Moskvadan Bakı və İrəvana çağırış

Eskalasiyanın qarşısını almaq üçün Rusiya Federasiyası Bakı və İrəvanı ehtiyatlı olmağa, hərbi ritorikadan çəkinməyə və səylərini regionda sabit sülhün bərqərar olmasına və inkişafına töhfə verəcək qarşılıqlı məqbul həll yollarının tapılmasına yönəltməyə çağırır.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin açıqlayıb.
O, vurğulayıb ki, Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında bütün mübahisəli məsələlərin müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həllinin tərəfdarıdır.
Rəsmi onu da qeyd edib ki, buna nail olmaq üçün yol xəritəsi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli formatın yenidən işə salınması hesab olunur: "Rusiya ardıcıl olaraq iki ölkə arasında möhkəm sülhün bərqərar olmasının tərəfdarıdır. Üçtərəfli sazişlər məhz bu tendensiyaya malikdir: onlar ən mürəkkəb problemlərin, o cümlədən sosial-humanitar problemlərin mərhələli həllini, vətəndaş cəmiyyətləri arasında dialoqun başlanmasını nəzərdə tutur".
Digər Xəbərlər

Ərdoğan Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən danışdı

Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək

Türkiyə Prezidenti: Zəngəzur dəhlizini geoiqtisadi inqilabın tərkib hissəsi kimi görürəm

Ersin Tatar: Azərbaycanla hərtərəfli əlaqələrin inkişafı bizi çox sevindirir

Birlik, sülh və əməkdaşlıq

Ərdoğan: Azərbaycan və Rusiya problemin öhdəsindən gəlmək səviyyəsinə malik dost ölkələrdir

Xankəndi ZİRVƏ görüşü qalib dövlətin dünyaya yenidən təqdimatıdır
