MSK üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Mərkəzi Seçki Komissiyasında (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olan növbəti müraciətlərə baxılıb.
Adalet.az xəbər verir ki, müraciətləri MSK-nın katibi Arifə Muxtarova, qurumun və Ekspert qrupunun üzvləri Ramiz İbrahimov, Fuad Cavadov, Qabil Orucov, Nailə Əsgərova və Baxşeyiş Əsgərov təqdim ediblər.
Qeyd edilib ki, müraciətlər 115 saylı Şəki kənd (Kiçik Dəhnə bələdiyyəsi), 111 saylı Zaqatala-Balakən (Zaqatala bələdiyyəsi), 3 saylı Babək-Şahbuz-Kəngərli (Şıxmahmud bələdiyyəsi), 80 saylı Lerik-Astara (Vizəzəmin bələdiyyəsi), 58 saylı Xaçmaz kənd (Xudat bələdiyyəsi), 47 saylı Sumqayıt-Abşeron-Qaradağ (Müşfiqabad bələdiyyəsi) seçki dairələri üzrədir.
MSK-nın qərarına əsasən, 115 saylı Şəki kənd (Kiçik Dəhnə bələdiyyəsi), 111 saylı Zaqatala-Balakən (Zaqatala bələdiyyəsi) və 47 saylı Sumqayıt-Abşeron-Qaradağ (Müşfiqabad bələdiyyəsi) seçki dairələri üzrə müraciətlər əsassız hesab edilib və dairə seçki komissiyalarının müvafiq qərarları dəyişdirilmədən saxlanılıb.
Həmçinin 3 saylı Babək-Şahbuz-Kəngərli (Şıxmahmud bələdiyyəsi), 80 saylı Lerik-Astara (Vizəzəmin bələdiyyəsi) və 58 saylı Xaçmaz kənd (Xudat bələdiyyəsi) üzrə müraciətlər isə müraciətetmə müddətinin ötürülməsi səbəbindən ərizəçiyə geri göndərilib.
Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.
Digər Xəbərlər
05 Oktyabr 2026 19:41
Prezidentdən dərman müəssisəsinin açılışı ilə bağlı PAYLAŞIM
05 Oktyabr 2026 19:35
İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü
05 Oktyabr 2026 19:15
FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirdi
05 Oktyabr 2026 18:51
Prezident bu yarışın açılışında - YENİLƏNİB
05 Oktyabr 2026 18:21
Sabahdan kirayə mənzil üçün müraciətlər müvəqqəti dayandırılır
05 Oktyabr 2026 16:54
Sabah leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 Oktyabr 2026 16:35
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
05 Oktyabr 2026 13:05


Bakı -°C

