adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Aprel 2020 19:00
15764
DÜNYA

Moskvada işdən qovulan miqrantlar kütləvi davaya səbəb oldular - VİDEO

Rusiyanın Moskva vilayətinin Dmitrov şəhərindəki anbarın yerləşdiyi ərazidə kütləvi dava olub.

Vesti.ru xəbər verir ki, dava işdən çıxarılan miqrantlar tərəfindən təşkil olunub.

Narazı miqrantlar Rusiya pasportları olduğu üçün işlərində saxlanılan fəhlələrə hücum edib.

Hadisə yerinə polis qüvvələri cəlb olunub. Kütləvi davanın səbəbləri araşdırılır.