Mobil telefon 11 yaşlı azyaşlının əlində partladı
Rusiyanın Volqoqrad şəhərində mobil telefonun partlaması nəticəsində 11 yaşlı məktəbli ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bununla bağlı "RİA Novosti” Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin Mətbuat Xidmətinə istinadən xəbər yayıb.
İdarədən verilən məlumata əsasən, azyaşlı mobil telefonu şalvarının cibinə qoyub. Bir müddət sonra isə cibində gəzdirdiyi mobil telefonun qızdığını hiss edib.
Telefonu cibindən çıxaran zaman isə partlayış baş verib və 11 yaşlı oğlan əl nahiyəsindən ciddi xəsarət alıb.
Digər Xəbərlər
02 May 2024 15:32
Kılıçdaroğlu üçün həbs cəzası istənildi
02 May 2024 12:24Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşəcək
02 May 2024 11:20Kolumbiya İsraillə diplomatik əlaqələri kəsir
02 May 2024 11:18Qərblə Rusiyanın "qarşıdurması" Gürcüstanın başında çatlayacaq...!?
02 May 2024 09:44