Moskvaya rekord sayda dronla hücum - Video
Moskva son 2 ilin ən böyük dron hücumuna məruz qalıb.
Adalet.az xəbər verir ki, bu barədə TASS şəhərin meri Sergey Sobyaninə istinadən məlumat yayıb.
Mer avqustun 17-si axşam saatlarından avqustun 18-i səhər saatlarınadək Moskva istiqamətində uçan 620 pilotsuz uçuş aparatının (PUA) qeydə alındığını, onlardan 180-nin vilayət ərazisində vurulduğunu açıqlayıb.
Moskva vilayətində dron hücumu nəticəsində 10 yaşlı uşaq da daxil olmaqla, 3 nəfərin xəsarət aldığı bildirilir. Bundan başqa, vilayətin Boqorodsk dairəsində yerləşən “Wildberries” anbarında yanğın baş verib.
Rusiyanın Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə regionun yeddi rayonunda 80-dən çox dronun məhv edildiyini açıqlayıb.
Digər Xəbərlər
18 Avqust 2026 11:12
Norveç Kralı xəstəxanaya yerləşdirildi
18 Avqust 2026 11:09
Ərdoğanla Tramp telefonla danışdı
18 Avqust 2026 10:58
“Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində hazırlanan qanun qüvvəyə minib
17 Avqust 2026 23:22


Bakı -°C

