adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Iyul 2017 14:49
6889
MƏMLƏKƏT

“Möcüzə” yağlarının dəstəyi ilə II Beynəlxalq Dolma Festivalı keçirilib

Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və AzərbaycanMilli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə II Beynəlxalq DolmaFestivalı keçirilib. 

12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan 500-dən çoxiştirak etdiyi tədbirdə müxtəlif çeşiddə bişirilən 350-yə yaxın növdədolma sərgilənib. Ölkəmizin tarixinin, mədəniyyətinin və kulinariyasının təbliği məqsədiilə mütəmadi olaraq təşkil edilən tədbirlərdə və reallaşdırılan layihələrdəyaxından iştirak edən "Azərsun Holdinq” bu dəfə də ənənəsinə sadiq qalıb. Hər zaman kulinarlarımızın yanında olan və keyfiyyətliməhsulları ilə onların uğurlu nəticə əldə etməsinə öz töhfəsini verən və istehlakçılar tərəfindən böyük rəğbətləqarşılanan "Möcüzə” yağları bu dəfə də milli kulinariyamızın təbliğinəöz töhfəsini verib. Yüksək keyfiyyətlivə təbii tərkibli kərə yağının ətrinin əlavə edilməsi ilə istehsal edilən"Möcüzə” yağları ilə hazırlananyeməklər daha dadlı və nəfis ətirli alınır. 

Dövlət rəsmilərinin, Azərbaycandafəaliyyət göstərən xarici səfirliklərin və ictimai xadimlərin qatıldığı festivalda "Azərsun Holdinq”ə məxsusQafqaz Konserv Zavodu da iştirak edərək istehsal olunan məhsullarınümayiş etdirib. Tədbirin sonunda münsiflər bişirilən dolmaların dadına baxaraqqalibləri müəyyən ediblər, tədbir konsert proqramı ilə yekunlaşıb.