adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Aprel 2019 16:18
24996
ƏDƏBİYYAT

MOLLA VƏ KOSMOS - Tural Cəfərli yazır

Molladansoruşurlar:

— Molla, rusdilindəbilirsən?
Mollacavabverir:
— Bəli.
— Rusca «buragəl», necədeyirlər?
-İdi suda.
-Bəs, «o yana get», necədeyirlər?

Mollagülüb, deyir:
— Paaah, burdaçətinnəvarki? Gedərəm o yana, yenədədeyərəm— «idisuda».

Molla Nəsrəddin lətifələri hələ də öz aktuallığınıvə fəlsəfi dərinliyini qoruyub saxlamaqdadır. Çoxları bu lətifələri gülməli vəbir o qədər də qeyri-ciddi qəbul edir desək, yanılmarıq. Belə ki, insanlarınhiss və düşüncələrinə yüngülcə toxunmağın özü çox təhlükəli olduğu üçün, bu məqamlardadaha çox lətifələr köməyə çatır. Ələlxüsus Molla Nəsrəddinlə bağlı danışılan lətifələr.Söhbət lətifədən düşmüşkən bir lətifəni də deyim. Bir gün, bazarda Mollanınxurcununu oğurlayırlar. Molla xurcunun oğurlandığını görüb, meydanın ortasındadik bir yerə çıxıb, ucadan qışqırır:
— Kim mənim xurcunumu oğurlayıb, dinməz-söyləməzgətirib versin, yoxsa mən bilirəm ki, nə edəcəyəm.
Yaxınlıqda gizlənmiş oğru Mollanın bu hədəsindənqorxuya düşüb, xurcunu gətirib verir. Özü də maraqlanıb soruşur ki:
— Molla, işdi, xurcunu gətirib verməsəydim, nəedəcəkdin?
Molla deyir:
— Evdə köhnə bir cecim var. Gedib onu kəsibxurcun tikəcəkdim.

Bəzən həqiqəti eləsöyləmək lazımdır ki, o insanları həm qorxuya salsın, həm də tərbiyələndirsin.Biz nəyi itirib, nəyi axtarırıq? Yaxşı sualdı. Di gəl, cavabı da bir o qədər dəürəkaçan deyil... Bu yaxınlarda NASAHerkules bürcündə iki qalaktikanıntoqquşmasını əks etdirən şəkil dərc edib. NGC 6052 obyekti yüksək dəqiqliklə "Habbl” teleskopu ilə çəkilib. Sözügedənobyekt planetimizdən 230 işıq ili uzaqlıqda yerləşir. Necə də maraqlıdı, elə deyilmi? Biz isə dünyanın belə işlərlə məşğulolduğu bir vaxtda "nəzər” duası və ya "bərəkət” duasının vacibliyi haqqındamübahisələr edirik... Özümüz özümüzü aldarır, sonra da başqalarında günahaxtarırıq...

Molla Nəsrəddin lətifələrini nahaq yerəmisal gətirmədim. Molla Nəsrəddin lətifələrində düşüncəmizin bəsitliyinivurğalayan, avamlığı, bir o qədər də cahilliyi göstərən saysız hesabsıznümunələr var. Bu gün insanlar daha çox faydalı, bəşəriyyəti daha parlaqgələcəyə doğru aparan işlərlə məşğuldur. Bir müddətdən sonra dünyada səhiyyə,təhsil və başqa mühüm sahələrdə inanılmaz kəşflər, ixtiralar olacaq, biz isəhələ də hansı kolbasanın halal ya haram olmasından, kimin məhrəm, kiminnaməhrəm olmasından narahatıq. Bizə Molla Nəsrddin lətifələri ancaq gülməli gələbilər, əslində biz məsələnin əsl mahiyyətini dərk edə bilmirik ya da dərk etməkistəmirik...

Karl Saqan deyirdi ki, ağır həqiqət təsəlliverici uydurmadan dahayaxşıdır. Və üstəlik ən son məqamda biz əksərən həqiqətin uydurmadan fərqliolaraq daha rahatladıcı olduğunu görürük... Ətrafımızda bizim kəşf etmək imkanımız olmayan oqədər möcüzə var ki...

Məlum bir fakt. Müasir texnologiya həyatımıza elə daxil olubki, bir an belə özümüzü ondan kənarda təsəvvür edə bilmirik. Texnologiyalarınimkanları bizim nə yediyimizi, nə içdiyimizi, kimi sevdiyimizi, kimə nifrətetdiyimizi belə müəyyən edir. Ümumiyyətlə dünyada bütün insanların məhztexnologiyalar vasitəsilə nəzarəti prosesi gedir. Bu daha çox sosial şəbəkələrüzərindən aparılır.

Bu sahənin aparıcımütəxəssisləri bizim əhvalımızı, psixoloji durumumuzu təsbit etmək imkanınasahibdir, biz isə həyatımızı asanlaşdıran və rahatlaşdıran avadanlıqları,texnikanı "kafir” icadı hesab edirik...

Bir dəfə hicablı bir xanımla rəfiqəsininsöhbətinə türklər demiş istəmədən də olsa qulaq musafiri oldum. Əlində "İphone” tutan hicablı xanım, rəfiqəsinə geyindiyi cins şalvarın "haram” buyrulduğunubildirib onu inandırmağa çalışırdı ki, belə geyimlərə İslam dinində qadağa qoyulub və bu yaxşı haldeyil... Xanımın əlindəki "İphone” baxdım, ürəyimdə bu icadı edən "kafir”ölkəsini bir xeyli düşünüb susdum...

Belə düşüncə ilə biz həmişə "idi suda”kəlməsinin arxasında qalıb, "arxada qalmaq” sözünüMollaNəsrəddin kimi rus dilinətərcümə etməkdə çətinlik çəkəcəyik...