adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Iyun 2018 18:12
11529
MƏDƏNİYYƏT

Müasir Lahıc misgərlərinin sənət əsərləri turistlər və “ABAD” vasitəsilə öz alıcısını tapır…

Lahıclı ustaların əsrarəngiz misgərlik nümunələrinigörmək, tanıdıb, təbliğ etmək istiqamətində fəaliyyətimi davam etdirirəm.

Bildiyiniz kimi rəhbərlik etdiyimin Yeni Həyatİqtisadi-İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə"Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlı tədbirlərin təşkili”layihəsi çərçivəsində Lahıcın qədim misgərlik sənətinin bu günkü vəziyyətinigeniş şəkildə araşdırıram. Əlbəttə, əldə etdiyim hər bir informasiya,emalatxanasında olduğum bütün sənətkarların bir məqədi var-Lahıc misgərliksənətini yaşatmaq, onu gənc nəsilə öyrətmək və bu sənətin gözəlliklərini təbliğetmək. Sözsüz ki, sənətkarlar çalışır ki, daha maraqlı əl işləri ilə çağdaşmüştərini, tamaşaçısını, sənət sevdalılarını sevindirsin.

Ümumiyyətlə, Lahıcın çağdaş misgərlik sənətindəndanışarkən qeyri-ixtiyari olaraq yenə də tarixə qayıtmalı olursan. Qədim vəzəngin tarixi olan Azərbaycan xalqı minilliklər boyu dünya mədəniyyətinizənginləşdirən yüksək maddi və mənəvi bir sərvət yaradıblar. Maddi mədəni irsimiz, bir növ, xalqımızınmaddiləşmiş yaddaşı olub, onun keçmişi, məişəti, həyat tərzi, dünyabaxışı,estetik təsəvvürləri haqqında qiymətli informasiya verir. Bu baxımdan,Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəni irsin, o cümlədən bədii sənətəsərlərinin toplanması, tədqiqi, qorunması və təbliği müstəsna bir fəaliyyətsahəsi kimi qiymətləndirilməlidir. Bədnam qonşularımızın mədəni irsimizə dətəcavüz etdiyi, onu özününküləşdirməyə cəhdlər göstərdiyi bir zamandanəsildən-nəslə ötürülərək günümüzədək gəlib çatmış maddi mədəniyyətqalıqlarının, bədii sənət əsərlərinin qorunmasına və təbliğinə diqqət və qayğıgöstərmək vacibdir. Azərbaycan əhalisinin məişətində mis məmulatın keçmişdəgeniş yayılması ölkənin sosial-iqtisadi şəraiti və xalqın həyat tərzi iləşərtlənirdi. A.C.Piralov XIX əsrin sonunda Cənubi Qafqazın kustar sənətlərinitədqiq edərək belə qənaətə gəlmişdir: "Mis qablardan istifadə adəti təsadüfiolmayan xüsusiyyətdir, yalnız son dərəcə ehtiyac mis qabı gil qabla əvəz etməyəməcbur edir”.

Zəngin ənənələri olan misgərlik sənəti ortaəsrlərdə öz inkişafında zirvəyə ucalmış, Təbriz, Naxcıvan, Gəncə, Bakı, Şamaxı,Dərbənd, Şəki, sonradan habelə Quba və Şuşa kimi şəhərlər mühüm misgərlikmərkəzləri olmuşdur. Şamaxının 26 məhəlləsindən biri Misgərlər məhəlləsi idi.Arxeoloq Hüseyn Ciddi həmin məhəllənin şəhristanın mərkəzində, Narınqalayayaxın ərazidə yerləşdiyini müəyyənləşdirib. Son orta əsrlərdən başlayaraqmisgərliyin əsas mərkəzi kimi Lahıc (hazırda İsmayıllı rayonunda şəhər tipliqəsəbə) məşhurlaşır. XIX əsrin ikinci yarısında burada 200-ə yaxın misgərxanavar idi. Lahıcın mis məmulatı yüksək səviyyəsi və mükəmməlliyi ilə fərqlənirdi.Ehtimal ki, kolleksiyadakı qabların çoxu Lahıc misgərxanalarında hazırlanıb.Bütün usta misgərlərin nəsildən-nəslə keçən şəxsi emalatxanaları var idi. Buemalatxanalar həm də dükan funksiyasını yerinə yetirir, misgərlərinhazırladıqları məmulat buradaca satılırdı. Misgərxanaların sadə daxili quruluşuvar idi. Bütün avadanlıq əritmə kürəsindən, "tov” adlandırılan qızdırıcıkürədən, qoşa üfürücü körükdən, müxtəlif formalı zindanlardan, çəkiclərdən,közərmiş mis təbəqəni tutmaq üçün kəlbətin və qısqaclardan, əridilmiş misitökmək üçün müxtəlif formalı və ölçülü qəliblərdən, eləcə də su ilə dolu böyükmis teştdən ibarət idi. Mis məmulatın istehsalı üçün xammal Qafqazın, eləcə dəyaxın və uzaq ölkələrin misəritmə zavodlarından alınırdı.

