Moskvada havanın temperaturu mənfi 35 dərəcəyə düşəcək
Rusiya Fövqəladə Hallar Nazirliyi Moskva sakinlərinə havanın temperaturunun mənfi 35-dək düşəcəyi ilə bağlı xəbərdarlıq edib.
Adalet.az-ın xəbərinə görə, bu barədə TASS Rusiya FHN-ə istinadən məlumat yayıb.
Yanvarın 7-8-də gecə saatlarında güclü şaxta gözlənilir. Xəbərdarlıqda deyilir ki, belə havada yaşayış evlərində, inzibati binalarda yanğınların, şəhərin təminatı ilə məşğul olan kommunal və enerji sistemlərində qəzaların baş vermə ehtimalı artır. Bu da öz növbəsində sənaye müəssisələrinin fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
Moskvalılara və qonaqlara küçələrdə uzun müddət qalmamaq, sükan arxasında olanlara isə uzaq səfərlərə çıxmamaq tövsiyə edilir.
Digər Xəbərlər
29 Aprel 2024 12:09
Si Cinpin Fransa, Serbiya və Macarıstana səfər edəcək
29 Aprel 2024 11:57Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
29 Aprel 2024 09:43Tramp Baydeni ABŞ-ın ən yaramaz prezidenti hesab edir
29 Aprel 2024 09:42"Polşa ərazisində nüvə silahı yerləşdirilməsinə razılıq verib"
29 Aprel 2024 09:40