
Rusiya Federasiyasının prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Trampla telefon danışıqları zamanı bəyan edib ki, Moskva mümkün sülh danışıqları ilə bağlı Kiyevlə memorandum üzırində çalışmağa hazırdır.
Rusiya dövlətinin başçısı bildirib ki, memorandum özündə nizamlanmanın prinsipləri, mümkün sülh razılaşmasının müddəti, həmçinin mümkün atəşkəsin əldə olunmasını əks etdirəcək.
"Birləşmiş Ştatların prezidenti ilə, Rusiyanın Ukrayna tərəfiylə gələcəkdə mümkün sülh danışıqlarına başlanılması üçün, memorandum üzərində çalışmağa başlamaq barədə razılaşdıq"-deyə Putin bildirib.
İllər ötdükcə, münaqişələrin həlli istiqamətində hegemon dövlətlərin apardıqları siyasət dəyişməz olaraq qalmaqdadır. Bu siyasətin "icrası" yolları müxtəlif olsa da, məqsəd münaqişələrin həlli deyil, onun vaxtını mümkün qədər uzatmaqdır. Biz 30 ildə "vaxtuzatma" siyasətinin canlı şahidi olduq, artıq cana -boğaza yığılıb məsələni özümüz həll elədik. Özü də cəmisi 44 günə. .Hegemon dövlətlər tərəfindən idarə olunan BMT, Avropa İttifaqı, ATƏT və s. kimi beynəlxalq qurumlar, özlərinin qəbul etdikləri beynəlxalq qanunlara, beynəlxalq hüquqa deyi, əslində bu dövlətlərin maraqlarına xidmət edirlər.
Rusiya-Ukrayna münaqişəsinini guya həlli istiqamətində "atılan addımlar" da, qanlı müharibənin, işğalın birlirilməsinə deyi, əksinə mümkün qədər uzanmasına xidmət edir.
Müharibənin uzanmasında bu dövlətlərin fərqli maraqları ortadadır. ABŞ (Tramp) həmişə olduğu kimi, bundan bir neçə istiqamətdə "irəli düşmək", "qazanc" əldə etmək niyyətindədir. Trampın məqdədi bir tərəfdən Avropanı Ukraynaya hərbi və maddi dəstək göstərməyə təhrik etməklə onu tükətmək və daha çox özündən asılı vəziyyətə salmaqdır. İkinci bir tətəfdən isə, Ukraynanın nadir təbii sərvətlətindən payını almaq niyyətindədir.
Prezident Putinin, "sülhə nail olmağın effektli yolunu tapmağın vacib olmasını" bəyan etməsi, bu "effektli yolun" tapılmasının vaxt uzatmaq niyyətinə işarə deyilmi? Rusiyanın (Putinin) müharibəni uzatmaqda məqsədi , Ukraynanı tam işğal edə bilməsədə, ən azından gücsüz, asılı bir vəziyyətə gətirmək, yenidən, bu dəfə daha ağır şərtlər altında təsir dairəsinə qaytarmaqdır.
Ukraynanın ümumiyyətlə Tramp üçün heç bir əhəmiyyət kəsb etmədiyi göz qabağındadır. Sadəcə onun Zelenskiylə davranışına nəzər salmaqla bunu görmək olar. ABŞ, bu münaqişənin necə həll olunmasından asılı olmayaraq, Ukraynanın zəngin yataqlarından öz payını almaq istəyir. Heç bir halda atəşin dayandırılmayacağını bilə-bilə, Ukraynanı Rusiya ilə danışıqlara getməyə təhrik etməsi isə, yalnız seçkiöncəsi verdiyi vədin yerinə yetirməyə çalışdığı görüntüsü yaratmaqdan başqa bir şey deyildi...
Rusiya prezidentinin bəyənatında "mümkün sülh danışıqları", "mümkün atəşgah" sözlərindəki "mümkün" ifadələri nə sülhün, nə də atəşin dayandıtılmasına nail olmağın mümkün olmayacağı anlamı kimi də qəbul edilə bilər...
İki hegemon dövlətin maraqlarının qurbanına çevrilmiş Ukrayna prezidenti Volodimir Zelenski isə, hələ də çarəsiz şəkildə "biz memorandumun rusiya versiyasını gözləyəcəyik"-deyə bildirib...
Yazarın digər yazarlar

Ümidlər özünü doğrultmur - Rüstəm Hacıyev yazır

Rusiya -Ukrayna danışıqları uğurla nəticələnə bilərmi?.. - Rüstəm Hacıyev yazır

İstanbul danışıqların başlanmasına hazırdır - Rüstəm Hacıyev yazır

Dünyanın diqqəti İstanbulda - Rüstəm Hacıyev yazır

Yollar İstanbula aparır... - Rüstəm Hacıyev yazır

"Rusiya və ABŞ prezidentləri ikitərəfli görüşə doğru irəliləyirlər"(mi)?.. - Rüstəm Hacıyev yazır

Tramp nala-mıxa vurur, nəticə yoxdur - Rüstəm Hacıyev yazır
