adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Noyabr 2014 14:36
29578
MÜSAHİBƏ

Möhtəşəm qadına illər toxuna bilməz... - Müsahibə

Həyatımızınmüəyyən qismlərində tanıdığımız və tanımadığımız xeyirxah insanlar peyda olubbizi pisliklərdən və ağrılardan xilas edir. Bir doğma, bir dost, bir səs...Onun səsi və musiqiləri çoxumuzu çətinliklərdən, acılardan xilas edib. Həmişəbizə əziz səs sahibi, gözəl xanım, əvəzolunmazXumar Qədimovadı bu günkü müsahibim.

-Səmimiolaraq deyə bilərsinizmi oxuduğunuz mahnıların, musiqilərin insanlara sevgidolu anlar bəxş etdiyini bilmək, bunun fərqinə varmaq necə duyğudur?

-Bütün şöhrətpərəstlik hisslərindən uzaq olaraqetiraf edirəm ki, bunu bilmək mənə ancaq xoşbəxtlik bəxş edir. Hansısa şeirioxuyub özümü orda tapanda, fikirlərimi həmin şeirlərdə görəndə sevindiyim kimiözünü mənim mahnılarımda tapan insanların olması da məni çox bəxtiyar edir. Əgərkimisə sevindirə və ya kədərləndirə bilirəmsə deməli nə isə edirəm.

İnsan var ki, onun üçün belə hisslərin əhəmiyyətiyoxdur. Amma mən böyük hərflərlə deyirəm ki, mən sənətimə sevgi və düzgünyanaşma istəyirəm.

-Xumarxanım, ekrandan, səhnədən sizi izləyən anlayan, qüsua axtarmayan ayıq tamaşaçıhəddindən artıq zərif və həssas insan olduğunuz duyur. Belə xarakterlə qadın,üstəlik müğənni, sənət adamı olmaq çətindeyil?

-Əlbəttə çətindi... Ümumiyyətlə, həssas insan kimiyaşamaq asan məsələ deyil. Çünki, insan gün ərzində müxtəlif vəziyyətlərədüşür. Birdən sevincli, birdən kədərli hallara düşmək həssas insanlara məxsusxasiyyətdi. Bu baxımdan çox çətindi belə yaşamaq.

Amma qeyd etdiyiniuz kimi ayıq tamaşaçıların olmasımənə çox köməklik edir. Bilirəm ki, mənim nə demək istədiyimi düşünüb, qavrayırvə olduğum kimi qəbul edir. Onlar yaşamaq üçün insana çox kömək edirlər.

-İfaetdiyiniz bir çox mahnıların musiqisini özünüz bəstələyirsiniz. Musiqininyaranması necə baş verir. İlk öncə musiqi yaranır, ya sözlər musiqini yaradır?

-Təbii ki, çox vaxt söz cəlb edir. Şeir kitabınıvaraqladığım zaman hansısa şeir, onun sözləri məni tərpədir və artıq mahnı mənimiçimdə yaranır. Amma bəzən də pərişan, kefsiz vaxtımda musiqi yaranır. Müəyyənzaman keçəndən sonra mən həmin musiqiyə söz tapıb mahnıya çevirirəm. Gözəlşeirlər, gözəl də mahnılar yaradır...

-Sizi hərşeir də cəlb etmir. Xususən, azad, çılğın, sevgi dolu sözlərə rast gəlirikmahnılarınızda. Ruhunuza hansı şairlər yaxındır?

-Mikayıl Müşviq, Məmməd Araz, Rəsul Rza və.s. Çoxsevirəm bu şairlərin şeirlərini. Bir də ki, Samirə xanım, mən bu fikrimi çoxvurğulamışam. Bir daha demək istərdim ki, mən şairlə yox, şeirlə işləməyi sevirəm.Tutaq ki, bu şeir filan şairindirsə, mütləq ona musiqi bətələmək kimi birmarağım olmayıb. Ola bilər ki, hardansa bir parça şeir taparam, heç müəllifinin kim olduğunu bilmərəm. Amma o şeirə mahnı oxuyaram. Yetər ki, şeir olsun. Mənimfikirləşdiyimi, düşündüyümü əks etdirsin, özümü həmin şeirdə görə bilim.

-"Ruhunlayaşayacağam” mahnınızda söylədiyiniz kimi unudulmayan günləriniz, xatirələrinizçoxdurmu?

-Təbii çox olub... Acısıyla, şiriniylə nəinkiunudulmayan, hətta ağrıdan xatirələrim çoxdur. Xüsusən də keçmişlə bağlı. Mənkeçmişə, uşaqlıq xatirələrimə çox bağlı bir insanam. Saf uşaqlıq illərim çox əzizdi.O illəri fikirləşəndə çox əziyyət çəkirəm. Tez fikrimi qarışdırıram ki, ağrılarməni üstələməsin. Ona görə yox ki, mən uşaqlıda əziyyət, çətinlik çəkmişəm.Əsla. Sadəcə olaraq o şirinli, acılı günlər ötüb keçdiyi üçün, xatirəyəçevrildiyi üçün məni ağrıdır.

Çox olub ki, uşaq vaxtı mən qohumlarımın evinə, nənəmgiləgedəndə gecənin bir vaxtı yuxudan qalxıb ağlamışam ki, evimizə getməkistəyirəm. Həmin uşaqlıq indi yenə də mənim içimdə qalmaqdadır. İçimdəki obalaca Xumar ağıllıdı. O, hələ də balaca, keçmişə bağlı Xumardı.

-Dustaqolub sevmək mümkündürmü?

