adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Fevral 2017 15:29
10735
MARAQLI

MOLLANIN KƏND CAMAATINA QƏRİBƏ ZARAFATI

TürkiyəninManisa vilayətinin bir köyünün imamı (mollası) camaata çox qəribə bir əmrverib: kənddə kiminsə ölməyinə icazə vermirəm.

Məscidtəmir edildiyindən, eləcə də məsciddə tabut və müsəlla daşı olmadığından belə bir əmr imzalayıb. Və qəribədir ki, məscidintəmiri bitənədək, tabut və müsəlla daşıgətirilənədək (üç ay çəkib) kənddə heç kim ölməyib. Əmri ləğv edəndən iki günsonra öz qayınatası ölüb. Arvadı yapışıb yaxasından ki, sən əmri ləğv eləməsənatam ölməzdi.

Oda deyib ki, rəhmətliyin qızı, Allah sənə ağıl versin, mən bir zarafat eləmişdim.Mənim əmrimlədi kiminsə yaşamağı, ya ölməyi?

Televizyondaçıxış edirdi. Almaniyadan gətirtdiyi təzə tabutu göstərib dedi ki, bu tabutdailk dəfə kimi götürsək ona bir cümhuriyyət altunu bağışlayacam və təbii ki, özünə yox, ailəsinə.

Yenə zarafatından qalmadı.