adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Fevral 2019 11:54
16360
MARAQLI

Mobil telefonla şəkil çəkənlər cərimələnəcək

Türkiyədə uçuş zamanı mobil telefondan istifadə edən sərnişinlər (foto çəkmək, danışmaq, internetdən istifadə etmək və s.) 2,1 min lirə məbləğində cərimə olunacaq.

Adalet.az bu barədə Türkiyənin "Resmi gazete” qəzetinə istinadən məlumat verir.

Bundan başqa, təyyarədə siqaret, eləcə də elektron siqaret çəkməyə görə cərimələr 1,7 min lirədən 2,1 min lirəyədək artırılıb.

Məlumata əsasən, uçuş zamanı göyərtə bələdçilərinin tələblərinə əməl etməyən sərnişinlər də 2,1 min lirə cərimələnəcək.