Sənətşünaslar qeyd edir ki, Azərbaycanın şimalında,Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 metrhündürlükdə yerləşən Lahıcda XVIII-XIX əsrlərdən misgərlik həmişə üstünlüktəşkil edib. Lahıclı ustaların misdən hazırladıqları, müxtəlif naxışlarlabəzədikləri dolça, satıl, sərnic, güyüm, aşsüzən çıraq və sair məmulatlar ortaAsiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb.İllərdir ki, Lahıclı sənətkarlar bu ənənələri davam və inkişaf etdirir. Qeydedək ki, ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlər çərçivəsindərespublikamıza gələn qonaqlar, turistlər Lahıca da üz tuturlar. Onların məqsədimüasir lahıclı misgərlərin əl işləri ilə tanış olmaq və o nümunələri alıb özölkələrinə aparmaqdır. Məlumat üçün deyək ki, Bakı 2015 İlk Avropa oyunlarızamanı da lahıclı ustaların əl işlərinə böyük maraq göstərilib.

Lahıcda yaşayıb-yaradan misgərlərin, zərgərlərin,sərracların düzəltdikləri maddi-mədəniyyət nümunələri hazırda dünyanın ənməşhur muzey və kolleksiyalarını bəzəyir. Son illər öıləmizə gələn turistlər Lahıcsənətkarlarının əl işlərini alıb avropaya aparır və bu sənət əsərləri onlarınevlərinin bəzəyinə çevirilir.

Qeyd edək ki, müasir misgərlərin əsas alıcılarıancaq xarici turistlər deyil. Onlar

"ABAD” layihəsinə qoşularaq öz əl işlərini buistiqamətdə də alıcılara çatdırırlar. İsmayıllının lahıc kəndində olarkənöyrəndik ki, "ABAD”a qoşulanmisgərlərdən biri də Kamal Əliyevdir. O, Lahıc misgərlik məktəbinin görkəmlinümayəndələrindəndir.

Kamal Əliyevin sözlərinə görə, bu gün o, ailəsininpeşəsini fəxrlə davam etdirir:"Mənim atam və babam misgər olub, elə mən dəgözümü açandan ətrafımda misgərləri görmüşəm. 14 yaşımdam isə peşəkarfəaliyyətə başladım və artıq 10 ildir ki, misgər kimi çalışıram. MisgərlikƏliyevlər üçün ailə sənətidir. Biz bu sənəti davam etdirməsək, heç kimetməyəcək. Mən gələcəkdə öz övladlarıma da misgərliyi öyrədəcəyəm ki, sənətunudulmasın, daim yaşasın. Lahıcda hamı əl əməyi ilə pul qazanır. Mən daha çoxdekoativ məhsullara üstünlük verirəm. Mis qabların üzərinə müxtəlif naxışlarvururam, araşdırma apararaq, qədim və milli əl işlərini yenidən canlandırıram.Əvvəllər məhsullarımızı əsasən yay aylarında, Lahıca gələn qonaqlara təqdimedirdik”.

Əl işlərini mövsümi deyil, bütün il ərzində həyatakeçirmək və ailə biznesini daha da genişləndirmək istəyən K. Əliyevin "ABAD”amüraciət etməsi ona yeni uğur qazandırıb. "Əvvəllər daha çox böyük əşyalarhazırlayırdıq. Turistlər tərəfindən maraqla qarşılansa da, az alınırdı, çünkiağır olduğu üçün apara bilmirdilər. "ABAD” isə bizə kiçik əl işlərininhazırlanması ilə bağlı çoxlu ideyalar verir. İndi satışlarımız daha da çoxalıb”-deyəo qeyd edir.

Ədil ƏDİLZADƏ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur