-nin əsas vəzifəsi Ağdaş rayonun şimalında və mərkəzində yerləşən 60 yaşayış məntəqəsinin əkin sahələrini suvarma suyu ilə təmin etməkdir. Ağdaş SSİ-nin əsas su mənbəyi Türyançay çayıdır. Su qıtlığı dövründə suvarma kanalları Yuxarı Şirvan Kanalından qidalanır. Türyançay çayından öz axını ilə su götürməni təmin etmək üçün 1956-cı ildə Türyançay hidroqovşağı tikilib istifadəyə verilmişdir. Bu qovşağın maksimal su buraxma qabiliyyəti 302 kub metr/san olan Sağ və Sol sahil suvarma kanalları su ilə təmin olunur. Hidroqovşağın relyefcə Ağdaş ərazisindən yuxarıda yerləşməsi Ağdaş SSİ-nin xidmət etdiyi ərazinin əksəriyyətində - 96% də öz axımı ilə suvarma aparılmasına imkan yaradır.
Bu işə 1538.1 km uzunluğunda suvarma kanalı ilə xidmət edilir ki, bunun da 183,9 km magistral və təsərrüfatlararası suvarma kanallarıdır.
Ağdaş SSİ rayonun 60 yaşayış məntəqəsinin əkin sahələrinə xidmət edir. Bunların suvarılması əkin sahəsi 25521 hektardır. Cari ildə 25230 hektar əkin sahəsində suvarılma aparılmışdır ki, bunun da 10175 hektarı taxıl, 695 hektarı bostan-tərəvəz, 7967 hektarı yem bitkiləri, 1375 hektarı çoxillik bağ, 334 hektarı meşə zolağı, 122 hektarı çəltik, 210 hektarı biyan bitkisi, 3642 hektarı həyətyanı sahələrdir. Ağdaş SSİ-nin xidmət etdiyi suvarılan 25190 hektarı meliorasiya olmuş torpaqlardır ki, bunun da 18524 hektarı qapalı drenaj şəbəkəsi olan sahələrdir.
İndiyədək 329 müxtəlif hidrotexniki qurğuda 6 ədəd binada cari təmir işləri görülmüşdür. 515,8 km suvarma kanallarında lildən təmizləmə işləri aparılmış, Bulaqotağı kəndini müdafiə edən daş-beton bəndlərində, Sol sahil suvarma kanalı PK-86 subölüşdürücü qovşaqda, Şeşəbəy nasos stansiyası, Yenicə nasos stansiyası, Güvəkənd s/k-da əsaslı təmir işləri başa çatdırılmışdır. 2015-ci il ərzində Sağ Sahil suvarma kanalının və onun qollarının əsaslı təmir işləri davam etdirilmiş, 0,95 km uzunluğunda kanallara beton üzlük çəkilmişdir.
2016-cı ilin uğurlu
başlanğıcı
Ağdaş Suvarma Sistemləri İdarəsi 2016-cı ilin I rubu ərzində 25230 hektar əkin sahələrini suvarma suyu ilə təmin etməyi planlaşdırmışdır. Cari ilin I rübü ərzində 465 hektar xəsil bitkisinin birinci vegetasiya suvarılması, 9060 hektar dənli bitkiləri sahəsinin 6958 hektarında birinci vegetasiya suvarılması, 787 hektar bostan-tərəvəz sahələrinin 107 hektarında arat suyu, 410 hektar biyan bitkisinin 200 hektarında arat suyu, 9487 hektar yem bitkilərinin 747 hektarında arat suyu, 495 hektarında birinci suvarma, çoxillik bitkilərin 1709 hektar sahəsinin birinci vegetasiya suvarılması aparılmışdır. I rub ərzində 10216 hektar sahədə suvarılma aparılmışdır.
2016-cı ilin I rübü ərzində Ağdaş Suvarma Sistemləri İdarəsi öz su mənbələrindən Türyançay çayından və Yuxarı Şirvan kanalından 27780 min kub metr plana qarşı 28233 min kub metr su götürmüşdür. Bu zaman su ayrıclarından 19169 min kub metr plana qarşı 19386 min kub metr su verilmişdir ki, bunun da 11839 min kub metri birbaşa əkin sahələrinin suvarılmasında istifadə olunmuşdur. Sistemin faydalı iş əmsalı 0,69% olmuşdur. 2016-cı ilin I rübü ərzində Ağdaş Suvarma Sistemləri İdarəsi tərəfindən 28 ədəd müxtəlif hidrotexniki qurğuda, Kotanarx subölüşdürücü, Şordəhnə subölüşdürücü, Ləki Qələmçə arxı subölüşdürücü, Qolqəti subölüşdürücü, Korarx suburaxıcı, Sağ Sahil subölüşdürücü, Nemətabad subölüşdürücü və s. cari təmir işləri aparılmışdır.
Daşqın və selə qarşı mübarizə çərçivəsində Türyançay çayında mexanizmlər vasitəsi ilə 80.5 min kub mter çay məcrasının təmizlənməsi aparılmış, Türyançay qəsəbəsi yaxınlığında sahilin yuyulmasının qarşısını almaq üçün 375 m ərazidə də çay məcrasının təmizlənməsi işi aparılmışdır.
Əsaslı təmir tədbirləri çərçivəsində Ərəbocaq suvarma kanalında Şəkili kənd ərazisində olan kanalın üzərindəki körpüdə əsaslı təmir-tikinti işləri aparılmışdır. Hazırda digər əsaslı təmir işləri üçün hazırlıqlar başlanmışdır...
Məzahir ƏHMƏDOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Digər Xəbərlər

Kölgə İqtisadiyyatında Korrupsiya Halları və ona qarşı mübarizə”adlı layihənin icrasına başlanıb

ÇOX AZ MİLLƏTİN AZƏRBAYCANLILAR QƏDƏR BÖYÜK ÜRƏYİ VAR

ALİ BAŞ KOMANDANIN, ORDUNUN VƏ XALQIN QƏLƏBƏSİ

“Şəhid ailələri, müharibə veteranlarına vətəndaş cəmiyyəti dəstəyi” layihəsinə start verib

DÜNYA AZƏRBAYCANÇILIQ İDEYASINI SEVGİ İLƏ QARŞILAYIR

İnsan alverindən bəhs olunan “Uçuruma aparan yol!” layihəsinə start verilib

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏYƏ START VERİLİR