-Sevgi azaddır, əzizim. Sevgini dustaq və ya kiməsətabe etdirmək mümkün deyil. İnsan özü kiməsə tabe ola bilər, amma sevgi üçün busözlər keçərli deyil. Azad olmayan sevgi nəyinsə xətrinə, hansına saxtakarlığagörə dustaq ola bilər. Amma azad sevgi dustaq ola biməz.

-Bildiyiməgörə siz mətbuatı izləyən sənət adamlarındansınız. Hansı imzaları oxuyursunuz?

-Vaxt var idi onlarsız qalmırdım. Elə pis öyrəşmişdimki, həmin qələm adamlarının yazılarını oxumağa. Amma indi açığı o qədər də vaxtqalmır izləməyə. Gənc yazarlardan daha çox Seymur Baycanın yazılarını oxuyurdum. Başqaadlar da var. Amma indi xatırlaya bilmirəm. Yəqin ki, sonra yadıma düşəcəklər, pis olacam ki, niyə onların adlarını xatırlamadım. Və bir də oxuduğum imzalariçərisində təbii ki, çox sevdiyim İradə Tuncay imzası var. İradə xanımın yazılarını,kitablarını daima təkrar-təkrar oxuyuram. Hətta bacım hərdən görəndə ki, mənyenə "Yol”, "Sarı odalar” kitabını oxumağa başlamışam gülür. Bilirsiniz okitablarda o qədər məqamlar var ki, həm gülümsəyirəm, həm də ağlayıramoxuduqca...

-Ənənəvisualımı vermək istərdim. Sizcə səhnə sənət adamına nəyi bağışlamaz?

-Bilirsinizmi, istər tamaşaçıların qarşısınaçıxdığımız, istərsə də yaşadığımız səhnədə saxtakarlıq, xəyanət bağışlanmazdı. Birdə haqsızlığı nə səhnə, nə də həyat heçkimə bağışlamır. Harda olur olsun insan haqsızlıqdan uzaq durmalıdı. Səhnədəndüzgün istifadə etməyi də bacarmaq lazımdı. Kiminsə haqqına girmək, riyakarlıqetmək doğru deyil.

-Xumarxanımın ömründən keçən illər necə ötüb keçir? Nələrisə alıb aparır?

-Elə məhz İradə Tuncaydan eşitdiyim sözləri deməkistəyirəm ki, möhtəşəm qadınların yaşı olmur. Lap heç sənət adamı olmasın, adibir qadın olsun, əgər o möhtəşəm qadındırsa, illər ona toxuna bilməz, ondan nələrsəalıb götürə bilməz.

Allah heç kimə pis günlər göstərməsin. Yəni bunuözümə də arzulayıram. Təbii ki, həyatdı yaşayırıq. İtirdiklərimiz də olur.Bunlar bizdən yan keçmir. Həmişə fikirləşirəm, arzulayıram ki, nə olursazamanında olsun, pis hadisələr gec olsun. Yəni belə çətinlikləri nəzərə almasaqbir qadın kimi, sənət adamı kimi illər məndən heç nə aparmır. Çünki, sənət eşqiki var, o insanı daha da ruhlandırıb, gözəlləşdirir. Bir də sizin kimi insanlar,sənəti başa düşən tamaşaçıların müsbət enerjisi imkan vermir illərin nələrisəaparmasına...

-Xumar xanım həm də güclü qadın təsiri bağışlayır. Güclü qadınlar isə əzablardan keçib güclənənqadınlardı...

-Mən deyim ki, lap keçmişə qayıdıb baxanda valideynlərimdən də çox razıyam. Yəni bizi heçzaman əziyyət çəkməyə qoymayıblar. Yaxşı ailədə böyümüşəm, onlar hər zaman məniqoruyublar. Yəni ailədə mən əzab görməmişəm. Lakin, xaraktercə həssas adamolduğumdan laqeyd qala bilmədiyim hadisələr məni bir az türklər demişkənyıprandırıb. Olub belə hallar bunu gizlətmək olmaz.

Həm də bilirsiniz mən elə göründüyüm kimi güclüinsan deyiləm. Zəif də deyiləm. Zərif insanam. Ola bilər ki, hansısa hadisədənqırıla bilərəm. Amma yenə də vurğulayıram ki, güclü deyiləm. Sadəcə mən özünə hörmətedən insanam. Yəni xudbin mənasında yox, yaxşı mənada özümü sevirəm. Eləadamlar da bir az güclü görünürlər həmişə.

-Necə olduki, Xumar xanım, dünyaya bir də gəlməyəcək qadının olduğunu anladı. Bundan necəduyuq düşdünüz?

-Musiqinin sözləri bildiyiniz kimi Rəşad Məcidəaiddi. Rəşad bəy mənə bir neçə şeirlərini oxumağa vermişdi. Həm də belə birarzu var idi ki, hansısa şeirinə musiqi bəstələyib oxuyum. Mən də söz vermişdimki, inşallah şeirlərdən birini musiqiyə çevirəcəm. Bir gün necə oldusa, mən həminşeirlərin içərisindən məhz bu şeiri seçdim. Bu şeirin isə orjinalda adı "nə mənimdünyama, nə bu dünyaya” idi. Mahnı bəstələnəndə isə mən adın məhz belə olmasınıistədim. Bunu heç yerdə deməmişəm. İlk dəfədir ki, sizə deyirəm. Çünki, şeirdə həm sevgi var, həm də küsülülkvar. Və qadın haqlı olaraq qədirbilməzliyin cavabı kimi bu dünyaya bir də gəlməyəcəyinivuğulayır. Bu da bir çox qadınların ürəyindən oldu. İndi yəqin onlar da bumahnını dinləyərkən həyat yoldaşlarına, sevgililərinə ithaf edərək düşünürlərki, bir də onlar tək qadın dünyaya gəlməyəcək.

Samirə Əşrəf