27 Sentyabr 2025 17:47
357
İDMAN

Mourinyo Benzemanı "Benfika"ya gətirir

"Benfika"nın yeni baş məşqçisi Joze Mourinyo "Əl-İttihad"ın hücumçusu Kərim Benzeman komandasında görmək istəyir.

Adalet.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Mütəxəssis 37 yaşlı futbolçuya zəng edərək onu Portuqaliya təmsilçisinə dəvət edib.

Bildirilib ki, Mourinyo ilə söhbətdən sonra Benzema karyerasının tədricən başa çatdığını anlayaraq Avropa futboluna qayıtmaq barədə düşünməyə başlayıb.

"Əl-İttihad" isə mövcud vəziyyəti nəzərə alaraq Benzema ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqaviləni uzatmağı planlaşdırır. Səudiyyə Ərəbistanı klubunun Benzemaya 1 illik müqavilə təklif edəcəyi gözlənilir. 

Qeyd edək ki, Benzema daha əvvəl "Real"da Mourinyonun baş məşqçiliyi altında oynayıb. Forvard 2009-2023-cü ildə "kral klubu"nun formasını geyinib. Mourinyo isə 2010-2013-cü illərdə Madrid təmsilçisini çalışdırıb.