adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Sentyabr 2015 15:01
4670
MƏDƏNİYYƏT

Moskva üç gününü Hindistana həsr edəcək

Rusiyanınpaytaxtı Moskvada hind filmləri festivalı öz işinə başlayıb. Adalet.az Rusiya mətbuatına istinadən xəbərverir ki, festivalda 6 məşhur hind filmi nümayiş olunacaq: "Qoy ürəklərdöyünsün”, "Danışır və göstərir Bombey”, "Tanu və Manununun toyu. Qayıdış” vəs.

Festivalda filmnümayişi ilə yanaşı hind geyimlərindən ibarət moda dəfiləsi də keçiriləcək. Həmçininrus fotoqraflarının Hindistana həsr olunmuş fotosərgisi baş tutacaq.

Festival çərçivəsində"Rusiya-Bollivud filmləri” ətrafında əməkdaşlığın genişləndirilməsinə dairmüzakirələr də aparılacaq.

Festivalsentyabrın 6-da bitəcək. Bağlanış günü ingilis şairi və dramaturqu UilyamŞekspirin "Hamlet” faciəsinin kinoadaptasiyası nümayiş olunacaq. "Hayter” adlananbu film bu il Asiya filmləri arasında "İlin ən yaxşı filmi” nominasiyasınalayiq görülüb.  


Şəfiqə ŞƏFA